Məhkəmə qərarları › İş №3(3-9)-451/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-451/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-451/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məsshkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə "İLKİN-N" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, vətəndaş X3 müraciəti əsasında aparılan araşdırma ilə bağlı “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinə ## ##### 2026-cı il tarixdə məktub göndərilmiş, qeyd olunan sənədlərin 7 iş günü müddətində DƏMX-nin X4 Şöbəsinə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər şöbəyə təqdim edilməmişdir, nəticədə "İLKİN-N" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən “İLKİN-N” MMC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və "İLKİN-N" MMCnin X6 Xidməti tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X3 şikayəti əsasında X6 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən "İLKİN-N" MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun ##.##.2026-ci il tarixdə çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Göründüyü kimi, "İLKİN-N" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi təsdiq edilmişdir. Odur ki, Xidmət tərəfindən "İLKİN-N" MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Salyan Rayon Məhkəməsinin ##.##.2026--cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən "İLKİN-N" MMC- nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, vətəndaş X3 müraciəti əsasında aparılmış araşdırma ilə əlaqədar “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinə ## ##### 2026-cı il tarixdə məktub göndərilərək müəyyən sənədlərin 7 iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 Şöbəsinə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən “İLKİN-N” MMC-nin hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, habelə həmin cəmiyyətin vəzifəli şəxsi Abasov Qurban İsmayıl oğlunun barəsində ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və hər iki material baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda, iş materiallarında olan səlahiyyətli orqanın “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli, ******* nömrəli qərardadından da müəyyən olunur ki, “İLKİN-N” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla yanaşı, həmin cəmiyyətin vəzifəli şəxsi Abasov Qurban İsmayıl oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının müddəaları nəzərə alınmaqla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş materiallarının araşdırılması zamanı həmin iki inzibati xəta haqqında protokoldan yalnız birinə, yəni “İLKİN-N” MMC barəsində tərtib edilmiş protokola mahiyyəti üzrə baxılmış, Abasov Qurban İsmayıl oğlu barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə isə hər hansı araşdırma aparılmamış, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmamasına dair hüquqi qiymət verilməmişdir. Başqa sözlə, məhkəməyə baxılması üçün göndərilmiş materialların faktiki məzmunu ilə məhkəmə qərarında onlara verilmiş hüquqi qiymət arasında uyğunsuzluq yaranmışdır. Belə ki, qərarın müəyyən hissələrində məhkəmə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola baxdığını göstərsə də, həmin protokol əslində Abasov Qurban İsmayıl oğlu barəsində tərtib edilmişdir. Halbuki qərarın mahiyyətindən görünür ki, məhkəmə tərəfindən araşdırılan və nəticəsinə hüquqi qiymət verilən material “İLKİN-N” MMC barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldur. Qərarda protokol nömrəsinin səhv göstərilməsi özlüyündə texniki xarakterli yanlışlıq kimi qiymətləndirilə bilsə də, hazırkı halda məsələ yalnız texniki səhvdən ibarət deyildir. Çünki məhkəmə qərarının məzmunundan açıq şəkildə müəyyən olunur ki, məhkəməyə baxılması üçün göndərilmiş iki ayrı subyekt – hüquqi şəxs “İLKİN-N” MMC və həmin hüquqi şəxsin vəzifəli şəxsi Abasov Qurban İsmayıl oğlu barəsində başlanılmış inzibati xəta icraatlarından yalnız birinə mahiyyəti üzrə baxılmışdır. Digər inzibati xəta haqqında iş üzrə isə məhkəmənin yekun hüquqi mövqeyi ümumiyyətlə formalaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2026-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin bir çox maddəsinin sanksiya hissəsində subyekt kimi həm hüquqi, həm də vəzifəli şəxslər nəzərdə tutulub. Hüquqi şəxslərin inzibati məsuliyyətinin yaranması vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində bu məsuliyyətin əsası kimi həmin əməllərin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi göstərilmişdir. Eyni zamanda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir (İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi). İnzibati xəta haqqında iş üzrə icraatın səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən başlandığını nəzərə alaraq qanunverici hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olubolmaması məsələsini ilkin qiymətləndirmə səlahiyyətini həmin orqanlara (vəzifəli şəxslərə) verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər, belə əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Bu tənzimləmə inzibati orqanlarla məhkəmələr arasında səlahiyyət bölgüsünün təmin edilməsinə və inzibati məsuliyyət məsələlərinin qanunla müəyyən edilmiş qaydada həll olunmasına yönəlmişdir. Bununla qanunverici inzibati xəta ilə bağlı faktiki halların ilkin olaraq səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilməsini, lakin inzibati tənbehin tətbiqi ilə bağlı qərarın məhkəmə tərəfindən qəbul edilməsini təmin edən prosessual mexanizm müəyyən etmişdir. Göründüyü kimi, qanunverici səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olub-olmaması məsələsini ilkin qiymətləndirdikdən sonra yalnız iki imkan verir: 1) hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərmək; 2) hüquqi şəxsin inzibati məsuliyyətinin əsasları olmadıqda, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək (İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi nəzərə alınaraq vəzifəli şəxslər barəsində). İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin əməllərində də inzibati xəta tərkibinin olmasına dair kifayət qədər əsaslar mövcud olduqda isə hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. Oxşar münasibəti tənzimləyən Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaqın (fiziki şəxs barəsində cinayət işinə xitam verildiyi hallar istisna olmaqla) bir icraatda aparılmalı olduğu təsbit edilmişdir. Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulan yanaşma göstərir ki, hüquqi şəxslə onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən fiziki şəxs arasında mövcud olan hüquqi və faktiki əlaqə qanunverici tərəfindən nəzərə alınmış və buna görə həmin subyektlər barəsində aparılan icraatların ayrılıqda deyil, vahid icraat çərçivəsində həyata keçirilməsi üstün tutulmuşdur. Bu yanaşma hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən şəxsin məsuliyyəti məsələsinin həllində faktiki halların eyni icraat çərçivəsində araşdırılmasının əhəmiyyətini göstərir. Bu baxımdan, analoji hüquqi münasibətlərin mövcud olduğu inzibati xətalar sahəsində də hüquqi şəxs və onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqə nəzərə alınaraq, iş üzrə halların tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması üçün onların inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır; - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə, həmçinin eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edir; - İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır”. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq həm də onu qeyd edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə araşdırmasının nəticəsi baxımından hər bir protokolun və onun aid olduğu şəxsin ayrıca müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, hüquqi şəxsin inzibati məsuliyyət məsələsi ilə onun vəzifəli şəxsinə münasibətdə inzibati məsuliyyət məsələsi eyniləşdirilə bilməz. Hər bir şəxs barəsində onun törətdiyi iddia olunan əməlin konkret halları, həmin əməlin subyekti, təqsir forması, inzibati xəta tərkibinin digər elementləri və məsuliyyət üçün əsasların mövcudluğu ayrıca müəyyən edilməli və qiymətləndirilməlidir. Hazırkı halda “İLKİN-N” MMC və Abasov Qurban İsmayıl oğlu barəsində ayrıca inzibati xəta haqqında protokollar tərtib edilmiş, hər iki protokol məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin vəzifəsi isə baxılması üçün ona göndərilmiş inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmaq, iş üzrə əhəmiyyətli olan bütün halları müəyyən etmək və barəsində icraat aparılan hər bir subyekt haqqında yekun hüquqi nəticəyə gəlməkdən ibarətdir. Məhkəmə tərəfindən işin yalnız bir hissəsinin araşdırılması, digər hissəsinin isə ümumiyyətlə hüquqi qiymətləndirmədən kənarda saxlanılması işin faktiki hallarının tam müəyyən edilməsini və nəticə etibarilə qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini istisna edir. Hazırkı işdə birinci instansiya məhkəməsinin baxış predmetinə yalnız hüquqi şəxs barəsindəki inzibati xəta haqqında protokol deyil, eyni zamanda vəzifəli şəxs barəsindəki protokol da daxil olmasına baxmayaraq, məhkəmə “İLKİN-N” MMC barəsində tərtib edilmiş protokol üzrə araşdırma apararaq həmin hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmiş və İXM-in 53.1.2-ci maddəsinə əsasən həmin hissədə icraata xitam vermişdir. Lakin eyni materiallar çərçivəsində məhkəməyə göndərilmiş Abasov Qurban İsmayıl oğlu barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokol üzrə ümumiyyətlə araşdırma aparılmadığından, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olubolmaması məsələsi həll edilməmiş qalmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı həm iş materiallarında olan vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında protokol üzrə araşdırmanın aparılmaması, həm də qərarda faktiki baxılmış protokolun nömrəsinin digər protokolun nömrəsi ilə əvəzlənməsi kimi hallar birlikdə qiymətləndirildikdə, məhkəmənin baxılması üçün ona göndərilmiş işin bütün hallarını tam və hərtərəfli araşdırmadığını, inzibati məsuliyyətə cəlb olunan bütün şəxslərin hüquqi statusuna və onların əməllərinə ayrıca hüquqi qiymət vermədiyini göstərir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün inzibati xəta haqqında iş bütün qeyd olunan halları nəzərə alınmalı, həm “İLKİN-N” MMC, həm də Abasov Qurban İsmayıl oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara baxılaraq, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, hər bir şəxsin əməlinə hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar