Məhkəmə qərarları › İş №3(3-9)-454/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-454/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-454/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Biləsuvar Rayon Məhkəməsinə şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, şikayətinin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarını yandırmamışdır. O, inzibati xəta törətməmişdir. Onun heç bir təqsiri yoxdur. Inzibati orqanın onun təqsirli olmasına dair heç bir sübutu yoxdur. Iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Lakin bütün bu hallara baxmayaraq məhkəmə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə tərəfindən işə xitam verilməli olduğu halda, onu təqsirli bilərək inzibati qaydada cərimə etmişdir. Ona görə də hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi, şikayətin təmin edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə IXMin 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. Iş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * X2 və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə rəhbərlik etdiyi məktəbin ərazisində tullantıları urnadan kənarda yerləşdirərək qalaqlamaqla yandırdığı, bununla da “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, həmin əmələ görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Iş materiallarında olan Şirvan-Salyan Regional Təhsil Idarəsinin F.Həsənliyə müdir vəzifəsinin və Qərardan şikayət verən orqan (şəxs) direktor vəzifəsinin həvalə edilməsi haqqında əmrindən görünür ki, Biləsuvar rayonu Saleh Babayev adına Əsgərabad kənd tam orta ümumtəhsil məktəbinin direktorunun əmək funksiyalarının icrası ## #### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək həmin məktəbin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Qərardan şikayət verən orqan (şəxs) həvalə edilmişdir. Inzibati tənheh vermə haqqında ## ### 2026-cı il tarixli, MN seriyalı 2248904 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə rəhbərlik etdiyi məktəbin ərazisində tullantıları urnadan kənarda yerləşdirərək qalaqlamaqla yandırmaqla IXM-in 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, məktəbin ərazisində tullantılar urnadan kənarda qalaq şəklində yerləşdirilərək yandırılmışdır. Video görüntülərdə şikayətçinin də hadisə yerində olduğu və qeyd olunan ərazidə digər şəxslərlə birlikdə göründüyü müəyyən edilir. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətində törədilmiş əməli inkar etməsi subyektiv yanaşma kimi, cərimədən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, fotoşəkillər, məhkəmə iclasında baxış keçirilmiş video görüntü, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı ilə müəyyən edilir ki, məktəbin ərazisində tullantılar urnadan kənarda qalaq şəklində yerləşdirilərək yandırılmışdır. Video görüntülərdə şikayətçinin də hadisə yerində olduğu və qeyd olunan ərazidə digər şəxslərlə birlikdə iştirak etdiyi görünür. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə foto-çəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun foto-çəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarəti həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “Ətraf mühitin mühafizəsi haqqında” və “Tullantılar haqqında” qanunda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda ətraf mühitə zərər vuran halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı fotoçəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş və videoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Bu baxımdan, şikayətçinin yalnız foto-materiallara istinad edilməsini sübutların yetərsizliyi kimi qiymətləndirməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və fotoşəkillərlə və videoçəkilişlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-115)-629/2026 nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar