Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-456/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Mil-X2 nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi) ilə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cümaddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, ## ### 2026-cı il tarixində Saatlı rayonu Şirbəyli kəndində yerləşən “Nadir” Ticarət Mərkəzində formalaşan çirkab suların təyinatsız olaraq kollektora axıdılması müəyyən olunmuş, bununla da vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Mil-X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs kimi 800 manat cərimə edilmişdir, ona görə ki, guya ## ### 2026cı il tarixində Saatlı rayonu Şirinbəyli kəndində yerləşən “Nadir” Ticarət Mərkəzində formalaşan çirkab suları təyinatsız kollektor-drenaj şəbəkəsinə axıtmışdır. Barəsində olan inzibati xəta haqqında qərarda qeyd edilir ki, onun “Nadir” Ticarət Mərkəzində formalaşan çirkab suları təyinatsız kollektor-drenaj şəbəkəsinə axıtmağı faktı aşkar edildiyindən * saylı Mil-X2 əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, yuxanda qeyd edilən qərarda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məlumat üçün bildirir ki, “Nadir” Ticarət Mərkəzinin ona heç bir aidiyyəti yoxdur. Yəni, o, həmin ticarət mərkəzinin sahibi deyil və orada da işləmir. Belə olan halda orada formalaşan çirkab suların təyinatsız kollektor-drenaj şəbəkəsinə axıdılmasında onun heç bir iştirakı və təqsiri də yoxdur. Yuxarıda qeyd edilən və adına olan VÖEN-in “Nadir” Ticarət Mərkəzinə aidiyyəti də yoxdur. Qeyd edilən inzibati xəta hadisəsinin törədilməsində onun heç bir təqsiri yoxdur, həmin haqsızlığa və qanunsuzluğa görə o, cərimə ödəməli deyil. Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq aparılması hüququna malikdir. Həmin Konvensiyanın 13-cü maddəsinə görə Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış haldmİn, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Mil-X2 nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Mil-X2 əməkdaşları tərəfindən tərtib edilmiş ## ### 2026-ci il tarixli ****** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirinbəyli kəndində yerləşən “Nadir” Ticarət Mərkəzindəformalaşan çirkab suların təyinatsız kollektor-drenaj şəbəkəsinə axıtdığı müəyyən olunmuşdur. İş materiallarında olan ## #### 2026-cı il tarixli MN ****** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli çağırışa gəlməyərək öz hüquq və vəzifələrindən istifadə etməmişdir. İş materiallarında olan Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan inzibati xəta hadisəsinin əks etdirən fotoşəkillər və CD diskdən müəyyən olunur ki, sözügedən Ticarət Mərkəzində formalaşan çirkab suları kollektor-drenaj şəbəkəsinə plastik boru vasitəsilə təyinatsız olaraq axıdılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Mil-X2 ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: **********) əsas fəaliyyət növü “Digər daşınmaz əmlakın icarəyə verilməsi üzrə fəaliyyət (6820002)”, digər fəaliyyət növü isə “Alkoqollu içkilərin pərakəndə satışı (4725002)” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adıana olan obyektlərin siyahısına dair çıxarışdan görünür ki, Saatı rayonu, Şirinbəyli kəndi (mağaza), Saatlı rayonu, Fətəlikənd (icarə obyekti, anbar) və s. ərazilərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: **********) məxsus obyektlər mövcuddur. Apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və iş üzrə toplanmış sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş, işin faktiki hallarına uyğun olaraq vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Saatlı rayonu Şirbəyli kəndində yerləşən “Nadir” Ticarət Mərkəzində formalaşan çirkab suların təyinatsız olaraq kollektora axıdılması, beləliklə də sonuncunun İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən mülahizələr hər hansı mötəbər və obyektiv sübutla təsdiq olunmur. Belə ki, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Nadir” Ticarət Mərkəzinin ona heç bir aidiyyəti olmadığını, həmin obyektin sahibi olmadığını və orada işləmədiyini bildirsə də, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan həmin obyektlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında əlaqənin mövcud olduğu aydın şəkildə müəyyən edilir. Belə ki, inzibati xəta hadisəsinin aşkar edildiyi obyektin “Nadir” Ticarət Mərkəzi adlandırılması, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adı ilə bağlı olması, məhz Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektin mövcud olması, habelə sonuncunun əsas fəaliyyət növünün daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı fəaliyyət kimi müəyyən edilməsi, digər fəaliyyət növünün isə pərakəndə ticarətlə əlaqəli olması iş üzrə müəyyən edilmiş digər sübutlarla birlikdə qiymətləndirildikdə onun həmin obyektlə əlaqəsini təsdiq edən hallardır. Xüsusilə, obyektlərin siyahısına dair çıxarışda məhz Saatlı rayonu, Şirinbəyli kəndində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus mağazanın göstərilməsi apellyasiya şikayətində irəli sürülən “həmin obyektin ona heç bir aidiyyətinin olmaması” ilə bağlı dəlilin əsassız olduğunu göstərir. Bununla yanaşı, inzibati xəta hadisəsini əks etdirən fotoşəkillər və videoçəkiliş materialları ilə “Nadir” Ticarət Mərkəzində formalaşan çirkab suların plastik boru vasitəsilə təyinatsız olaraq kollektor-drenaj şəbəkəsinə axıdılması faktı obyektiv olaraq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə həmin obyektlə heç bir əlaqəsinin olmadığını iddia etməklə kifayətlənmiş, bu iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, iş materiallarında onunla həmin ərazi və obyekt arasında əlaqəni təsdiq edən sənədlər mövcud olduğu halda, şikayətçinin həmin sənədlərin məzmununu təkzib edən konkret və inandırıcı sübut təqdim etməməsi onun müdafiə xarakterli dəlillərinin əsaslı hesab edilməsi üçün kifayət etmir. Beləliklə, iş üzrə mövcud sübutlar qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirildikdə, inzibati xəta hadisəsinin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əlaqəli obyekt üzrə baş verdiyi və onun həmin inzibati xətanın törədilməsinə görə məsuliyyət daşıdığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olduğu müəyyən olunur. Apellyasiya şikayətində göstərilən hallar isə iş üzrə mövcud sübutları şübhə altına almağa və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etməyə əsas vermir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya məhkkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-456/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-456/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver