Məhkəmə qərarları › İş №3(3-9)-453/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-453/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-453/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə Azərbaycan Respublikası İXM-in 253- 1.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, qərarın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Nümayəndə apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə bələdiyyə ərazisində olan yaşıllıqların uçotu və manitorinqi haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş, nəticədə Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3- cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərarı ilə inzibati qaydada 1000 manat cərimə edilmişdir. Barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri əsassızdır, ona görə də Iəğv edilməlidir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində əsası olmayan protokol tərtib etmişdir. Belə ki, ona uçota alınan yaşıllıqlar barədə heç bir məlumat daxil olmamışdır. Ona görə də akt tərtib etmişlər. O, həmin akta heç bir imza etməmişdir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Nümayəndə üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı * saylı RETSİ-nin nümayəndəsi X4 qarşı tərəfin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə proses iştirakçısını dinləyib, apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Göyçay regional ədliyyə idarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının 2014-cü il ## ### tarixli ***-IVQ nömrəli “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası"nın 2.5. bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinə) təqdim edilir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, İXM-in 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsi (götürülməsi) və ya məhv edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Nümayəndə ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubunda Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının bələdiyyə sədrlərinin iştirakı ilə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yaşıllıqların uçotuna dair keçiriləcək maarifləndirmə tədbirinin keçirilməsi ##.##.2025-ci il tarixə saat 11:00-a Göyçay regional ədliyyə idarəsinin inzibati binasında nəzərdə tutulduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Göyçay regional ədliyyə idarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının 2014-cü il ## ### tarixli ***-IVQ nömrəli "Yaşıllıqların mühafizəsi haqqında" Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası”nın 2.5. bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) təqdim edilir. Həmçinin Qaydanın 2.8. bəndində, İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu Qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər. Həmçinin Qaydanın 2.9. bəndində, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Yaşıllıqların uçotu, kadastırı və monitorinqi bu qaydaya uyğun olaraq vahid metodika əsasında həyata keçirilir. Nazirlər Kabinetinin Qərarında yaşıllıqların kadastırını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirildiyi də qeyd edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin va 253-1.1.1.mövcud yaşıllıqların uçota alınmamasına ya kadastrının aparılmamasına; 253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq müvafiq ərazilərinizdə və həmçinin bələdiyyə mülkiyyətində yaşıllıqların uçotu haqqındakı məlumatları məktuba əlavə edilmiş nümunəyə uyğun yanvarın 1-nə ümumiləşdirilib və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Şərvətlər Nazirliyinə (aidiyyatı üzrə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilməsi barədə göstəriş verilməsini xahiş edirik. Qeyd: * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti əraziləri -Mingəçevir şəhəri, Yevlax rayonu, Ağdaş rayonu, Göyçay rayonu, Ucar rayonu, Zərdab rayonu, Kürdəmir rayonu. - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X3 və məsləhətçi-müfəttiş X1 tərəfindən tərtib edilmiş və imzalanmış ## #### 2026-cı il tarixli aktda Kürdəmir rayon Kürdəmir Bələdiyyəsinin sədri Nümayəndə barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli, MN ******* saylı protokola imza etməkdən imtina etdiyi qeyd edilmişdir. - Kürdəmir Bələdiyyəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı ## ### 2026- cı il tarixli ** nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli 3-14- 47/2-***/**** №-li məktubuna Kürdəmir rayonunun Kürdəmir bələdiyyəsinə baxılmışdır. Sorğunuza əsasən Kürdəmir bələdiyyəsinin sədri Nümayəndə şəxsiyyət vəsiqəsinin surəti və onun Kürdəmir bələdiyyəsinin sədri seçilməsi ilə bağlı bələdiyyənin ## ###### 2025-ci il tarixli ümumi iclasının ** saylı Protokolunun surəti Sizə göndərilir. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayonunun Kürdəmir bələdiyyəsinin ilk iclasının ## ###### 2025-ci il tarixli, * nömrəli protokolundan görünür ki, Nümayəndə Kürdəmir rayonunun Kürdəmir bələdiyyəsinin sədri seçilmişdir. Göründüyü kimi, Nümayəndə İXM-in 253-1.1.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuş, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində haqlı olaraq protokol tərtib etmişdir. Nümayəndə apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə iş materialları ilə təkzib olunur. Ümumiyyətlə, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların verilməsi hər hansı sorğu əsasında deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada dövri olaraq konkret tarixədək verilməlidir. Yəni, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların verilməsi üçün bələdiyyənin sorğu verməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə əsasən bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də barəsində inzibati tənbeh təyin edilmiş şəxs Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar