Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-452/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş "Yaşılıqların uçotunun, kadastırının və monitorinqinin aparılması qaydasının tələblərinə uyğun olaraq hesabat vaxtında təqdim edilməmiş və nəticədə Nümayəndə tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin inzibati xəta haqqında protokol baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Kürdəmir rayonu Cəyli bələdiyyəsinin sədri Nümayəndə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan Nümayəndə şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri növündə cərimə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi onun barəsində əsası olmayan protokol tərtib etmişdir. Ona uçota alınan yaşıllıqlar barədə heç bir məlumat daxil olmamışdır. Ona görə də akt tərtib etmişlər. O həmin akta heç bir imza etməmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən iş hərtərəfli araşdırılmamış və nəticədə əsası olmayan qərara qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materialında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə ünvanladığı ## ##### 2026-cı il tarixli, ** nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli 3-14-47/2-***/**** №-li məktubuna Kürdəmir rayonunun Cəyli bələdiyyəsinə baxılmışdır. Sorğunuza əsasən Kürdəmir rayonunun Cəyli bələdiyyəsinin sədri Nümayəndə şəxsiyyət vəsiqəsinin surəti və onun Kürdəmir rayonunun Cəyli bələdiyyəsinin sədri seçilməsi ilə bağlı bələdiyyənin ## ###### 2025-ci il tarixli ümumi iclasının ** saylı Protokolunun surəti Sizə göndərilir. Belə ki, iş materialında olan inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Kürdəmir rayonunun Cəyli bələdiyyəsinin sədri vəzifəli şəxs Nümayəndə barəsində IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən inzibati protokol qəbul edilmişdir. Inzibati protokola əlavə edilmiş * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin aparıcı məsləhətçi müfəttişi X4 və məsləhətçi-müfəttiş X1 tərəfindən tərtib edilmiş və imzalanmış ## #### 2026-cı il tarixli aktda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokola imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Iş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Göyçay regional ədliyyə idarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının 2014-cü il ## ### tarixli ***-IVQ nömrəli "Yaşıllıqların mühafizəsi haqqında" Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası"nın 2.5. bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sənətlər Idarəsinə) təqdim edilir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Yaşıllıqların uçotuna dair tərəfimizdən keçiriləcək maarifləndirmə (müvafiq ərazilərinizdəki torpaq sahələrindəki və həmçinin bələdiyyə mülkiyyətindəki torpaq sahələrindəki yaşıllıqlarla əlaqədar tədbirlərin keçirilməsinə dair təyin edilmiş vaxt və məkanın əvvəlcədən qarşılıqlı razılıq əsasında həyata keçirilməsi) tədbirlərinə görə aidiyyəti şəxslərə göstəriş verilməsi xahiş edilmişdir. Iş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubunda Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının bələdiyyə sədrlərinin iştirakı ilə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən yaşıllıqların uçotuna dair keçiriləcək maarifləndirmə tədbirinin keçirilməsi ##.##.2025-ci il tarixə saat 11:00-a Göyçay regional ədliyyə idarəsinin inzibati binasında nəzərdə tutulduğu qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Göyçay regional ədliyyə idarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının 2014-cü il ## ### tarixli ***-IVQ nömrəli "Yaşıllıqların mühafizəsi haqqında" Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası"nın 2.5. bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə) təqdim edilir. Həmçinin Qaydanın 2.8. bəndində, Istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu Qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər. Həmçinin Qaydanın 2.9. bəndində, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına,kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Yaşıllıqların uçotu, kadastırı və monitorinqi bu qaydaya uyğun olaraq vahid metodika əsasında həyata keçirilir. Nazirlər Kabinetinin Qərarında yaşıllıqların kadastırını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirildiyi də qeyd edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin va 253-1.1.1.mövcud yaşıllıqların uçota alınmamasına ya kadastrının aparılmamasına; 253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq müvafiq ərazilərinizdə və həmçinin bələdiyyə mülkiyyətində yaşıllıqların uçotu haqqındakı məlumatları məktuba əlavə edilmiş nümunəyə uyğun yanvarın 1-nə ümumiləşdirilib və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Şərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə) göndərilməsi barədə göstəriş verilməsini xahiş edirik. Qeyd: * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin xidməti əraziləri - Mingəçevir şəhəri, Yevlax rayonu, Ağdaş rayonu, Göyçay rayonu, Ucar rayonu, Zərdab rayonu, Kürdəmir rayonu. Inzibati xəta haqqında haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı 2494609 saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş "Yaşılıqların uçotunun, kadastırının və monitorinqinin aparılması qaydası”nın tələblərinə uyğun olaraq hesabat vaxtında təqdim etməməklə IXM-in 253-1.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Nümayəndə şikayətində törədilmiş əməli inkar etməsi subyektiv yanaşma kimi, cərimədən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında protokolla, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı, o cümlədən iş materiallarında olan sadalanan digər sənədlərlə Nümayəndə IXM-in 253-1.1.3-cü maddəsində nzəzrdə tutlan inzibati xətanı törətməsi sübut olunur. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasında dövlət nəzarətinin məqsədi göstərilir. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün protokol tərtib etməklə qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın: - 1.3.1-ci bəndində verilmiş anlayışa görə yaşıllıqların uçotu və kadastrı dedikdə, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu başa düşülür. - 1.4. Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. 1.5. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. 1.6. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi bu Qaydaya uyğun olaraq, vahid metodika əsasında həyata keçirilir. 1.7. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır. - 2.5. Bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. 2.6. Yaşıllıqların uçot hesabatlarına aşağıdakı məlumatlar daxil edilməlidir: 2.6.1.yaşıllıqların yerləşdiyi torpaq sahələrinin hüquqi statusu; 2.6.2. bu Qaydanın 2.2-ci bəndinin müddəaları nəzərə alınmaqla, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri (izahat arayışı ilə birlikdə); 2.6.3. yaşıllıqların təyinatından və istifadə rejimindən asılı olaraq, növləri və cins tərkibi (ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) üzrə), ərazisi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar; 2.6.4. yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər. 2.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlarından kağız və elektron daşıyıcılarda daxil olan uçot hesabatların yaratdığı yaşıllıqların kadastrının məlumat bazasında toplayaraq respublika üzrə ümumiləşdirir və rəsmi internet səhifəsində yerləşdirir. 2.8. Istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu Qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Nümayəndə ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası Konsitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Nümayəndə IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Nümayəndə barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Nümayəndə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən Nümayəndə barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Nümayəndə tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-134)-637/2026 nömrəli qərarı Nümayəndə tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-452/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-452/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver