Məhkəmə qərarları › İş №3(3-9)-438/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-438/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-438/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə MÜƏYYƏN ETDI: Kürdəmir Rayon Məhkəməsinin (hakim M.A.Muxtarov) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarından şikayəti təmin edilməmişdir. Işin halları Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir rayonu, Xırdapay kəndində dövlət mülkiyyətinə aid torpaq sahəsində ağac və otları kökündən çıxarıb məhv etmişdir. Səlahiyyətli orqanın həmin qərarından Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət vermə müddətinin ötürülməsi əsası ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti geri qaytarılmış və ona müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir Rayon Məhkəməsinə müddətin bərpası barədə vəsatət vermiş, lakin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli qərarı ilə həmin orqanın yuxarıda qeyd olunan ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı (2000 manat məbləğində cərimə və 1200 manat dəbbə pulu) məcburi icraya yönəldilmişdir. Işə baxan Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli qərarından verdiyi şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə halları tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Onun şikayətinin əsas mahiyyəti ondan ibarət idi ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli qərarı qanunsuzdur. Həmin qərar ***** saylı akt və ona əlavə edilmiş cədvəl əsasında qəbul edilmişdir. O, məhkəmədə həmin aktın həqiqəti əks etdirmədiyini, saxta tərtib edildiyini, aktda göstərilən məlumatların düzgün olmadığını, bitkilərin sayı, növü və ölçülərinin müəyyən edilmədiyini bildirmiş, bu halların ekspertiza ilə yoxlanılmasını xahiş etmişdir. Məhkəmə ***** nömrəli aktı sübut kimi qəbul etsə də, həmin akt onun iştirakı olmadan hadisədən bir gün sonra tərtib edilmişdir. Akt tərtib edilərkən o, iştirak etməmiş, aktın məzmunu ona izah edilməmiş, surəti isə bu günə qədər ona təqdim edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halları araşdırmadan aktı mötəbər sübut kimi qəbul etmişdir ki, bu da işin tam və obyektiv araşdırılması prinsipinə ziddir. Məhkəmə dəlilləri araşdırmadan ***** saylı aktı sübut kimi qəbul etmiş və iddialarına hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, qərarın məcburi icraya yönəldilməsi barədə xitam verilməsi və icranın dayandırılması məsələsi əvvəlcə inzibati orqan qarşısında qaldırılmalı idi. Halbuki onun şikayətinin əsas predmeti təkcə icranın dayandırılması deyil, həmin icraya əsas olan inzibati qərarın qanunsuzluğu və onu təsdiq edən aktın etibarsız olması idi. Qanunsuz və etibarsız akt əsasında qəbul edilmiş qərarın məcburi icraya yönəldilməsi də qanuni hesab edilə bilməz. Məhkəmə bu əsas məsələləri araşdırmamış, yalnız formal prosessual əsaslara istinad etməklə şikayətini təmin etməmişdir. Iş üzrə mühüm hallardan biri də ondan ibarətdir ki, inzibati xəta kimi qiymətləndirilən hərəkəti o, etməmişdir. Hadisə Bilal adlı traktorçu tərəfindən idarə olunan traktorun çalovu nəticəsində baş vermişdir. Buna baxmayaraq, hadisənin faktiki icraçısının hərəkətləri lazımi qaydada araşdırılmadan və təqsiri müəyyən edilmədən inzibati məsuliyyət 80 yaşının olmasına və şəkər xəstəsi olduğuna baxmayaraq onun üzərimə qoyulmuşdur. Birinci instansiya məhkəməsi də bu mühüm hallara hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi təqdim etdiyi sübutları tam və obyektiv araşdırmamış, ***** saylı aktın həqiqiliyini yoxlamamış, ekspertiza təyin etməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən qərar ləğv edilməlidir və şikayəti təmin olunmalıdır. Məhkəmə ekspertiza təyin edilməsinin zəruriliyini qeyd etsə də, həmin ekspertizanı təyin etmədən işi yekunlaşdırmışdır. Bu isə işin tam və obyektiv araşdırılması prinsipinin pozulmasıdır. Bundan əlavə, məhkəmə təqdim etdiyi digər sübutlara, o cümlədən saxtalaşdırma ilə bağlı izahat və sənədlərə də hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışında * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Kürdəmir Rayon Məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə mövcud iş materialları əsasında baxarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, formal əsaslar qərarda qeyd edilərək səthi nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslara görə ləğv edilməli və iş tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Inzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə edilmişdir. Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli qərarı ilə həmin orqanın yuxarıda qeyd olunan ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı (2000 manat məbləğində cərimə və 1200 manat dəbbə pulu) məcburi icraya yönəldilmişdir. Səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir Rayon Məhkəməsinə şikayət vermiş, eləcə də həmin qərardan şikayət vermə müddətinin bərpası ilə bağlı məhkəmə qarşısında ##.##.2026-cı il tarixdə vəsatət qaldırmışdır. Lakin Kürdəmir Rayon Məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) həmin vəsatətə hüquqi qiymət vermədən yekun qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə öz qərarında qeyd etmişdir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi zamanı həmin qərarın icrasının dayandırılması, həmçinin həmin qərarına icrasına xitam verilməsi inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən icra edilə bilər. Hazır ki, iş üzrə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarına xitam verilməsi və qərarın icrasının dayandırılması barədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət məhz * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə verilməli idi. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) Alməmməd oğlunun * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi həqiqətən də şikayətin məhkəməyə deyil, selahiyyətli orqana verilməsi ilə bağlı qərara gəlmişdisə, bu hal şikayətin rədd edilməsi üçün deyil, geri qaytarılması üçün əsas olmalı idi. Lakin həm qanunvericiliyin tələbinə görə, həm də mübahisələndirilən qərarda qeyd edilmişdir ki, həmin qərardan məhkəməyə şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə on verilmiş şikayəti ümumiyyətlə mahiyyəti üzrə qiymətləndirmə aparmadan, yalnız şikayətin səlahiyyətli orqana verilməli olmasını qeyd etməklə birbaşa rədd etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarından verdiyi şikayətə yenidən baxılması üçün işin materialları Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar