Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-444/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İnqilab oğlunun və “Femida” vəkil bürosunun vəkili X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Emin Quliyev) ilə ## #### 1987-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Astara şəhəri, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (FİN *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, qərarın icrası Azərbaycan Respublikası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasından yayınmaqla dövlət büdcəsinə ödəməli olduğu 500 manat inzibati cəriməni ödəməmişdir. Bundan başqa, Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, borclu Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 87919 manat 51 qəpik borcu ödəməmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ictimai işlər və inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (anası) X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati qaydada tənbeh edilmişdir. Astara Rayon Məhkəməsinin sözügedən qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ən ağır inzibati tənbeh tədbiri olan həbs tətbiq edilməlidir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin 2(018)- ***/**** saylı, ##.##.2024cü il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 87919 manat 51 qəpik borcundan bu günə kimi bir manat belə ödəniş etməmişdir. Həmin icra işi ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışına gəlmədiyindən 2 dəfə onun barəsində asxtarış verilmiş, polis vasitəsilə icra şöbəsinə gətirilmişdir. Məhkəmə qərarda qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü Zeynalov İbrahim Elnur oğlu adında iki az yaşlı övladı vardır. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin uşaqlar atalarının himayəsində olmaqla ataları ilə birlıikdə yaşayırlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə Bakı şəhərində təkbaşına yaşayır. Bundan əlavə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasından yayınmaqla dövlət büdcəsinə ödəməli olduğu 500 manat inzibati cəriməni ödəmədiyi üçün də protokol tərtib edilmişdir. Lakin işə baxan hakim müddətin keçməsi əsası ilə həmin iş üzrə icraata xitam vermişdir. Hesab edir ki, hakim tərəfindən müddətin keçməsi tətbiq edilməməli, həmin hissədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ictiami işlər tənbeh tədbiri təbiq edilməli idi. 529.2-ci maddəni düzgün şərh edilməmişdir. Belə ki, həmin maddədə qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə. Buradakı 25 gün müddət icra məmurunun protokol tərtib etmək üçün gözləməli olduğu minimum müddətdir. Hakim nəzərə almamışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən cərimənin ödənilməməsi davam etdirilmişdir. Hakimin yanaşması tamamilə absurd olmaqla icra məmurunun cəriməni dövlət büdcəsinə ödətdirməsinə mane olmaqdadır. Odur ki, Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ictimai işlər və inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin barəsində İXM-in 528.1-1-ci maddəsi ilə 1500 manat cərimə tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı tamamilə ləğv edilməsini və əməlində inzibati xəta tərkibi (qərəzlilik və təqsir) olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin sözügedən qərarı qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması, iş üçün əhəmiyyət kəsb edən halların tam araşdırılmaması səbəbindən tamamilə ləğv edilməli və İXM-in 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, onda qərəzli yanaşma ümumiyyətlə olmamışdır. Onun ödəniş qabiliyyəti tamamilə yoxdur. O, heç bir yerdə işləmir, rəsmi və ya qeyrirəsmi gəlir mənbəyi yoxdur. Ali təhsilli olmağına baxmayaraq, iş tapa bilmir. İmkanı ola-ola ödəməyən şəxslə, tamamilə yoxsulluq və işsizlik səbəbindən obyektiv olaraq ödəniş apara bilməyən şəxsin hüquqi statusu eyniləşdirilə bilməz. Məhkəmə bu mühüm halı nəzərə almamış, obyektiv imkansızlığı “xqərəzli yayınma” kimi tövsif edərək kobud hüquqi səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi barəsində 1500 manat məbləğində, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə cərimə cəzası tətbiq etmişdir. Bu tənbeh növünün tətbiqi tamamilə absurd və ədalətsizdir. Məhkəmə müəyyən etmişdir ki, o, işsizdir və əvvəlki cəriməni (500 manat) ödəmək imkanı olmadığı üçün bu işə baxılır. İmkanı olmadığı üçün 500 manatı və əsas borcu ödəməyən işsiz bir qadına, dövlət adından əlavə olaraq daha 1500 manat cərimə kəsmək məhkəmə məntiqinə və hüququn aliliyinə tam ziddir. Bu cəza onun islah olunmağına deyil, onun və azyaşlı övladlarının tamamilə səfil vəziyyətə düşməsinə xidmət edir ki, bu da İXMin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədləri (tərbiyələndirmək və xətanın qarşısını almaq) ilə tam daban-dabana ziddiyyət təşkil edir. İş materiallarında (səhifə 2) rəsmi olaraq qeyd edilmişdir ki, onun himayəsində iki azyaşlı övladı var: ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü Zeynalov İbrahim Elnur oğlu. Zərərçəkmiş tərəfin nümayəndəsi Talıbova Rumanə məhkəmədə tamamilə yalan və heç bir sübuta əsaslanmayan iddia irəli sürərək, uşaqların onun himayəsində olmadığını, atalarının yanında olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi isə bu şifahi bəyanatı heç bir rəsmi sənədlə (məsələn, İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının rəyi, yaşayış yerindən arayış və s.) yoxlamadan, birtərəfli qaydada qərarına daxil etmişdir. Faktiki olaraq, uşaqlar onunla yaşayır, onların gündəlik qidalanması, geyimi, təhsili və tibbi ehtiyacları onun və valideynlərinin üzərindədir. Heç bir gəliri olmayan, subay və işsiz bir ananın himayəsində iki uşağın olması şəraitində, onun mütəmadi olaraq böyük məbləğdə borcları ödəməyə fiziki imkanı yoxdur. İXM əsasən himayəsində azyaşlı uşaqları olan qadınlara münasibətdə qanunvericilik daha humanist yanaşma tələb edir. Məhkəmə bu humanizm prinsipini tamamilə kənara qoymuşdur. Məhkəmə qərarında DƏDKR PHŞ ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna istinad edilərək, guya onun Astara rayonu Ərçivan qəsəbəsində ümumbirgə mülkiyyətdə torpaq sahələrimin olduğu iddia edilir. Məhkəmə bu halı mənim “əmlakımın olması” və borcu ödəməkdən qəsdən yayınmağının sübutu kimi qiymətləndirmişdir. Lakin bu yanaşma hüquqi baxımdan kökündən yanlışdır. Sözügedən torpaq sahələri fərdi mülkiyyəti deyil, ümumbirgə mülkiyyətdir (ailə kəndli təsərrüfatı və ya vərəsəlik əsaslı ailə mülkiyyəti). Onun o torpaq üzərində təkbaşına sərəncam vermək (satmaq, girov qoymaq və ya icarəyə verməklə gəlir əldə etmək) hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyətlə bağlı normalarına görə, digər mülkiyyətçilərin razılığı olmadan bu əmlakın özgəninkiləşdirilməsi qeyrimümkündür. İcra məmuru həmin torpaq paylarının hərraca çıxarılması və ya reallaşdırılması istiqamətində heç bir hüquqi prosedur apara bilməmişdir, çünki əmlakın real likvidliyi və sərəncam hüququ yoxdur. Həmin torpaq sahələrindən heç bir kənd təsərrüfatı gəliri və ya pul axını daxil olmur. Dolayısı ilə, kağız üzərində görünən ümumbirgə mülkiyyət payı onun faktiki olaraq nağd pul vəsaitinə sahib olmağı və borcu ödəyə biləcəyi mənasına gəlmir. Məhkəmə “əmlak vəziyyətini” araşdırarkən formal sənədləşmə ilə kifayətlənmiş, real vəziyyəti tədqiq etməmişdir. Məhkəmə qərarının 3-cü səhifəsində qeyd olunur ki, İXM-in 529.2-ci maddəsi üzrə məsuliyyətə cəlbetmə müddəti (6 ay 13 gün keçdiyi üçün) ötmüş və bu səbəbdən həmin maddə ilə işə xitam verilmişdir. Lakin eyni vaxtda daxil olmuş və eyni icraat zəncirinin davamı olan İXMin 528.1-1-ci maddəsi üzrə məhkəmə mənə ən ağır sanksiyanı tətbiq etmişdir. İcraat materiallarından görünür ki, icra məmuru tərəfindən mütəmadi olaraq eyni məzmunlu protokollar tərtib edilir. Onun barəsində artıq ##.##.2025-ci il tarixdə İXM-in 528.1-ci maddəsi ilə 500 manat cərimə tənbehi tətbiq olunmuşdur. İndi isə həmin icra sənədinin icra edilməməsinə görə təkrarən İXM-in 528.1-1 maddəsi tətbiq edilir. Burada mühüm prosessual məqam qaçırılmışdır: İnzibati orqan (İcra şöbəsi) borclunun obyektiv imkansızlığını bildiyi halda, hər bir neçə aydan bir süni şəkildə yeni protokollar tərtib etməklə borclunun üzərinə ödənilməsi qeyri-mümkün olan yeni cərimə yükləri qoyur. Bu, hüququn sui-istifadəsi formasıdır və borclunu faktiki olaraq ömürlük inzibati cinayət təqibi altında saxlamaq məqsədi güdür ki, bu da yolverilməzdir. Borclunun icra sənədini icra etməməsi yalnız o halda qərəzli hesab edilə bilər ki, borclunun real pul vəsaiti, gizlətdiyi əmlakı, qeyri-rəsmi gəlir mənbəyi olsun və o, qəsdən bu imkanlardan istifadə edərək borcu ödəməkdən boyun qaçırsın. Astara Rayon Məhkəməsinin barəsində İXM-in 528.1-1-ci maddəsi ilə 1500 manat cərimə tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı tamamilə ləğv edilməsini və əməlində inzibati xəta tərkibi (qərəzlilik və təqsir) olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı müdafiəçilər Vəkil İnqilab oğlu və X1 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin apellyasiya şikayətinin təmin edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, zərərçəkmiş şəxs əməlin tövsifini və ümumiyyətlə işin faktiki hallarını mübahisələndirmir. Zərərçəkmiş şəxs yalnız tətbiq edilmiş inzibati tənbehin növünü mübahisələndirir. Bununla belə, məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 87514 (səksən yeddi min beş yüz on dörd) manat məbləğində borc və 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ## ### 2025-cı il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin *(***)-***/****-*** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardaddan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu ##.##.1987-ci il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 510-cu maddələri ilə təqsirli bilinməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunan DƏDKR PHŞ ** saylı Lənkəran Ərazi idarəsinin 3-21-3-43- ****/**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumbirgə mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 201013100541, 801013100540 və ************ reyestr nömrəli torpaq sahələri mövcuddur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini bir il ərzində təkrarən yerinə yetirməməsi, icra sənədini icra etməməməklə qərəzlilik göstərməsi ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – borclunun qərəzli olaraq tələbi təkrar icra etməməsi inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməsi hissədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5- ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsində əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsinə dair Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı icra vərəqəsi ##.##.2025-ci il tarixində qəbul edilmiş və ##.##.2026-cı il tarixində icraya yönəldilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol isə ##.##.2026-cı ildə, yəni inzibati cərimə tətbiq olunmasına dair qərarın qəbul olunduğu tarixdən 6 ay 13 gün sonra tərtib olunmuşdur. Belə olan halda qeyd olunan qanunvericilik üzrə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti ötmüşdür ki, belə olan halda İnzibati Xətalar Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli təkrarən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.a Buna görə də apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində 2 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, birinci instansiya məhkəməsi faktiki olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mümkün olan ən yüngül inzibati tənbehi tətbiq etdiyi üçün apellyasiya instansiya məhkəməsi qərarın formal əsaslarla ləğv edilməsi və ya dəyişdirilməsi üçün zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasına əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü Zeynalov İbrahim Elnur oğlu adında iki az yaşlı övladı vardır. Belə olan halda qanunvericiliyin imperativ tələbinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi hüquqi cəhətdən mümkün sayılmır. Bu baxımdan da, zərərçəkmiş şəxsin nümayəndəsi X2 apellyasiya şikayətində irəli sürülən tələblər məhkəmə tərəfindən əsaslı hesab olunmur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş inzibati cərimə tənbehi törədilmiş inzibati xətanın xarakterinə, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-444/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-444/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver