Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-450/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə M Ü Ə Y Y Ə N E T D İ: Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, şikayətinin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması nəticəsində qəbul edilmişdir. Bu səbəbdən qərarın ləğv olunması üçün qanuni əsaslar mövcuddur. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin tələblərinə hüquqi qiymət verməmişdir. Iş materiallarından görünür ki, inzibati xəta ##.##.2026-cı il tarixində aşkar edilmiş, lakin inzibati xəta haqqında protokol yalnız ##.##.2026-cı il tarixində tərtib edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xəta aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Qanun yalnız 101.2-ci maddədə göstərilən istisna halında, yəni işin hallarının əlavə araşdırılması zəruri olduqda protokolun iki gün müddətində tərtib edilməsinə icazə verir. Hazırkı işdə isə şəxsiyyəti müəyyən edilmişdir, izahatı alınmışdır, əlavə araşdırma aparılması barədə heç bir qərar qəbul edilməmişdir, əlavə araşdırmanın aparılmasını zəruri edən heç bir hal müəyyən edilməmişdir. Belə olduğu halda protokolun növbəti gün tərtib olunması qanunun imperativ tələbinin pozulmasıdır. Birinci instansiya məhkəməsi bu prosessual pozuntunun mövcudluğunu faktiki olaraq müəyyən etsə də, həmin pozuntunun hüquqi nəticələrini ümumiyyətlə araşdırmamışdır. Digər mühüm hal ondan ibarətdir ki, inzibati xəta haqqında##.##.2026-cı il tarixli protokolda əsas sübut kimi ##.##.2026-cı il tarixli ****** nömrəli akta istinad edilmişdir. Başqa sözlə, protokol tərtib edilən tarixdə həmin akt hüquqi və faktiki baxımdan mövcud olmamışdır. Hüquqi baxımdan sonradan tərtib edilmiş sənəd əvvəl tərtib olunmuş prosessual sənəd üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi bu açıq ziddiyyətə münasibət bildirməmiş, bunun səbəblərini göstərməmiş və həmin halın sübutların mötəbərliyinə necə təsir etməsini araşdırmamışdır.Bu isə sübutların qiymətləndirilməsinə dair inzibati Xətalar Məcəlləsinin 76-cı və 84.1-ci maddələrinin tələblərinin pozulması deməkdir. Bundan əlavə, inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Lakin protokolda guya onun protokolu imzalamaqdan imtina etdiyim göstərilmişdir. Bu hal müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi bu prosessual pozuntunu da hüquqi baxımdan qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə onun təqsirimin sübuta yetirilməsi məsələsini də tam araşdırmamışdır. Məhkəmə qərarında yalnız fotoşəkillərə, videogörüntülərə və izahatıma istinad edilmişdir. Lakin məhkəmə tullantıları konkret olaraq kimin yandırdığını, həmin hərəkətin onun göstərişilə həyata keçirilibkeçirilmədiyini, onun hansı konkret qanuni vəzifəsini pozduğunu, onun hərəkəti və ya hərəkətsizliyi ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin yalnız vəzifəli şəxs olması onun inzibati məsuliyyətə cəlb olunması üçün kifayət etmir. Birinci instansiya məhkəməsi qərarında həmin hüquqi mövqeyə istinad etsə də, onu hazırkı iş üzrə tətbiq etməmişdir. Qərarda onun hansı konkret vəzifə öhdəliyini pozduğu göstərilməmişdir. Həmçinin iş materiallarında tullantıların onu göstərişi ilə və ya tapşırığı ilə yandırıldığını təsdiq edən heç bir sübut yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, prosessual hüquq normalarının pozulmasına hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bütün bunlar isə qəbul edilmiş qərarın ləğv olunmasını zəruri edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. Iş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * X2 və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ### 2026-cı il tarixində Salyan rayonu, Xələc kənd * nömrəli tam orta məktəbin fəaliyyəti zamanı formalaşan tullantıların mütəmadi şəkildə məktəbin həyətində qalaqlayaraq yandırılması faktı aşkar olunmuş və müvafiq hərəkətlər həmin ərazidə urna yerləşdirilmədən aparıldığından “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələbləri pozulmuş və Qərardan şikayət verən orqan (şəxs) AR IXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində törətdiyi inzibati xətaya görə 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. ****** saylı, ##.##.2026-cı il tarixli aktdan görünür ki, Biləsuvar rayonu Günəşli kənd sakini vətəndaş Nəbiyeva Nərmin Ağaməmməd qızı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X2 və Təbii Sərvətlər Idarəsinə şikayət ünvanlayaraq, bildirmişdir ki, “Şirvan-Salyan RTI-yə məxsus olan tabeli təhsil müəssisələrində “Tullantılar haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyəti barədə araşdırılma aparılmasını tələb etmişdir. Qeyd olunan müraciətin araşdırılması məqsədilə aparılan araşdırma zamanı Salyan rayonu, Xələc kənd * nömrəli tam orta məktəbin fəaliyyəti zamanı formalaşan tullantıların xəndəkdə və dəmirlərdə qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir. Bu barədə məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) izahatı alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X2 və Təbii Sərvətlər Idarəsinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli izahatdan görünür ki, rəhbərlik etdiyi məktəbin tullantılarını məktəbin həyətində toplayaraq tullantılar çoxaldıqca bəzilərini yandırırmışlar. Tullantıların daşınması üçün müqavilə yoxdur. Inzibati tənheh vermə haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə rəhbərlik etdiyi məktəbin ərazisində tullantıları urnadan kənarda yerləşdirərək qalaqlamaqla yandırmaqla IXM-in 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarına əlavə edilmiş foto və video görüntüdən görünür ki, məktəbin ərazisində tullantılar urnadan kənarda qalaq şəklində yerləşdirilərək yandırılmışdır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətində törədilmiş əməli inkar etməsi subyektiv yanaşma kimi, cərimədən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, fotoşəkillər, foto və video görüntü, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı ilə müəyyən edilir ki, məktəbin ərazisində tullantılar urnadan kənarda qalaq şəklində yerləşdirilərək yandırılmışdır. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə foto-çəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun foto-çəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarəti həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “Ətraf mühitin mühafizəsi haqqında” və “Tullantılar haqqında” qanunda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda ətraf mühitə zərər vuran halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı fotoçəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş və videoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Bu baxımdan, şikayətçinin yalnız foto-materiallara istinad edilməsini sübutların yetərsizliyi kimi qiymətləndirməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və fotoşəkillərlə və videoçəkilişlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 271-ci maddəsinə əsasən, Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-152)-587/2026 nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-450/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-450/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver