Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-448/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmə icraatına qəbul edilməsi məsələsinə baxaraq məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin əsasla xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin rəisi R Rəşid Piriyev vəsatətlə məhkəməyə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Inzibati xəta haqqında iş materiallarında əlavə edilmiş çıxarışdan görünür ki, ## #### 2026-cı il tarixdə qərar DIN-in X3 göndərilmişdir (cild 1, səhifə 30). O cümlədən, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qərar icra olunması üçün ## ##### 2026-cı il tarixdə səlahiyyətli orqana çatmışdır (cild 1, səhifə 32). Beləliklə də müəyyən olunur ki, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən şikayət vermə müddəti bitmiş, prosessual müddətə əməl edilməmiş, qərarın surəti rəsmi olaraq alındığı gündən qanunla müəyyən edilmiş 10 gün müddət ərzində apellyasiya şikayəti verilməmiş, müddət keçdikdən sonra isə buraxılmış müddətin bərpası barədə vəsatət təqdim edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə həmin vəsatət təmin edilməmiş və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. Bundan sonra Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən ## #### 2026-cı il tarixdə birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilmişdir. Beləliklə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Inzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıbburaxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən və müddətin bərpası haqqında vəsatət verilmədiyindən, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-448/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-448/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver