Məhkəmə qərarları › İş №3(3-9)-455/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-455/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-455/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 iştirakları ilə MÜƏYYƏN ETDI: Işin halları Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi məhkəməyə apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-117)-255/2 qərarının ləğv edilməsi və Xidmətin Lənkəran-X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə qərarın səlahiyyətli orqana ## ##### 2026-cı il tarixində daxil olduğunu və bu faktın poçt göndərişlərinin izlənilməsi pəncərəsindən çıxarışla sübut olunduğunu qeyd etmişdir. Bu səbəbdən Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Işə baxan Cəlilabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Cəlilabad Rayon Məhkəməsinin qərarından DƏMX-nin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X3 Apellyasiya Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və Xidmət tərəfindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsi üçün xidmətə münasibətdə üzürlü səbəb kimi qiymətləndirilərək apellyasiya şikayəti verilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin (hakim Ləman Mehrəliyevə) ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin (bundan sonra - Xidmət) Lənkəran-X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Cəlilabad rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ## ##### 2026-cı il tarixində Xidmətə daxil olmuşdur. Bu barədə müvafiq təsdiq edici sənəd - Poçt göndərişlərinin izlənilməsi pəncərəsindən çıxarış təqdim olunur. Xidmətin Hüquq Idarəsi tərəfindən ## ### 2026-cı il tarixində apellyasiya şikayəti yazılaraq məhkəməyə göndərilmiş, məhkəmə tərəfindən iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(3-9)-30 qərardadı ilə prossual müddətin bərpa edilməsinə dair vəsatət verilməsi geri qaytarılmışdır. Qeyd olunan qərardadın qəbul edilməsinə əsas kimi məhkcmə qərarın ## ##### 2026-cı il tarixində Xidmətə daxil olduğunu qeyd etmişdir. Qeyd olunan qərar Xidmətə ## ##### 2026-cı il tarixində daxil olmuşdur və bu fakt poçt göndərişlərinin izlənilməsi pəncərəsindən çıxarışla sübut olunur. Hazırkı halda məhkəmə tərəfindən yol verilmiş texniki yanlışlıq şikayətin qaytarılmasına səbəb olduğundan yenidən məhkəməyə göndərilərkən faktiki müddət keçdiyindən ilk dəfə şikayətin vaxtında verilməsini nəzərə alaraq hazırkı halda müddətin buraxılması səbəbi üzrlüdür. Bu barədə müvafiq vəsatət məhkəməyə təqdim edilmiş, lakin Cəlilabad Rayon Məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və müddət bərpa edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdıə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində qeyd edilir ki, Məcəllənin 130. nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadın ləğv edilməsini və Xidmət tərəfindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsi üçün xidmətə münasibətdə üzürlü səbəb kimi qiymətləndirilərək apellyasiya şikayəti verilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının surəti ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-X2 tərəfindən rəsmi qaydada qəbul edilmiş, bu hal poçt göndərişinin təqdim olunmasına dair xəbərnamə ilə təsdiq edilmişdir. Belə olan halda, qərarın surətinin qəbul edildiyi tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ## ### 2026-cı il tarixdə başa çatdığı müəyyən edilir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət daxilində deyil, həmin müddət başa çatdıqdan sonra, yəni qərarın surətinin rəsmi qaydada alındığı tarixdən 11-ci gündə poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətə riayət edilmədən verilmiş və şikayətin təqdim edilməsi zamanı müəyyən edilmiş müddət buraxılmışdır. Belə ki, səlahiyyətli orqan vəsatətdə şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi məhkəmə qərarının səlahiyyətli orqana ## ##### 2026-cı il tarixdə daxil olmasını və bu halın poçt göndərişlərinin izlənilməsi sistemindən əldə edilmiş çıxarışla təsdiq edildiyini göstərmişdir. Lakin məhkəmə həmin dəlili əsaslı hesab etmir. Iş materiallarında olan poçt göndərişinin təqdim edilməsi haqqında SX*********AZ saylı unikal poçt identifikatoru olan xəbərnamədən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının surəti ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-X2 tərəfindən qəbul edilmişdir. Lakin müddətin bərpasına dair ərizədə və apellyasiya şikayətində istinad olunun poçt göndərişinin izlənməsi isə bu işə aidiyyəti olmayan SX061154495AZ unikal poçt identifikatorlu poçt göndərişi ilə bağlıdır. Həmin göndərişin alıcı ünvanından da görünür ki, bu göndəriş regional idarənin yerləşdiyi Lənkəran şəhəri ilə bağlı deyil, Cəlilabad rayonu ilə bağlıdır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən prosessual müddətin qanunla müəyyən edilmiş müddətdə gözlənilməsinə mane olan hər hansı obyektiv və aradan qaldırılması mümkün olmayan halın mövcudluğu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Vəsatətdə göstərilən dəlillər yalnız qərarın daxilolma tarixi ilə bağlı fərqli mövqedən ibarət olmaqla, prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin şikayət vermə müddətinin bərpasından imtina barədə mövqeyi ilə razılaşır. Inzibati xətalar üzrə icraatın əsas prinsiplərindən biri prosessual müddətlərin dəqiq və məcburi xarakter daşımasıdır. Qanunverici tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətlərin məqsədi inzibati icraatın operativliyini, hüquqi müəyyənliyi və sabitliyi təmin etməkdir. Bu baxımdan, müddətin ötürülməsi yalnız obyektiv və sübut olunmuş üzrlü səbəblər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxs tərəfindən müddətin ötürülməsinə dair göstərilən halların heç biri qanunvericilikdə nəzərdə tutulmuş “üzrlü səbəb” meyarlarını formalaşdırmır. Üzrlü səbəb anlayışı yalnız şəxsin iradəsindən asılı olmayan, obyektiv şəkildə şikayət verməyə imkan verməyən və sübutlarla təsdiq olunan halları ehtiva edir. Hazırkı işdə isə belə hallar müəyyən edilmir. Beləliklə, iş materiallarının məcmusu göstərir ki, şikayət vermə müddətinin ötürülməsi şəxsin prosessual hüquqlardan vaxtında istifadə etməməsi ilə bağlı olmuş, qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəblər müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, uzun müddət keçdikdən sonra prosessual və ya maddi hüquqi müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan hallar ərizəçi tərəfindən sübuta yetirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, inzibati icraatda müddətin bərpası məsələsi yalnız şikayət verən şəxsin həmin müddəti ötürməsinə səbəb olan obyektiv və sübut olunmuş halların mövcudluğu ilə bağlıdır. Yəni məhkəmə bu mərhələdə inzibati xəta tərkibinin mahiyyətini, sübutların mötəbərliyini və ya qərarın qanuniliyini tam həcmdə yoxlamır, yalnız müddətin ötürülməsinin üzrlü olub-olmamasını qiymətləndirir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar