Məhkəmə qərarları › İş №3(3-9)-436/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-436/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-436/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi X2 iştirakı ilə Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 nümayəndəsi X3 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2025-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbəsi vətəndaşlarının yaşadığı mənzillərin çirkab maye tullantı sularının ətrafa axıdılması nəticəsində Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2.3 (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının barəsində ## ######## 2025-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Pərvin Talibimin barəsində AR İXM-nin yuxarıda qeyd edilən maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması qeyd olunmaqla İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Neftçala rayon Məhkəməsi işə bir tərəfli və səthi, yalnız qarşı tərəfin məhkəmədə verdiyi özünümüdafiə xarakterli izahatlarına əsaslanaraq, qarşı tərəfin maraqlarına üstünlük verərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan, təqdim olunmuş sübutları düzgün qiymətləndirmədən ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə işə xitam vermişdir. Məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmadığından tərəfimizdən qəbul edilən qərardan apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi işə baxaraq qəbil etdiyi (hakim Pərviz Hacıyev) ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarla Neftçala rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qərarını apellyasiya şikayətinə münasibətdə ləğv edərək təkrar baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərmişdir. Neftçala rayon Məhkəməsi tərəfindən işə yenidən baxılaraq ##.##.2026-ci il tarixli, *(***)- ***/**** nömrəli qərar (hakim Ləman Qasımzadə) ilə Pərvin Talibimin barəsində AR İXM-nin yuxarıda qeyd edilən maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən yenidən xitam verilmişdir. Müəyyən edilmişdir ki, Neftçala rayonu Bankə qəsəbəsindəki 7 ədəd iki mərtəbəli yaşayış binalarında yerləşən mənzillərdə formalaşan çirkab maye tullantı suları şambolara (çirkab quyularına) axıdılır, şambolar dolduğundan və şambolara xidmət göstərməli olan Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şambolar təmizlənmədiyindən tullantı suları şambolardan yaxınlıqdakı balıq kombinatının həyətinə axıdılır və nəticədə tullantı su gölməçələri yaranır və bu ətrafda pis qoxunun yayılmasına səbəb olur. Yuxarıda göstərilən maddi hüquq normaları rəhbər tutularaq göstərilən əraziyə məsul şəxs olan, şambolara xidmət göstərməməklə (təmizlənməsini təmin etməməklə) öz vəzifəsini yerinə yetirməyən Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bankə qəsəbə sahəsi üzrə briqadiri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Pərvin Talibimin inzibati xəta törətməsi və təqsirli olması toplanmış sübutlarla (foto şəkillər, audio-video yazılar, məhkəmə araşdırması zamanı verilmiş şahid izahatları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bölməyə verdiyi etirafedici səmimi izahatı, tərtib edilmiş akt və protokol və s. sənədlərlə) tam sübuta yetirilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətdən azad olmaq üçün məhkəmədə izahatını dəyişərək həmin ərazinin onun xidmət sahəsinə aid olmamasına dair özünü müdafiə xarakterli izahatlar vermiş və məhkəmə həmin izahatlara əsaslanaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən və audio-video yazılardan görünür ki, boş ərazilərə çirkab sular axıdılsa da, həmin ərazinin yaxınlığında hər hansı yaşayış binasının olduğu müşahidə edilmir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, yaşayış binasının ərazisindəki kanalizasiyada olan çirkab sular müvafiq avtomaşın tərəfindən təmizlənir. Çirkab suyun mənbəyini göstərən, eləcə də şamboya xidmət göstərməyin kimin vəzifəsi olmasına (şambonun təmizlənməsinin PərvinTalıblının vəzifə funksiyalarına aid olmasına) dair sübutlar təqdim edilməmişdir. Məhkəmə qərarında bölmə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən gah yaşayış binalarının müşahidə edilmədiyini göstərmiş, gah da yaşayış binasının ərazisində çirkab suların avtomaşın tərəfindən təmizləndiyini qeyd etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə ziddiyyətlidir. Eyni zamanda İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Bu maddənin mövqeyindən çıxış edərək deyə bilərik ki, çirkab suların sonradan avtomaşın tərəfindən təmizlənməsi, yəni pozuntunun aradan qaldırılması, şəxsi inzibati məsuliyyətdən azad etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bölməyə verdiyi ətraflı yazılı izahatında Bankə qəsəbəsi üzrə mənzil kommunal sahəsində işlədiyini bildirir, yol verdiyi pozuntuları etiraf edərək və onların qanun pozuntusu olmasını bilmədiyini göstərmiş, tərtib edilmiş ##.##.2025ci il tarixli Aktla razılaşaraq bu xüsusatları öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən, Neftçala rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməsi və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3.-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməklə yeni qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 nümayəndəsi X3 şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Neftçala rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı barəsində Azərbaycan Respublikası İXM- nin 262.2.3.-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya qaydasında verilən şikayətdə birinci instansiya məhkəməsi tərəfindən sübutlar və onların qiymətləndirilməsinə dair inzibati xəta qanunun tələblərinin pozulması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının əməlində inzibati xəta tərkibi olduğu üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Şikayətin dəlilləri və işin faktiki hallarına əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdır. Belə ki, Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 nümayəndəsi X3, “xxxx” MMC-nin * saylı Şirvan-Salyan Regional bölmə üzrə müşahidəçisi X1 və Neftçala rayon bələdiyyəsinin sədr müavini Nağıyev İmamnəzər Həmid oğlunun iştirakı ilə tərtib olunmuş ## ###### 2025-ci il tarixli aktın məzmunundan görünür ki, ## ###### 2025- ci il tarixdə saat 16-17 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində olan 2 mərtəbəli kommunal yaşayış binalarının çirkab maye-tullantı sularının ətraf əraziyə axıdılması müəyyən olunmuşdur. Baxış müşahidə zamanı axıdılan çirkab-maye tullantı sularının ətrafa pis qoxu yayması da diqqəti cəlb etmişdir. İsti yay günü olmasına baxmayaraq axıntı sularının 4 gölməçədə toplandığı müşahidə edilmişdir. Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 nümayəndəsi X3 tərəfindən tərtib edilmiş ## ######## 2025- ci il tarixli aktın məzmunundan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində baxış müşahidəsi aparılaraq qəsəbənin balıq kombinatı adlandırılan ərazisində yerləşən 7 iki mərtəbəli yaşayış binasının maye-çirkab tullantı sularının balıq kombinatının ərazisinə axıdılması müəyyən edilmişdir. Məsələ ilə əlaqədar Neftçala Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bankə qəsəbə sahəsi üzrə briqadir vəzifəsində çalışan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının izahatı alınarkən Bankə qəsəbəsində yol verilmiş pozuntuları etiraf edərək bunların pozuntu olmasını bilmədiyini bildirmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərini pozmuşdur. Yol verdiyi pozuntu ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Su qanunvericiliyinin tələbləri və bu sahəni tənzimləyən digər normativ hüquqi aktların tələbləri izah edilmişdir. 11. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən və kompakt diskdəki audio-video yazıdan görünür ki, boş ərazilərə çirkab sular axıdılmış və bunun nəticəsində müəyyən su gölməçələri yaranmışdır. İş materiallarına əlavə olunmuş ## ##### 2026-cı il tarixli *-**/*-***/**** nömrəli Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala Rayon Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 1 Kommunal Təsərrüfatı İstehsalat Birliyində suların axıdılmasını təmin edən şambolara xidmət göstərilməsi ilə bağlı ayrıca vəzifə və ya bu vəzifəni icra edən konkret şəxs mövcud deyildir. Həmin xidmətlər ümumi qaydada təşkil olunmaqla vətənaşlara xidmət göstərilməsi çərçivəsində həyata keçirilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Neftçala rayon Məhkəməsinə ünvanlanmış ## #### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubdan görünür ki, Neftçala rayon Bankə qəsəbəsinin ərazisi üzrə ## ###### 2026-cı il üçün sanitar-təmizlik sahəsinin ölçüsü 1941-1945-ci il müharibəsində həlak olan əsgərlərə qoyulan abidənin eni 15 metr, uzunluğu 166 metr, sahəsi 2490 m2, Yeni parkın eni 33 metr, uzunluğu 31 metr, sahəsi 1023 m2, Şəhidlər Xiyabanının en 33 metr, uzunluğu 33 metr, sahəsi 1089m2 , Səməd Vurğun küçəsi eni 25 metr, uzunluğu 256 metr, sahəsi 6400 m2 , H.Əhmədov küçəsi eni 21 metr, uzunluğu 275 metr, sahəsi 5775 m2 , cəmi olaraq 16777 m2 kimi göstərilmişdir. Neftçala rayon Bankə qəsəbəsinin ərazisi üzrə ## ###### 2026-cı il üçün yaşıllaşdırma sahəsinin ölçüsü olaraq, Səməd Vurğun küçəsi eni 40 metr, uzunluğu 40 metr, sahəsi 1600 m2 , 7992 m2 , V.Ağayev küçəsi eni 12 metr, uzunluğu 353 metr, sahəsi 4236 m2 , N.Nərimanov küçəsi eni 15 metr, uzunluğu 181 metr, sahəsi 2715 m2 , 1941-1945-ci il müharibəsində həlak olan əsgərlərə qoyulan abidə eni 15 metr, uzunluğu 55 metr, sahəsi 2475 m2 , sahənin cəmi olaraq 21508 m2 göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Neftçala rayon Məhkəməsinə ünvanlanmış ## ##### 2026-cı il tarixli *-**-**/*-**/**** nömrəli məktub qeyd olunur ki, Neftçala rayon Bankə qəsəbəsi, Əlisafa Məmmədov küçəsində yerləşən Balıq Kombinatının balansında olan iki mərtəbəli yaşayış binalarında axan çirkab sularının təmizlənməsi Birliyin səlahiyyətində deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı ##.##.2013-cü ildə MKTİBnin Bankə qəsəbəsində yaşıllı sahəsi üzrə fəhlə vəzifəsində çalışmış və ##.##.2022-ci ildə briqadir vəzifəsinə qəbul edilmişdir. Neftçala rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məktuba əlavə olunmuş ##.##.2022-ci il tarixli ** nömrəli əmrdən çıxarışdan görünür ki, MKTİBnin Bankə qəsəbə sahəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı ##.##.2022-ci ildə briqadir işinə qəbul edilmişdir. Əlavə olunmuş digər ##.##.2013-cü il tarixli ** nömrəli əmrdən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızı ##.##.2013- cü il tarixində MKTİB-nin Bankə qəsəbə Yaşıllı sahəsinin fəhlə işinə qəbul edilmişdir. İş materiallarında olan Neftçala Rayon İcra Hakimiyyəti, həmçinin Neftçala rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin verdiyi cavablara əsasən Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən balıq kombinatının ərazisinə şambolarının boşaldılıb təmizlənməsi xidməti Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin səlahiyyətlərinə aid olmadığını, onların bərk məişət tullantıların daşınmasını xidmətini göstərdiyini, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində briqadir vəzifəsində çalışır, məhkəmə iclasında iştirak edən Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi onun vəzifə səlahiyyətlərinin 7 nəfər fəhlə ilə birlikdə Neftçala rayonu Bankə qəsəbəsi üzrə yaşıllaşdırma və abadlıq işlərinin həyata keçirilməsi Neftçala Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq sektorunun müdiri X5 rayonu Bankə qəsəbəsi ərazisində çirkab suların təmizlənməsi və kanalizasiya sisteminə dair fəaliyyət Neftçala rayon MKTİB-nin bilavasitə balans və funksional vəzifələrinə aid deyil olmadığını, MKTİB-in əsas vəzifələri abadlıq, yaşıllaşdırma və ərazinin sanitar təmizliyinin təmin olunması ilə bağlı işlərin icrasından ibarət olduğunu, Bankə qəsəbəsi ərazisində çirkab suların daşınması və təmizlənməsi isə yalnız zərurət yarandıqda, sakinlərin müraciətləri əsasında və müvafiq icra hakimiyyətinin göstərişi ilə, könüllülük və ictimai əsaslarla həyata keçirildiyini, həmin ərazidə mərkəzləşdirilmiş sukanalizasiya sistemi mövcud olmadığını və sakinlər fərdi qaydada öz yaşayış evlərinin yaxınlığında şambolar təşkil etmişlər, çirkab sular da məhz həmin fərdi şambolara axıdıldığını bildirmişdir. Qeyd olunan hallardan görünür ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş su-kanalizasiya sistemi mövcud deyildir, mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin mövcud olmadığı halda Neftçala rayonu Bankə qəsəbəsi ərazisində çirkab suların təmizlənməsi və kanalizasiya sisteminə MKTİB və ya oranın briqadiri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cavabdehlik daşıya bilməz. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən İXM-in 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İstinad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-in 53.2.-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə qeyd edir ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayət təmin olunmamalı, Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Dövlət Su X11 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar