Məhkəmə qərarları › İş №3(3-9)-447/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-447/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-447/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ağcabədi Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-M-*****/**** saylı icrası məcburi olan göstərişini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, həmin göstəriş işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı olmuş və göstərişin icra edilməməsi Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri kifayət hesab edərək kolleci inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki hazırkı inzibati xəta işi ilə əlaqəli olan əsas faktiki və hüquqi məsələlər X2 “X8” publik hüquqi şəxsə qarşı “işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Ağcabədi Rayon Məhkəməsinin icraatında olmuş *(*-***)-***/**** nömrəli mülki işin predmetini təşkil etmişdir. Həmin mülki iş üzrə qətnamə qəbul edilsə də, inzibati xəta işinə baxılan vaxt qətnamə qanuni qüvvəyə minməmiş, ondan apellyasiya şikayəti verilməsi məsələsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində müzakirə olunmuşdur. Buna görə X2 əmək münasibətlərinin davam edibetməməsi, əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi və bunun elektron əmək müqaviləsi sistemində doğurmalı olduğu hüquqi nəticələr barədə yekun hüquqi müəyyənlik yaranmamışdır. Kollec Ağcabədi Rayon Məhkəməsinə yazılı etiraz təqdim edərək qeyd olunan halları, inzibati xəta hadisəsinin və tərkibinin sübuta yetirilmədiyini, eləcə də təqsirin müəyyən olunmadığını əsaslandırmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qərarda etirazın mövcudluğunu sadəcə qeyd etməklə kifayətlənmiş, etirazda irəli sürülmüş dəlillərin heç birinə mahiyyəti üzrə hüquqi qiymət verməmişdir. Buna baxmayaraq, qərar protokolun məzmununun təkrarlanması və “inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir” şəklində ümumi nəticə ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə qərarın əsaslandırıcı hissəsində 539.1-1-ci maddənin əvvəlki redaksiyasını təkrarlamış, 2026-cı ildə baş verdiyi iddia olunan əmələ tətbiq edilməli olan qüvvədəki normanın məzmununu və konkret tərkib əlamətlərini düzgün müəyyən etməmişdir. Bu hal inzibati məsuliyyət müəyyən edən qanun normasının düzgün tətbiq edilmədiyini və məhkəmənin konkret göstərişlə qüvvədə olan dispozisiya arasında zəruri hüquqi müqayisə aparmadığını göstərir. Bundan başqa, 539.1-1-ci maddənin tətbiqi üçün icrası məcburi olan göstərişin sadəcə mövcudluğu deyil, həmin göstərişin konkret əmək münasibətinə tətbiq edilə bilməsi və onun icra edilməməsinin təqsirli hərəkətsizlik olması müəyyən edilməlidir. X2 əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi mülki mübahisənin predmeti olduğu halda, onun əmək münasibətlərinin elektron sistemdə necə rəsmiləşdirilməli olması həmin mübahisənin nəticəsindən birbaşa asılıdır. Qanuni qüvvəyə minməmiş mülki iş üzrə qətnamə kollecin inzibati xəta törətməkdə təqsirli olmasının sübutu kimi qəbul edilə bilməz. Mülki işdə əmək müqaviləsinə xitamın qanuniliyi barədə yekun hüquqi nəticə formalaşmadığı şəraitdə kollecin həmin mübahisəli hüquqi vəziyyət üzrə hərəkətsizliyinin hüquqazidd və təqsirli olması barədə qəti nəticəyə gəlmək hüquqi müəyyənlik və təqsirsizlik prezumpsiyası prinsiplərinə uyğun deyil. Əgər birinci instansiya məhkəməsi X6 Xidmətinin göstərişinin mülki mübahisədən asılı olmayaraq icra edilməli olduğunu hesab edirdisə, qərarda bunun hüquqi əsaslarını, göstərişin hansı konkret əmək müqaviləsinə aid olduğunu, mübahisəli əmək münasibəti mövcud olduğu halda göstərişin necə icra edilə biləcəyini və kollecin hansı real icra imkanına malik olduğunu əsaslandırmalı idi. Qərarda bu məsələlərin heç biri araşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Inzibati protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 şikayətin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-106)-595/2026 nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-M-*****/**** saylı icrası məcbur olan göstərişini icra etməmişdir və nəticədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-106)-595/2026 nömrəli qərarından görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən işçilərin elektron əmək müqaviləsinə keçirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2026-cı il tarixli *-**-*/*-M-*****/**** saylı icrası məcbur olan göstərişini icra etmədiyinə görə IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 2000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Lakin, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Yəni “inzibati xətanın tərkibi hadisə, təqsir, subyekt və obyekt elementlərinin məcmusundan ibarətdir.” Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən “inzibati xəta haqqında iş üzrə şübhə doğuran hallar həmin şəxsin xeyrinə qiymətləndirilməlidir.” Beləliklə, inzibati məsuliyyətin tətbiqi üçün şəxsin və ya hüquqi şəxsin təqsirinin, yəni onun qanunla qadağan olunmuş əməli (hərəkət və ya hərəkətsizliyi) bilə-bilə və ya ehtiyatsızlıqdan törətməsinin sübuta yetirilməsi zəruridir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. inzibati xəta təqsirli surətdə törədildikdə məsuliyyətə səbəb olur. Yəni şəxs ya qəsdən, ya da ehtiyatsızlıqdan qanun pozuntusu törətməlidir ki, məsuliyyət yaransın. Apellyasiya şikayətinin və iş materiallarının tədqiqi zamanı isə müəyyən edilmişdir ki, hazırki inzibati xəta işi ilə əlaqəli olan faktiki hallar mülki məhkəmə icratının predmetidir. Belə ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Ağcabədi rayon məhkəməsində baxılaraq ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnamə qəbul edilmişdir. Belə ki, iş materialında olan Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qəbul edilsə də hazırda qanuni qüvvəsini almamışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi müvafiq cavabdeh orqan tərəfindən müzakirə edilir. Bu səbəbdən iş üzrə yekun hüquqi vəziyyət formalaşmamış, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi barədə mübahisə məhkəmə qaydasında yekun həllini tapmamışdır. Göründüyü kimi hazır ki iş üzrə mübahisənin əsasını təşkil ediən hallar mülki iş üzrə məhkəmə araşdırmasının predmetidir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyi halda həmin qətnamənin nəticələri əsas götürülməklə kollecin təqsirli hesab edilməsi hüquqi müəyyənlik prinsipinə və təqsirsizlik prezumpsiyasına uygun deyil. IXM-nin 539.1-1-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl olunması barədə səlahiyyətli orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edir ki, hazırki halda isə kollecin təqsirli hərəkəti və ya hərəkətsizliyi həmin maddənin obyekktiv tərəfini təşkil edən konkret icra edilməmiş məcbur qərar və ya göstəriş tam və yekun şəkildə sübuta yetirilməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə aşagdakıları da qeyd etməyi zəruri hesab edir. Iş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin icrası məcbur olan ##.##.2026-cı il tarixli *-**-*/*-M-*****/**** saylı göstəriş məktubundan görünür ki, X2 X8 publik püquqi şəxsinin sabiq direktoru tərəfindən qanunsuz işdən azad olunması barədə müraciəti araşdırılmış və X2 işinə bərpa edilməsi üçün müvafiq tədbirləri görərək 1 ay ərzində nəticəsi barədə, təsdiqləyici sənədlər əlavə olunmaqla X6 Xidməti Qarabağ regional şöbəsinə məlumat verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.4-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Qeyd edilən maddi hüquq normasının məzmunundan görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətini özününküləşdirə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasını və yuxarıda sadalanan işin faktiki hallarını nəzərə almayaraq düzgün nəticəyə gəlməyərək qanunsuz qərar qəbul etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-106)-595/2026 nömrəli qərarında hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən işçilərin elektron əmək müqaviləsinə keçirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin icrası məcburi olan ##.##.2026-cı il tarixli icrası məcbur olan *-**-*/*-M-*****/**** saylı göstərişinin icra edilməməsi barədə qənaətə gəlinərək sözügedən hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq etmişdir. Halbuki, sözügedən icrası məcburi göstərişin məğzini “işçilərin elektron əmək müqaviləsinə keçirilməsi” barədə tələb deyil, X2 işinə bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsi təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-M-*****/**** saylı icrası məcburi olan göstərişi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə zidd olduğundan, həmin göstərişin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Başqa sözlə, səlahiyyətli orqanın qanunsuz icrası məcburi göstərişi hüquqi nəticə doğurmur. Təsadüfi deyil ki, Avropa Insan Hüquqları Məhkəməsinin (AIHM) “Öztürk Almaniyaya qarşı” (##.##.1984), “Angel Rumıniyaya qarşı” (##.##.2007) və “Guzzardi Italiyaya qarşı” ##.##.1980) işlərində vurğulanmışdır ki, inzibati məsuliyyət tədbirləri mahiyyət etibarilə cəza xarakterli olduğundan, bu cür işlərdə də “günahsızlıq prezumpsiyası” prinsipi tətbiq olunmalı, şəxsin təqsiri aydın və şübhə doğurmayan sübutlarla təsdiqlənməlidir. Hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətində inzibati xəta tərkibi və subyektiv əlamətləri sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanunla müəyyən edilmiş sübut standartlarına cavab vermir, nəticə etibarilə əsaslandırılmamış hesab olunur. Belə ki IXM-nin 53.1.2-ci maddəsinə görə, “inzibati xəta tərkibi sübuta yetirilmədikdə, inzibati iş üzrə icraata xitam verilir.” Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-106)-595/2026 saylı qərarı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 114, 134-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X8 publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-106)-595/2026 nömrəli qərarı ləğv edilsin. Hüquqi şəxs X8 publik püquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar