Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-445/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Neftçala rayon Icra hakimiyyətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Işin halları Neftçala rayon Icra hakimiyyətinin vəzifəli şəxsinin ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat miqdarında cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə Qərardan şikayət verən orqan (şəxs) yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində lazımi icazə almadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə görə tikintisinə icazə tələb olunan tikinti obyekti, yəni 155 kv.m ölçüdə qeyri-yaşayış obyekti (mağaza) inşa etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, həmin qərarın və səlahiyyətli orqanın qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının baxılması üçün yenidən səlahiyyətli orqana qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini belə əsaslandırmışdır ki, inzibati xəta haqqında materiala Neftçala RPŞ ITB-nin sahə rəisi X2 və həmin bölmənin sahə polis nəfəri X6 tərəfindən tərtib edilmiş akt əlavə olunmuş, həmin aktda guya ona tikinti fəaliyyətinin dayandırılması barədə xəbərdar olunduğu, lakin tikintinin onun tərəfindən davam etdirildiyi qeyd edilmişdir. Həmin sənədin mötəbərliliyi tərəfindən mübahisələndirilmiş, aktda onun adının qarşısındakı əl imzasının əslində ona məxsus olmadığı və üçüncü şəxs tərəfindən icra edildiyi əsas gətirilməklə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilməmiş, lakin IXM-in 82.2-1-ci maddəsinin tələbləri pozulmaqla bu barədə əsaslandırılmış qərardad qəbul olunmamışdır. Bununla da işin bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, o, torpaq sahəsi üzərində qeydə alınmış hüquqa malik olmadığı üçün tikinti işləri ümumiyyətlə qanuni sayıla bilməz. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Göründüyü kimi, qanunverici tikinti fəaliyyətinin aparılmasının əsaslarını torpaq sahəsinin həm də şəxsin istifadəsində olması halı ilə şərtləndirmiş, xüsusən də belə istifadənin rejimini icarədən fərqləndirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, torpaq sahəsinin icarə hüququndan kənar istifadədə olması onun faktiki istifadədə olması ilə bağlıdır. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin bunun əksi istiqamətdə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmənin mövqeyinə görə səlahiyyətli orqan tərəfindən IXM-in 60.1-ci maddəsinin tələblərinə riayət olunmuş, inzibati xəta haqqında işə baxılması ilə əlaqədar məlumatlandırma funksiyası lazımi qaydada icra edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, inzibati xəta haqqında protokol yerli polis orqanının əməkdaşları tərəfindən tərtib edilsə də, qanunverici IXM-in 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmağa səlahiyyətli orqanınyerli icra hakimiyyəti orqanları olmasını təsbit etmişdir. Odur ki, inzibati xəta haqqında protokolun tərtib olunması hələ özlüyündə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə izahatlar vermək, mülahizələr bildirmək, sübutlar təqdim etmək və s. prosessual hüquqlarının təmin olunması anlamında başa düşülməməlidir. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta faktının aşkar olunmasını və hadisənin məzmununu yığcam şəkildə əks etdirən sənəd olmaqla sadəcə icraatın başlanma əsası kimi qəbul olunmalıdır. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqları məhz işə baxmağa səlahiyyətli orqan Neftçala rayon Icra hakimiyyəti tərəfindən təmin edilməli idi. Lakin inzibati xəta haqqında işin materiallarında Neftçala rayon Icra hakimiyyətinin göstərilən qaydalara riayət etməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Göründüyü kimi, məhkəmə səlahiyyətli orqan tərəfindən IXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqların realizəsinə lazımi imkanın yaradıldığı nəticəsinə səhvən gəlmişdir. Işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Iş materiallarından göründüyü kimi, Neftçala rayon Icra hakimiyyəti tərəfindən o, barəsində aparılan icraatla bağlı məlumatlandırılmamış, prosessual hüquqlarının təminatına şərait yaradılmamışdır. Nəticədə, hazırkı məhkəməyə təqdim olunan ərizəyə əlavə edilmiş sənədlər, o cümlədən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma bölməsi (qeyri-yaşayış obyektinin 75 kv.m ölçüdə olan hissəsinə münasibətdə) inzibati xəta haqqında materiala əlavə edilmədiyi üçün işin faktiki halları lazımi qaydada aydınlaşdırılmamış, yekunda düzgün olmayan nəticəyə gəlinmişdir. Halbuki, sözügedən sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq icazə alınmadan icra edilən tikinti işlərinin həcmi 100 kvm-dən az olacağı üçün əməldə Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi istisna olunacaqdı. Göstərilənlərlə əlaqədar hesab edir ki, IXM-in prosessual norma tələbləri səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işin obyektiv, tam və hərtərəfli baxılmasına maneə törədəcək dərəcədə pozulmuş, lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara lazımi hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışında Neftçala rayon Icra hakimiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Neftçala Rayon Məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Mübahisə olunan qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, aktlar, fotoşəkillər, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan ## #### 2026-cı il tarixli aktın məzmunundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Aşağı Surra kəndində apardığı tikinti işlərinin dayandırılması tələb olunmuş, lakin o, tikintini davam etdirdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aktın aşağı hissəsində Neftçala RPŞ-nin ITB-nin polis sahə rəisinin, polis nəfərinin və Qərardan şikayət verən orqan (şəxs) adları qarşısında imzalar var. Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsində həmin aktdakı imzanın ona məxsus olmadığını bildirərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatət versə də, məhkəmə düzgün olaraq həmin vəsatəti əsassız sayıb qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) iş materiallarında olan digər sənədlərdə onun adı qarşısında əks olunmuş imzaların heç birini mübahisələndirməyib. Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi yeganə imza yuxarıda göstərilən aktda onun adı qarşısındakı imzadır. Ona görə də məhkəmə toplanmış digər sübutların məcmusunu nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi mövcud vəziyyətdə lüzumsuz olmaqla yanaşı, məhkəmə baxışını buna heç bir zərurət olmadan ləngidə bilər. Bu səbəbdən iş üzrə ekspertiza təyin olunmasına dair vəsatət rədd edilmişdir. Neftçala rayon Icra hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ## #### 2026-cı il tarixli məktubla Neftçala rayon Icra hakimiyyətinə müraciət edərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixindən etibarən Aşağı Surra kəndi ərazisində 155 kv.m sahədə qanunsuz olaraq ticarət obyekti inşa etməyə başlamışdır. Qərardan şikayət verən orqan (şəxs) tikinti işlərini dayandırması tələb olunduğuna baxmayaraq o, tikintini davam edir. Bununla bağlı iş materiallarına Neftçala rayon Icra hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Aşağı Surra bələdiyyəsinin sədri tərəfindən ## #### 2026- cı ildə imzalanmış müvafiq məzmunlu akt əlavə olunmuşdur (aktda qeyd olunur ki, Qərardan şikayət verən orqan (şəxs) onu imzalamaqdan imtina edib). ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində lazımi icazə almadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə görə tikintisinə icazə tələb olunan tikinti obyekti, yəni 155 kv.m ölçüdə qeyri-yaşayış obyekti (mağaza) inşa etmişdir. Protokol aidiyyəti vəzifəli şəxslə yanaşı Qərardan şikayət verən orqan (şəxs) özü tərəfindən də imzlanmışdır (şikayətçi protokoldakı imzanın ona məxsus olması halını mübahisələndirmir). Neftçala rayon Icra hakimiyyəti başçısının birinci müavini, Neftçala rayon Icra hakimiyyəti başçısının Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini, Hüquq və kadr məsələləri sektorunun müdiri, Neftçala Rayon Polis Şöbəsinin Ictimai təhlükəsizlik bölməsinin rəisi, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi bölməsinin baş məsləhətçisi, Neftçala rayon Icra hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Aşağı Surra bələdiyyəsinin sədri tərəfindən imzalanmış ## ##### 2026-cı il tarixli aktın məzmunundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) icarə, istifadə və mülkiyyət hüququ olmadan 155 kv.m torpaq sahəsində özbaşına tikinti işləri apardığı müəyyən olunmuş, ona dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, tikinti işlərini dayandırmamışdır. Vətəndaşa tikinti işlərini dayandırması barədə bir daha xəbərdarlıq edilib. Yuxarıda göstərilən aktda Qərardan şikayət verən orqan (şəxs) adı qarşısında imza yoxdur. Iş materiallarına əlavə olunmuş fotoşəkillərdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inşa edilən tikilinin müxtəlif mərhələləri əks olunub. Ilk fotoşəkillərdən görünür ki, inşa işlərinin aparılması halı ilkin olaraq müəyyən edildiyi vaxt müvafiq tikili cəmi iki daş hündürlüyündə olmuşdur. Sonrakı fotoşəkillərdən tikintinin davam etdirildiyi və nəhayət inşa olunmuş divarın üst hissəsinə beton kəmər çəkildiyi görünür. Neftçala rayon Icra hakimiyyəti ## ### 2026-cı ildə Qərardan şikayət verən orqan (şəxs) bildiriş göndərərək inzibati xəta haqqında işə ## ### 2026-cı il tarixində Neftçala rayon Icra hakimiyyətinin inzibati binasında baxılacağını bildirmişdir. Müvafiq poçt xəbərnaməsindən görünür ki, həmin məktub Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı ildə saat 20:06-da şəxsən çatdırılıb. Işin faktik hallarından həmçinin görünür ki, inzibati xəta haqqında işə ## ### 2026-cı il tarixində deyil, ## ### 2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) bilavasitə iştirakı ilə baxılmış, onun yazılı izahatı alınmışdır (Qərardan şikayət verən orqan (şəxs) həmin izahatı şəxsən verməsi halını mübahisələndirmir). Qərardan şikayət verən orqan (şəxs) yazılı izahatında bildirmişdir ki, 1998-ci ildən etibarən özünə məxsus olan dükanı var. Həmin dükanın arxa hissəsi “su basma” nəticəsində yararsız hala düşmüş, bu səbəbdən dükanın ərazisini genişləndirərək 155 kv.m sahədə tikinti işləri aparmışdır. Bu səbəbdən barəsində ## #### 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib. Ona tikinti işlərini dayandırması tövsiyə olunmuş, lakin o, 1–2 gün gözləyib, bələdiyyəyə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət edərək, tikintini ## #### 2026-cı il tarixinədək davam etmişdir. Qərardan şikayət verən orqan (şəxs) Neftçala rayon Icra hakimiyyətinin vəzifəli şəxsinin ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 manat miqdarında cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş Aşağı Surra bələdiyyəsi tərəfindən ## ####### 2006-cı ildə tərtib rəydən görünür ki, bələdiyyə şikayətçiyə Aşağı Surra kəndində dükan tikintisi üçün 30 kv.m torpaq sahəsi ayrılmasına etiraz etmir (qeyd olunur ki, şikayətçi məhkəməyə bələdiyyənin həmin rəylə bağlı qərarını təqdim etməyib). Bununla yanaşı, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim olunmuş, ## #### 2006-cı il tarixində tərtib edilmiş icarə müqaviləsindən görünür ki, Aşağı Surra kənd sakini X1 Aşağı Surra bələdiyyəsi tərəfindən kommersiya fəaliyyəti göstərməsi məqsədilə 12 kv.m torpaq sahəsi ayrılaraq 30 il müddətinə icarəsinə verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79–80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri sadalanıb. 79.1-ci maddənin məzmunundan görünür ki, müvafiq, yəni tikintisinə icazə tələb olunmayan tikinti obyektini inşa etmək üçün 79.1.1–79.1.11-ci maddələrdə sadalanan obyektlərin altındakı torpaq sahəsi tikinti aparan şəxsin mülkiyyətində, icarəsində və ya istifadəsində olmalıdır. Eyni Məcəllənin 80-ci maddəsində (məlumatlandırma icraatı) nəzərdə tutulan tikinti obyektlərinin inşası üçün də həmin obyektlərin altındakı torpaq sahəsinin tikinti aparan şəxsin mülkiyyətində, icarəsində və ya istifadəsində olması tələb olunur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəasında göstərilən qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində aparılır. Lakin Qərardan şikayət verən orqan (şəxs) inşa etdiyi tikilinin altındakı torpaq sahəsi üzərində hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) müvafiq torpaq sahəsi üzərində hər hansı hüquqa malik deyil. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inşa etdiyi tikili istənilən bir halda tikintisinə icazə tələb olunmayan tikinti obyekti sayıla bilməz. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqan və birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi ilə bağlı hissədə düzgün nəticəyə gəlsələr də, işə baxılarkən IXM-in 116.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. IXM-in 116.2-ci maddəsinə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Lakin işdən görünür ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən təyin etdiyi inzibati cəriməni şərti olaraq tətbiq etməklə Qərardan şikayət verən orqan (şəxs) qərarda göstərilən pozuntuların aradan qaldırılması üçün vaxt verməmiş, qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq cəriməni birbaşa tətbiq etmiş, birinci instansiya məhkəməsi də həmin məsələni diqqətdən qaçırmışdır. Halbuki, IXM-in 116.1-ci maddəsində müəyyən edilən qayda imperativ xarakter daşıyır və səlahiyyətli orqan hər bir halda həmin normanın tətbiqi məsələsini müzakirə etməli idi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, həm səlahiyyətli orqan, həm də birinci instansiya məhkəməsi inzibati tənbehin IXM-in 116.1-ci maddəsinin tələbləri baxımından şərti hesab olunması ilə bağlı məsələləri araşdırmamışlar və nəticədə inzibati tənbehin tətbiqi ilə bağlı səhvə yol verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, səlahiyyətli orqanın qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsi ilə təyin olunmuş 2500 manat məbləğində inzibati cərimə IXM-in 116.1ci maddəsinə əsasən şərti tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Neftçala rayon Icra hakimiyyətinin ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilsin. Neftçala rayon Icra hakimiyyətinin ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) təyin edilmiş 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə şərti hesab edilsin. Qərardan şikayət verən orqan (şəxs) üzərinə 1 (bir) ay müddətində törətdiyi hüquqpozmanı aradan qaldırması vəzifəsi qoyulsun. Hazırkı qərarın surəti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əldə edildiyi vaxtdan 1 (bir) ay müddətində qeyd olunan vəzifə yerinə yetirilmədiyi halda inzibati cərimə real icraya yönəldilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-445/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-445/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver