Məhkəmə qərarları › İş №3(3-9)-440/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-440/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-440/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə MÜƏYYƏN ETDI: Işin halları Səlahiyyətli orqanın protokolu əsasında işə baxan Beyləqan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Beyləqan Rayon Məhkəməsinin qərarından DƏMX-nin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X3 şikayəti əsasında Xidmətin X8ndə aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin X8 verilməsi tələb olunmuşdur. Iş materialında olan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan da görünür ki, vətəndaşa aid olan sənədlərin X6 Xidmətinin X8 göndərilməsi tələb olunmuşdur. Sözügedən məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qəbul edilməsinə baxmayaraq, MMC tərəfindən sənədlər Xidmətin X8 təqdim edilməmişdir. Xidmətin X8 tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Beləliklə, Beyləqan Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından, işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı DƏMX-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslığını iş materialları ilə əlaqəli şəkildə yoxlamış və aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. IXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Işdən görünür ki, DƏMX Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qarşı aşağıdakı məzmunda inzibati xəta ittihamı irəli sürmüşdür: - X7 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ##### 2026-cı il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 gün ərzində Xidmətin X8 təqdim edilməsi tələb edilmişdir. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər ## ##### 2026-cı il tarixədək təqdim edilməmişdir. Işdə olan X6 Xidmətinin X8 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X8 daxil olmuş müraciətinə xidmət tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Tələblərinə müvafiq X3 müraciəti ilə bağlı münasibət bildirilməsini və ona aid aşağıda qeyd olunmuş sənədlərin surətinin 7 gün ərzində DƏMX-nin X8 göndərməsininin təmin edilməsi xahiş edilmişdir. Çatdırılma vərəqindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X8 tərəfindən tərtib edilmiş reyestrdə ## ##### 2026-cı il tarixli məktub hüquqi şəxsə çatdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim olunmuş elektron poçt vasitəsilə göndərilən sənəd siyahısından görünür ki, X3 işdən azad olunmasını istəməsinə dair ərizəsi, sınaq müddətini bitirmiş işçilər üçün ərizə forması, işçi haqqında məlumat forması, son haqq-hesab və məzuniyyət pulunu almasına dair ərizəsi, tam maddi məsuliyyət haqqında müqavilə, kassir vəzifə təlimatı, əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar və işçinin əmək funksiyası ## ##### 2026-cı il tarixdə, saat 16:39-da Ramil Aliyevə məxsus elektron ünvan 1 elektron kabinetindən elektron ünvan 2 elektron kabinetinə göndərilmişdir. Asəf Məmmədov DƏMX-nin X9 əmək müfəttişidir. Göründüyü kimi, hüquqi şəxs səlahiyyətli orqan tərəfindən tələb olunan sənədləri vaxtında, yəni ##.##.2026-cı il tarixədək (##.##.2026-cı il tarixdə) təqdim etmişdir. Belə olan halda hüquqi şəxsin əməlində IXM-in 539.3-cü maddəsinin tərkibindən söhbət gedə bilməz. Odur ki, apellyasiya məhkəməsi DƏMX-nin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər kifayət qədər əsaslandırılmamış ehtimallara söykənir. Ehtimallar əsasında isə şəxsin hüquq pozuntusunun törədilməsində təqsirli bilinməsi yolverilməzdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi IXM-in 84cü maddəsinə uyğun olaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində təsbit edilmiş “Həqiqətin müəyyən edilməsi məhkəmə icraatının vəzifəsidir” prinsipinə əməl etmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından X6 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı X6 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar