Məhkəmə qərarları › İş №3(3-9)-443/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-443/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-443/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi – Bakı şəhər ** saylı Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, MÜƏYYƏN ETDI: ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı icra sənədini icra etməkdən yayınmaqla, Robert adlı uşağın atası Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmasına mane olmuşdur. Bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. ŞIKAYƏTLƏRIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətini onunla əsslandırmışdır ki, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanunsuz, əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməlidir. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, yalnız icra məmurunun və tələbkarın izahatlarına üstünlük vermiş, borclunun təqdim etdiyi izahatlara isə lazımi hüquqi qiymət verməmişdir. X3 Məcəlləsinə əsasən inzibati məsuliyyət yalnız şəxsin təqsiri tam sübuta yetirildikdə tətbiq edilə bilər. Borclu məhkəmə iclasında izahat vermişdir ki, məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmamış, uşağın atası ilə görüşü baş tutmuş, lakin uşağın yaşının az olması, qidalanma və yuxu rejiminin nəzərə alınması zərurəti səbəbindən qərarın məhz göstərilən formada icrası hər zaman mümkün olmamışdır. Məhkəmə bu halları araşdırmadan onları əsassız hesab etmişdir. Bundan əlavə, azyaşlı Robert cəmi bir yaş yarımlıq uşaqdır. O, atası ilə faktiki ailə münasibətlərində böyüməmiş, atasını tanımır və onunla emosional bağlılığı formalaşmamışdır. Belə olan halda uşağın psixoloji vəziyyəti, üstün mənafeyi və yaş xüsusiyyətləri nəzərə alınmadan uzun müddət ərzində anadan ayrılması onun mənafeyinə uyğun hesab edilə bilməz. Tələbkar uzun müddət uşaqla maraqlanmamış, valideynlik vəzifələrini yerinə yetirməmişdir. Məhz buna görə uşaq atanı tanımır. Hazırda isə uşağın maraqlarını deyil, prinsipial mövqe nümayiş etdirmək məqsədini üstün tutaraq məhkəmə qərarının formal icrasını tələb edir. Məhkəmə bu mühüm halları ümumiyyətlə araşdırmamışdır. Icra məmurunun hərəkətləri də qərəzli olmuşdur. Icra məmuru işin obyektiv həllinə çalışmaq əvəzinə, yalnız borclunu məsuliyyətə cəlb etməyə yönəlmiş hərəkətlər etmiş, tərəflər arasında barışıq və uşağın maraqlarına uyğun icra mexanizmi müəyyən etmək üçün heç bir real tədbir görməmişdir. Icra məmurunun davranışı borclu üzərində davamlı psixoloji təzyiq yaratmış, nəticədə inzibati məsuliyyət məsələsi süni şəkildə formalaşdırılmışdır. Məhkəmə qərarında borclunun məhkəmə iclasına gəlməməsini onun qərəzli davranışı kimi qiymətləndirmişdir. Halbuki bu hal özü-özlüyündə Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaratmır və şəxsin təqsirini sübut etmir. Məhkəmə eyni zamanda məsuliyyəti yüngülləşdirən hal kimi borclunun himayəsində azyaşlı uşağın olmasını qəbul etmiş, ağırlaşdırıcı hal müəyyən etməmişdir. Buna baxmayaraq, heç bir əsaslandırma aparmadan maksimum məbləğdə – 1000 manat cərimə tətbiq etmişdir ki, bu da ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Məhkəmə qərarı qəbul edilərkən uşağın üstün mənafeyi prinsipi faktiki olaraq nəzərə alınmamış, yalnız icra sənədinin formal icrasına üstünlük verilmişdir. Halbuki ailə münasibətlərinə dair bütün qərarlarda ilk növbədə azyaşlı uşağın fiziki, psixoloji və mənəvi inkişafı təmin edilməlidir. Icra məmuru iş üzrə bütün halları tam və obyektiv araşdırmamışdır. Icra məmuru borclunun guya məhkəmə qərarının icrasına qərəzli şəkildə mane olması qənaətinə gəlməzdən əvvəl uşağın ataya getməkdən imtina etməsinin səbəblərini müəyyən etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməli idi. Azyaşlı Robert cəmi bir yaş yarımlıqdır və faktiki olaraq atası ilə emosional bağ formalaşdırmayıb. Belə olan halda uşağın ataya getmək istəməməsinin ananın təsiri nəticəsində, yoxsa uşağın yaş xüsusiyyətləri, psixoloji vəziyyəti və ataya qarşı yadlıq hissi ilə bağlı olmasını xüsusi bilik olmadan müəyyən etmək mümkün deyildir. Icra məmuru bu mühüm halı araşdırmadan və müvafiq məhkəmə-psixoloji və ya psixoloji-pedaqoji ekspertiza keçirilməsi barədə məsələ qaldırmadan birbaşa borclunun qərəzli davranması nəticəsinə gəlmişdir. Bu isə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Beləliklə, icra məmurunun heç bir elmi və ya psixoloji əsas olmadan uşağın davranışını ananın qərəzli hərəkətləri ilə əlaqələndirməsi ehtimallara əsaslanan nəticədir və bu cür ehtimallar inzibati məsuliyyət üçün kifayət etmir. Məhkəmə də həmin nöqsanı aradan qaldırmamış, icra məmurunun gəldiyi nəticələri tənqidi qiymətləndirmədən qəbul etmiş və bununla da iş üzrə sübutların tam və obyektiv araşdırılması vəzifəsini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətinin dəlillərini müdafiə edərək Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Astara Rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya müraciətində barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil barəsində tətbiq edilmiş tənbehin qanunsuz, əsassız olduğunu və işin faktiki hallarına və Inzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edərək, apellyasiya tələbini həmin Məcəllənin 135.1.2-ci və 135.1.5-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin Inzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işə əlavə olunmuş Astara Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)- **/**** saylı icra sənədini icra etməkdən yayınmaqla, Robert adlı uşağın atası Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmasına mane olmuşdur. Bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş inzibati xəta haqqında materiallardan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara (sübutlar qərarda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün olaraq Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehin qanunsuz, Inzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması ilə bağlı dəlilə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Inzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün Inzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan normaların işığında və məhkəmənin hüquqi mövqeyinə nəzərən apellyasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, şikayətin qismən əsaslı olduğu müəyyən edilir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- ***)-**/**** saylı icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs övladı ## ###### 2024-cü il təvəllüdlü X2 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış ünvanında hər həftənin şənbə günü saat 10:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda ərizəçi Zərərçəkmiş şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməli olduğu qərara alınmışdır. Iş materiallarından görunür ki, birinci instansiya məhkəməsinin qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi məsuliyyətini yüngülləşdirən halı kifayət qədər nəzərə almayaraq ən yuxarı həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir ki, bu da ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Qeyd olunan Inzibati Xətalar Məcəlləsinin 31.2 və 32.1.3-cü maddələrinə əsasən mütləq qaydada inzibati tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı, müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən həmin hal şəxsin təqsirinin xarakteri və şəxsiyyəti baxımından dəyərləndirilməlidir. Inzibati xəta qanununun tələbinə əsasən cəzanı yüngülləşdirən əsas qismində mütləq nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən və inzibati tənbehin inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini diqqətə almadan tətbiq edilmiş inzibati tənbeh ədalət prinsipinə (IXM maddə 9), inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına (IXM maddə 31) cavab verən inzibati tənbeh kimi qiymətləndirilə bilməz. Qeyd olunan inzibati tənbehi yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə hesab edir ki, himayəsində azyaşlı uşağı olması kimi inzibati tənbehi yüngülləşdirən hal Inzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində təsbit olunmuş başqa hallarla, yəni xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini ağırlaşdıran halın olmaması birlikdə götürülməklə nəzərə alındıqda, birinci instansiya məhkəməsinin qərarının ədalət, humanizm və vahid məhkəmə təcrübəsi prinsiplərinə zidd olaraq çıxarıldığı qənaətinə gəlmək olar. Ona görə qərarın dəyişdirilərək IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 500 manat məbləğində cərimə tətbiq edilməsi məqsədəuyğun və hüquqi baxımdan əsaslıdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında» qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar