Məhkəmə qərarları › İş №3(3-9)-439/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-439/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-439/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi) ilə ##.##.1979-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi, qərarın icrasının Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədlərinin icrasından yayınmışdır. Bu səbəbdən də, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə məhkəmələrdə iştirak etsə də, alimenti qanuni şəkildə ödənilmir, 4 övlada baxır, çox çətinlik çəkir, hər ay hər uşaq üçün 140 manat olmaqla, 4 uşaq üçün 560 manat ödənilməlidir, lakin fevral ayından ona bu pul ödənilmir, 3 qız 1 oğul böyüdür, keçən il aprel ayından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqları ilə bir dəfə də olsa maraqlanmır, qəsdən başqa nömrələrdən zəng vurub onlara zülm verəcəyini deyir, 4 övladını 17 ildir ki, Kürdəmir rayonunun Atakişili kəndindəki evdə böyütmüşdür, lakin indi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o evdə qalmağa icazə vermir, təhqirlə, söyüşlə onu evdən çıxarır. Odur ki, 4 övladını böyütmək üçün hər ay 560 manat məbləğində alimentin vaxtlı-vaxtında ödənilməsini xahiş edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Yaşıllaşdırma İdarəsində işlədiyini, aylıq 350 manat əmək haqqı aldığını, buna görə də borcunu tam ödəyə bilmədiyini bildirib, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və ədalətli nəticəyə gəldiyini göstərib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdiyi halların da nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı inzibati tənbeh ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, *****/* nömrəli Kürdəmir Rayon Yaşıllaşdırma İdarəsinə ünvanlanmış məktubdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay əmək haqqının ½ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs göstərilən hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2010cu il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2017ci il təvəllüdlü X1 anası iş üzrə iddiaçı X6 yanında saxlanılmalı, ##.##.2025-ci il tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 xeyrinə hər ay əmək haqqının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq ödənilməli, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 (bir yüz) manat məhkəmə xərci tutularaq iddiaçı X6 ödənilməli, Kürdəmir rayon məhkəməsinin müvəqqəti alimentin tutulmasına dair ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilməlidir. İş materiallarında olan “İcraata başlama haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və o, bildirişi almışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli, e******/****-**-** nömrəli məktubdan görünür ki, icraata başlamaq haqqında qərarın surəti məlumat üçün tələbkar Zərərçəkmiş şəxs göndərilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, iddia ərizəsinin məhkəməyə daxil olunduğu ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli (140 manat) həddində sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlama haqqında” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və o, bildirişi almışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, e******/****-**-** nömrəli məktubdan görünür ki, icraata başlamaq haqqında qərarın surəti məlumat üçün tələbkar Zərərçəkmiş şəxs göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, ******/* nömrəli məktubdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Yaşıllaşdırma İdarəsindən əmək haqqı aldığı üçün Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədi icra olunması üçün Kürdəmir Rayon Yaşıllaşdırma İdarəsinə göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli izahatdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maaşından başqa gəliri olmadığı üçün aliment borcunu tam şəkildə ödəyə bilmir. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədlərinin icrasından yayınmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü, həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldığı müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb, məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin Məcəllənin 75- 76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, məhkəmə də onu həmin maddə ilə təqsirli bilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin mübahisələndirilməsini nəzərə alıb aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasına əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təyin edilmiş inzibati tənbeh ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinən şəxsə cərimə növündə inzibati tənbeh təyin edilməsi işin faktiki hallarına, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Lakin məhkəmənin qənaətincə, hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar