Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-449/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Lənkəran Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Lənkəran Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq eidlməsi, qərarın icrasının Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul eidlmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, ## #### 2026-cı il tarixdə saat 14:40 radələrində Astara rayonu, Heydər Əliyev prospektində yerləşən “İnnab events” adlı obyektin reklam yayımcısı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzərətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi tam və vaxtında yerinə yetirilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılmış Astara Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Protokolu tərtib edən orqannin əməkdaşları hələ barəsində məhkəməyə müraciət etməmişdən qabaq da ona məxsus olan "İnnab Events" adlı mağazasına gələrək İnnab Events yazısının olduğu reklam plakatının “Reklam haqqında” Qanunun tələblərinə cavab vermədiyi üçün mağazadan götürülməsini bildirmişdir. O da qanuna müvafiq olaraq ##.##.2026-cı il tarixində həmin plakatı mağazadan sökmüşdür. ##.##.2026-cı il tarixində Protokolu tərtib edən orqan barəsində AR İXM-nin 428.7.3-cü maddəsinə əsasən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək Astara Rayon Məhkəməsinə baxılması üçün göndərmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə AR İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan inzibati xətanın tərkibi olmadığı halda ona inzibati cərimə tətbiq etmişdir. Belə ki, barəsində məhkəmə prosesi getdiyi dövrdə Protokolu tərtib edən orqannin nəzərdə tutduğu inzibati xəta predmeti aradan qaldırılmış, İNNAB EVENTS adlı reklam löhvəsi mağazadan götürülmüşdür. (foto şəkillər şikayətə əlavə edilir) Əlavə olaraq qeyd edir ki, adı çəkilən mağazadan sadəcə xonça və toy nişan ləvazimatlarının saxlanılması üçün anbar kimi istifadə edilmiş, heç bir hüquq müəyyən edici sənədlərdə həmin obyektin ona məxsus olması öz əksini tapmamışdır. Həmin mağaza sadəcə olaraq onun istifadəsində anbar kimi istifadə edilir. Məhkəmə isə inzibati xəta haqqında protokolu nəzərdən keçirərərək yalnız protokol tərtib edən orqanın sübutlarına qiymət vermişdir. Nəticədə isə onun prosesussal hüquqları pozulmuşdur. AR İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: AR İXM-nın 9.1-ci maddəsində qeyd olunur ki, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. Həmin məcəllənin 130-cu maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7.3-cü maddəsində - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – işdə olan fotoşəkillər, ##.##.2026-cı il tarixli yazılı göstəriş, ##.##.2026-cı il tarixli, ***** saylı Akt, ##.##.2026-cı il tarixli teleqram, ##.##.2026-cı il tarixli bildiriş, ##.##.2026-cı il tarixli, ** saylı Baxış aktı, inzibati xəta haqqında protokol, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən aydın görünür ki, açıq məkanda reklam yerləşdirilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara rayonu, Heydər Əliyev prospektində açıq məkanda yayımlanan reklam yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün dərhal Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Protokolu tərtib edən orqannə müraciət etməsinin tələb edilməsi barədə yazılı göstəriş göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, ***** saylı Aktdan görünür ki, açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “xxxx” MMC tərəfindən verilmiş Teleqramdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə bildirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ünvanlanan göndəriş ##.##.2026-cı il tarixdə çatdırılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 14:10-da Astara şəhəri, H.Əliyev prospekti ünavnında yerləşən “İnnab events” obyektində olmağı barədə xahiş edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “xxxx” MMC tərəfindən verilmiş Teleqramdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə bildirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ünvanlanan göndəriş ##.##.2026-cı il tarixdə çatdırılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, ** saylı Baxış aktından görünür ki, Astara rayonu, Pensər kəndi yerləşən “İnnab events” adlı obyektdə açıq məkanda reklamlar yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyi barədə akt tərtib edilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə saat 14:40 radələrində Astara rayonu, Heydər Əliyev prospektində yerləşən “İnnab events” adlı obyektin reklam yayımcısı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzərətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi tam və vaxtında yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, Astara rayonu, H.Əliyev prospektində yerləşən “İnnab events” adlı obyektdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: **********) ##.##.2020-ci il tarixdən qeydiyyatdadır və hazırda həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Belə ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsi ilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb qaldırılmadığını yoxlayır. 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.6-cı bəndindən görünür ki, açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7-ci bəndinə əsasən, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, şikayətdə göstərilən hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas vermir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, ***** nömrəli aktdan və həmin aktla bağlı tərtib olunmuş fotoşəkillərdən Astara rayonu, Heydər Əliyev prospektində yerləşən “İnnab events” adlı obyektdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla reklam yayımlandığı müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Protokolu tərtib edən orqan tərəfindən ##.##.2026-cı il tarixli yazılı göstəriş verilərək açıq məkanda yayımlanan reklamın dərhal dayandırılması, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icazənin alınması üçün həmin İdarəyə müraciət edilməsi tələb olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli teleqramla həmin yazılı göstərişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə çatdırılması təsdiq edilir. Bununla yanaşı, iş materiallarında olan ##.##.2026-cı il tarixli bildiriş və ##.##.2026-cı il tarixli teleqramdan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə reklam yayımı ilə bağlı yazılı göstərişin icra vəziyyətinin yoxlanılması məqsədilə keçiriləcək baxış barədə əvvəlcədən məlumatlandırıldığı müəyyən olunur. Buna baxmayaraq, ##.##.2026cı il tarixli, ** saylı baxış aktı ilə əvvəl verilmiş yazılı göstərişdə göstərilən tələblərin yerinə yetirilmədiyi və “İnnab events” adlı obyektdə açıq məkanda reklamların yayımlanmasının davam etdirildiyi müəyyən edilmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş yazılı göstərişin ona çatdırılmasına və onun məzmunundan xəbərdar olmasına baxmayaraq, həmin göstərişin müəyyən edilmiş tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməməsi iş materiallarında olan bir-birini tamamlayan mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən mülahizələr hər hansı mötəbər və obyektiv sübutla təsdiq olunmur. Belə ki, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin obyektin ona məxsus olmasının heç bir heç bir hüquq müəyyənedici sənədlə təsdiq olunmamasını bildirsə də, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan həmin obyektin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olması aydın şəkildə müəyyən edilir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020ci il tarixdən Astara rayonu, Heydər Əliyev prospektində yerləşən “İnnab events” adlı obyektdə vergi ödəyicisi kimi qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin məlumat dövlət orqanı tərəfindən rəsmi məlumatlar əsasında təqdim edilmiş olmaqla, obyektin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq fəaliyyəti ilə əlaqəsini və onun həmin obyektdə fəaliyyət göstərən şəxs olduğunu təsdiq edir. Bu baxımdan, apellyasiya şikayətində obyektin ona məxsusluğunu təsdiq edən hüquq müəyyənedici sənədin iş materiallarına əlavə edilməməsinə dair dəlil özlüyündə inzibati xətanın subyektinin müəyyən edilmədiyi qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, konkret halda iş üzrə hüquqi əhəmiyyət daşıyan məsələ daşınmaz əmlak üzərində mülkiyyət hüququnun kimə məxsus olmasının müəyyən edilməsi deyil, reklamın yayımlandığı obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirən və həmin reklam yayımı ilə əlaqədar səlahiyyətli dövlət orqanının yazılı göstərişinin ünvanlandığı şəxsin müəyyən edilməsidir. İş materiallarında olan sübutların məcmusu isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz həmin obyektdə sahibkarlıq fəaliyyəti göstərdiyini, açıq məkanda reklamın mövcudluğu ilə bağlı ona yazılı göstəriş verildiyini, həmin göstərişin ona çatdırıldığını və buna baxmayaraq, növbəti baxış zamanı göstərişin tələblərinə əməl edilmədiyini kifayət qədər müəyyən edir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətində reklamın sonradan sökülməsi ilə bağlı göstərilən hal da şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Çünki inzibati məsuliyyətə səbəb olan əməl reklamın sonradan sökülməsi deyil, səlahiyyətli dövlət orqanının qanuni yazılı göstərişinin müəyyən edilmiş müddətdə icra edilməməsi ilə bağlı olmuşdur. Xəta başa çatdıqdan sonra pozuntunun aradan qaldırılması isə həmin əmələ görə yaranmış inzibati məsuliyyəti istisna etmir. Belə olan halda, iş üzrə toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edir. Məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında göstərilmişdir ki, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın məqsədlərinə nail olmaq, Fərid Şərbətzadəni qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-449/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-449/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver