Məhkəmə qərarları › İş №3(3-9)-437/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-437/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-437/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI xxxx Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, “xxxx” MMC-nin direktoru, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə xxxx Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi) ilə "xxxx” MMC-nin direktoru, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələri təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, ## ### 2026-cı il tarixində keçirilən nəzarət tədbirləri zamanı Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən şərab istehsalı müəssisəsi “xxxx” MMC-nin fəaliyyət göstərmədiyi istehsalat sahəsinə müvafiq qurum tərəfindən plomb vurulduğu, lakin Qobu suvarma arxından 200 mm diametrli boru vasitəsilə özbaşına su götürülərək ərazisində quraşdırılmış torpaq məcralı quyuya, oradan da birbaşa təyinatsız olaraq K-3 kollektorunun sutoplayıcı qoluna axıdıldığı və axıdılma ilə bağlı müqavilənin olmadığı məlum olmuş, bununla da “xxxx” MMC-nin-nin direktoru, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələri ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə "xxxx" MMC direktoru, vəzifəli şəxs kimi inzibati qaydada 2500 manat cərimə edilmişdir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsi tərəfindən ##.##.2026-ci il tarixdə inzibati protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, “xxxx” MMC özbaşına sudan istifadə etmiş, özbaşına götürülmüş su kollektora axıdılmış, axıdılma ilə bağlı müqavilə olmamışdır. Halbuki, belə hal baş verməyib. Belə ki, qeyd olunan müddət ərzində ölkə ərazisində havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq su basma halları baş vermiş, MMC-nin həyətini su basdığı üçün həmin sular MMC-nin həyətindən kənarlaşdırılmışdır. Həmçinin, MMC uzun müdddətdir ki, fəaliyyət göstərmir. Fəaliyyət göstərmədiyi üçün ərazidə iki mühafizəçidən başqa heç kim yoxdur. MMC-nin fəaliyyəti dayandırıldığı üçün suya heç bir ehtiyac yoxdur. Göstərilənləri nəzərə almayan məhkəmə isə işi tam və obyektiv araşdırmadan qeyd olunan əsassız qərarı qəbul etmişdir. Barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri əsassızdır, ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında İş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. PROSESSUAL MƏSƏLƏLƏR Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 262.2.2-ci maddəsinə əsasən su ehtiyatlarından israfçılıqla istifadə edilməsi; həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən isə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 264.0.2-ci maddəsinə görə su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin: 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsinin əməkdaşlarının iştirakı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən ## ### 2026-cı il tarixli KY ********* nömrəli çıxarışına əsasən Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən şərab istehsalı müəssisəsi “xxxx” MMC-nin fəaliyyət göstərmədiyi istehsalat sahəsinə müvafiq qurum tərəfindən plomb vurulduğu, lakin Qobu suvarma arxından 200 mm diametrli boru vasitəsilə özbaşına su götürülərək ərazisində quraşdırılmış torpaq məcralı quyuya, oradan da birbaşa təyinatsız olaraq K-3 kollektorunun sutoplayıcı qoluna axıdıldığı və axıdılma ilə bağlı müqavilənin olmadığı məlum olmuşdur. Bununla bağlı fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. İş materiallarında olan “xxxx” sudan istifadəedənlər birliyini tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsinə ünvanlanmış məktubun surətindən görünür ki, “xxxx” MMC-nin fəaliyyəti 2025-2026-cı illərdə dayandırılmışdır. Bununla əlaqədar “xxxx” SİB tərəfindən müəssisəyə verilmiş suyun verilişi dayandırılmış və həmin müəssisə ilə 2025-2026-cı illərdə müqavilə bağlanmamışdır. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsinə verdiyi ##.##.2026-cı il tarixli izahatından görünür ki, o, “xxxx” MMC nin direkoturudur. ## ### 2026-cı il tarixdə keçirilən yoxlama zamanı aşkarlanan nöqsanlar onun səlahiyyətlərini düzgün yerinə yetirmədiyindən yaranmışdır. Əməkdaşlar tərəfindən ona su qanunvericliyi izah edilmişdir. Aşkar olunan nöqsanlar tez bir zamanda aradan qaldırılacaq və təkrar olunmayacaqdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 X1 Reional Bölməsi tərəfindən tərtib ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ### 2026-cı il tarixində keçirilən nəzarət tədbirləri zamanı Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən şərab istehsalı müəssisəsi “xxxx” MMC-nin fəaliyyət göstərmədiyi istehsalat sahəsinə müvafiq qurum tərəfindən plomb vurulduğu, lakin Qobu suvarma arxından 200 mm diametrli boru vasitəsilə özbaşına su götürülərək ərazisində quraşdırılmış torpaq məcralı quyuya, oradan da birbaşa təyinatsız olaraq K-3 kollektorunun sutoplayıcı qoluna axıdıldığı və axıdılma ilə bağlı müqavilənin olmadığı məlum olmuş, nəticədə “xxxx” MMC-nin direktoru, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və iş üzrə toplanmış sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş, işin faktiki hallarına uyğun olaraq “xxxx” MMC-nin direktoru, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qobu suvarma arxından 200 mm diametrli boru vasitəsilə özbaşına su götürülərək ərazidə quraşdırılmış torpaq məcralı quyuya, oradan isə birbaşa təyinatsız olaraq K-3 kollektorunun sutoplayıcı qoluna axıdılması və həmin axıdılma ilə bağlı müqavilənin olmaması, onun bu hərəkətlərinin su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə, suların kənara təyinatsız axıdılmasına, su təhcizat qurğularının və avadanlıqlarının istismar qaydalarının pozulmasına səbəb olması, beləliklə də sonuncunun İnzibati Xətalar Məcəlləsinin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən, inzibati xəta hadisəsinin baş vermədiyi, yoxlama zamanı aşkar edilmiş suyun müəssisənin həyətinə dolmuş sular olduğu və həmin suların ərazidən kənarlaşdırılması məqsədilə axıdıldığı barədə mülahizələr hər hansı mötəbər və obyektiv sübutla təsdiq olunmur. Belə ki, apellyasiya şikayətində göstərilən halların mövcudluğunu təsdiq edən hər hansı sənəd, fotoşəkil, izahat və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, qeyd olunan dəlillər yalnız barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin subyektiv mülahizələrindən ibarət olmaqla, iş materiallarında olan və inzibati xəta hadisəsini təsdiq edən sübutların mötəbərliyini şübhə altına almağa əsas vermir. Eyni zamanda, “xxxx” MMC-nin fəaliyyət göstərməməsi və ərazidə yalnız iki mühafizəçinin olması barədə dəlil də özlüyündə yoxlama zamanı aşkar edilmiş su götürülməsi və onun təyinatsız olaraq K-3 kollektorunun sutoplayıcı qoluna axıdılması faktını istisna etmir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.2, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri; İXM-nin 264.0.2-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üçün iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər üçün yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya məhkkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar