Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-441/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xitam verilməsinə dair Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X6 Xidməti * saylı Mil-Muğan Regional bölməsinin rəisi Füzuli Ibrahimov tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Ağayeva Gülsaba Xeyrulla qzının sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. IŞIN HALLARI Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X6 Xidməti * saylı Mil-Muğan Regional bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən ##.##.2026-cı il tarixdə “Mal-qara tövləsində” çirkab suların (ifrazat) təyinatsız olaraq çölə axıdılması nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Işə baxan Imişli Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X6 Xidməti * saylı Mil-Muğan Regional bölməsinin rəisi Füzuli Ibrahimo vapellyasiya şikayəti verərək, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Imişli rayonu, Muradalılı kənd sakini X1 Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər orqanlara ünvanladığı “drenaj kanalının üzərində qanunsuz tövlə inşa edildiyi, mal-qara tullantılarının və çirkab sularının kanala axıdıldığı barədə” şikayəti Nazirliyin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən ilkin olaraq araşdırılmış, daha sonra aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X6 Xidmətinin * saylı Mil-Muğan regional bölməsinə yönləndirilmişdir. Bölmənin əməkdaşları tərəfindən müvafiq şikayətin araşdırılması və su qanunvericiliyinin tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə Imişli rayonu, Muradalılı kəndi ərazisində həyata keçirilən nəzarət tədbirləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sətdar oğluna məxsus torpaq sahəsində yerləşən mal-qara saxlanılan tövlədə formalaşan tullantı sularının təyinatsız olaraq ətraf əraziyə axıdılması faktı müəyyən edilmişdir. Aşkarlanmış pozuntu üzrə yerində akt tərtib edilmiş, foto və video çəkilişlər aparılmış, inzibati xəta haqqında iş üzrə araşdırma həyata keçirilmişdir. Araşdırmanın nəticəsi olaraq ##.##.2026-cı il tarixində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sətdar oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Lakin hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki halları və tətbiq edilməli olan maddi hüquq normaları ilə uzlaşmır və qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Müvafiq inzibati xəta ilə bağlı başlanılmış icraatın gedişində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatda tullantı sularını kollektora axıtmadığını, lakin ərazidə müvafiq tələblərə uyğun çirkab quyusunun da olmadığı bildirilmiş, tez bir zamanda ərazidə çirkab quyusunun qazılıb düzəldiləcəyi bildirilmişdir. Məhkəmə iclasında isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tullantı sularının heç bir vaxt ətraf əraziyə axıdılmadığı, yalnız çirkab quyusuna axıtdığı bildirilmişdir. Qeyd edək ki, icraat materialları məhkəməyə göndərildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ərazidə çirkab quyusu qazılıb düzəldilmiş və yalnız həmin dövrdən tullantı suları həmin quyuya axıdılmağa başlanılmışdır. Həmin dövrə qədər isə tullantı suları ətraf əraziyə, xüsusilə də Muradalılı kəndi ilə Otuzikilər kəndi arasında sərhəd xətti olaraq əvvəlki dövrlərdə çəkilmiş xırda həcmli xəttə axıdılmışdır. Bu fakt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış şikayət məktubunda, X3 Xidməti publik hüquqi şəxsin Mərkəzi Muğan Idarəsinin Istismarı Idarəsinin * saylı Mil-Muğan Regional bölməsinə ünvanladığı ##.##.2026-cı il tarixli *-**-*-***/*-***/**** nömrəli məktubunda öz əksini tapmışdır. Bundan başqa, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmaması hələ o demək deyildir ki, tullantı suları təyinatsız olaraq boş əraziyə axıdılaraq müvafiq inzibati xəta törədilməlidir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öhdəliklərini yerinə yetirmək əvəzinə tullantı sularını boş əraziyə axıtmış, yalnız törətdiyi inzibati xəta aidiyyəti üzrə aşkara çıxarıldıqdan sonra onun aradan qaldırılması ilə bağlı tədbirlər görmüşdür. Tərəflərin də işin faktiki halları araşdırılmaqla və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin prosessual tələbləri gözlənilərək bütün lazımi tədbirlər görüldüyü və inzibati xətanın törədildiyi açıq-aşkar bilindiyi halda, məhkəmə şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Hesab edir ki, axıdılma maddədə göstərilən təyinatsız formada həyata keçirilib və şəxsin təqsirli davranışı nəticəsində baş verib. IXM-nin 262.2.3-cü maddəsi üzrə nəzərdə tutulan inzibati xəta hüquqi təbiətinə görə formal tərkibli inzibati xətadır. Belə ki, müvafiq maddə üzrə hüquq pozuntusunun başa çatmış hesab olunması üçün yalnız qanunsuz hərəkətin törədilməsi kifayətdir. Su qanunvericiliyinin tələblərinə riayət edilməsi hər bir kəsin vəzifəsidir. Tullantı suyunun təyinatsız olaraq boş əraziyə axıdılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhlənkarlığının nəticəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs formalaşan tullantı sularını təyinatsız olaraq boş əraziyə axıtması və bu inzibati xətanın törədilməsinin qarşısının alınmasına dair lazımi tədbirlərin görülməməsi ilə ehtiva olunan səhlənkarlığı onun su qanunvericiliyinin tələblərinə riayət etmədiyinə dəlildir. Göründüyü kimi Imişli Rayon Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, işə birtərəfli və səthi yanaşmış, yalnız qarşı tərəfin maraqlarından çıxış etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəməyə təqdim olunmuş maddi sübutları düzgün qiymətləndirməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X6 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçısını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Barəsində şikayət verilən məhkəmə qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axıntı suların qarşısının alınması ilə bağlı xəbərdarlıq edildikdən sonra pozuntu aradan qaldırılmış, ərazidə çirkab suların axıdılması üçün çirkab quyusu (şambo) qazılmış və üstü örtülmüşdür. Ona görə də işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi mövcud iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmaması barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə “Mal-qara tövləsində” çirkab suların (ifrazat) təyinatsız olaraq çölə axıdılması nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan başqa, inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola əlavə edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli aktdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından, foto şəkillərdən, video disk görüntülərindən, o cümlədən iş materiallarında olan digər sübutlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “mal-qara tövləsində” çirkab sular (ifrazat) təyinatsız olaraq çölə axıdılmış və nəticə etibarı ilə Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam vermişdir. Belə ki, apellyasiya məhkəməsi ilk növbədə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına nəzər salmağı zəruri hesab edir. Belə ki, o, izahatında göstərir ki, heyvan tövləsi onun həyətində yerləşir. O, heyvanın ifrazatını həyətində qazdığı çuxura axıdır. Tövləyə yaxın olan sahəyə isə heç bir axıntı getmir. Tez bir zamanda ifrazatı axıtmaq üçün qapalı şambo düzəldəcəyinə söz verir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iş üzrə icraata xitam verərkən “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axıntı suların qarşısının alınması ilə bağlı xəbərdarlıq edildikdən sonra pozuntu aradan qaldırılmış, ərazidə çirkab suların axıdılması üçün şambo qazılmış və üstü örtülmüşdür” ifadəsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi faktı, yəni pozuntunun aşkar edilməsi və o, pozuntunun sonradan həmin şəxs tərəfindən aradan qaldırılması inzibati xəta tərkibinin olmamasına və inzibati məsuliyətdən yayınmağa əsas vermir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsi: 40-cı maddəsinə əsasən yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir; 59-cu maddəsinə əsasən su obyektlərindən sənaye məqsədləri üçün istifadə edənlər sudan istifadə olunmasına dair müəyyən edilmiş limitlərə, texnoloji normalara və qaydalara əməl etməli, habelə istehsal texnologiyasını və su təchizatı sxemlərini təkmilləşdirmək yolu ilə su məsrəfini azaltmaq və tullantı sularının axıdılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər; 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar; Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinin 7-ci bəndinə əsasən tullantı suları- istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; 4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər; 10-cu maddəsinin b yarımbəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına icazə verir; 35-ci maddəsinin 3-cü bəndinə əsasən kanalizasiya qurğularının istismara verilməsi elan edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır. Tullantı sularının axıdılması üçün istifadə olunan hər hansı fərdi qurğu isə ancaq müvafiq dövlət standartları və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydaların gözlənilməsi şərti ilə kanalizasiya müəssisələrinin icazəsinə əsasən istismar oluna bilər. “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** saylı qərarı: 1-ci hissəsinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır; 2-ci hissəsinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. 3-cü hissəsinə əsasən qeyriyaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu Tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyri-yaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır; 4-cü hissəsinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları
2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.
4. Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir.
22. Su mühafizə zonalarında qadağan edilir: aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi; Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, fiziki və hüquqi şəxslər qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Kanalizasiya qurğularının istismara verilməsi elan edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. Həmin quyuların inşası texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmaması imperativ norma kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mal-qara tövləsində çirkab sularını (ifrazat) təyinatsız olaraq çölə axıtmaqla inzibati xətalar qanunverilciyinin müvafiq normalarının tələblərini pozmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamışdır. Halbuki, IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası IXM-in 262.2.3-cü maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin.
Qərarın icrası Imişli Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.