Məhkəmə qərarları › İş №3(3-9)-457/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-457/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-457/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət verərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət qismən təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə olunması ilə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana geri qaytarılmışdır. Məhkəmə qərarından narazı qalan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev şikayət verərək, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və idarənin Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 253.2-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həçmçinin, məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) da şikayət verərək, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının “işə yenidən baxılması üçün materialların * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə geri qaytarılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTLƏRIN DƏLILLƏRI: Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halı ondan ibarətdir ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayon Bəylər kəndi ərazisində bir qrup şəxsin yaş ağac kəsdiklərini aşkar edilərək araşdırma başlanılmışdır. Araşdırma zamanı Saatlı rayonu Bəylər kənd ərazisində 01 ədəd bioloji inkişafda olan qovaq ağacının kəsilməsini Qərardan şikayət verən orqan (şəxs) təşkil edilməsi, digər şəxsləri aldadaraq ağacın kəsilməsi ilə bağlı ekoloji rəy və icazələri aldğıını bildirdiyi müəyyən olunmuşdur. Faktla bağlı Saatlı RPŞ tərəfindən ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar çıxardılaraq aiddiyyəti üzrə baxılması üçün * saylı RETSI-yə göndərilmişdir. “Yaşıllıqların götürülməsi Qaydası’nın təsdiq edilməsi haqdında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-150)- ***/**** saylı qərarının əsassız olmasının birbaşa sübutdur. Qərardan şikayət verən orqan (şəxs) isə şikayətini onunla əsaslandırmışdır ki, əməlində inzibati xəta tərkibi yoxdur. O, məhkəmənin IXM-nin 253.2-ci maddəsi ilə cərimə olunmasına dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli «inzibati tənbeh vermə haqqında» qərarın ləğv edilməsi hissəsi ilə razıdır, lakin işə yenidən baxılması üçün həmin orqana geri qaytarılması hissəsi ilə razı deyil. Qeyd edilən qərar əsassız və qərəzlidir. Bu işin qərəzli olması aşağıdakılarla təsdiq olunur. Qərarda qeyd olunur ki, o qanunsuz olaraq qovaq ağacını kəsmişdir. Bildirmək istəyir ki, kəsilən qovaq ağacı xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşirdi. Yəni, qovaq ağacının olduğu torpaq sahəsi X2 məxsusdur. Həmin torpaq sahəsini torpağın mülkiyyətçisi Sübhan Həsənov birlikdə əkib istifadə edirdi. Torpaq sahəsi 1,59 hektardır. Uzunluğu 270- 280 metrdir.Torpaq sahəsi ensiz olduğundan əkin üçün yararsızdır. Qovaq ağacı isə torpaq sahəsinin orta nöqtəsində yerləşdiyindən torpaq sahəsini demək olar ki, 2 hissəyə bölmüşdü. Bu da torpaq sahəsinin təyinatı üzrə istifadəsinə mane olurdu. Qovaq ağacı onun tərəfimdən yox, onun mülkiyyətçisi tərəfindən yuxarıda göstərilən səbəblərə görə kəsilmiş, o isə ona kömək etmişdir. Belə olan halda, yəni, torpağın mülkiyyətdə olması, götürülən ağacın torpaq sahəsinin təyinatı üzrə istifadəsinə mane olması səbəbindən hesab edir ki, qeyd olunan qərar əsassızdır. Bundan başqa, ağacın götürülməsi niyyəti əvvəlcədən Saatlı RIH-ə, Saatlı RPŞ-nin Əli Soltanlı kənd icra nümayəndəliyi üzrə sahə rəisinə və Təhsil şöbəsinin Saatlı filialının rəhbərliyinə bildirilmişdir. Ağac odun şəklində qaz təchizatının olmaması səbəbindən Varxankənd orta məktəbinə verilməsi üçün götürülmüşdür. Bu səbəbdən qeyd edilən inzibati qərar qərəzlidir, əsassız və qanunsuzdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) izahat verərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin verdiyi şikayətin əsassız olduğundan təmin edilməməsini, özünün verdiyi şikayətin isə təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının “işə yenidən baxılması üçün materialların * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə geri qaytarılması hissəsində ləğv edilməsi” hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin şikayəti isə əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmamış, işin faktiki hallarına uyğun olmayan əsaslara istinad edərək düzgün nəticəyə gəlməyərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin iştirak etməməsi və inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməməsi, qəbul edilmiş qərarın əsaslılığının yoxlanılmasını mümkünsüz etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərarını məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin iştirak etməməsi və inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməməsi, qəbul edilmiş qərarın əsaslılığının yoxlanılmasını mümkünsüz ilə əsaslandırmışdır. Lakin, apellyasiya instansiya məhkəməsində iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayonu Bəylər kənd ərazisində 01 ədəd bioloji inkişafda olan qovaq ağacı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilmiş və ağacın kəsilməsi ilə bağlı ekoloji rəy və icazələri alması ilə bağlı digər şəxsləri aldatması müəyyən olunmuşdur. Ağacın kəsilməsini sübüt edən foto şəkillər mövcuddur. Bu hal səlahiyyətli inzibati orqan tərəfindən araşdırılmışdır. Bu inzibati xətanı törətməsinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağacın kəsilməsi sübut olduğundan haqlı olaraq səlahiyyətli inzibati orqan tərəfindən 2000 manat inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi qanunamüvafiqdir. Belə ki, Saatlı RPŞ tərəfindən ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış Qərardan şikayət verən orqan (şəxs) izahat verərək göstərmişdir ki, Saatlı rayonu, Bəylər kəndində çöl sahədə tanışı Sübhan Həsənova məxsus 3 hektar 90 sot torpaq sahəsində illərdir ki, 01 ədəd qovaq ağacı mövcuddur ki, həmin ağac da sahənin girişində olduğundan giriş çıxışa mane olurdu. Sübhanla ağacın kəsilərək Qaralar kəndində yeləşən kənd məktəbinə verməklə bağlı məsləhət etmişdir. Sübhan da rəsmi icazə olduğu təqdirdə ağacın kəsilə biləcəyini demişdir. Məqsədi ağacın kəsildikdən sonra dərhal ortalıqdan yığışdırılması olmuşdur. O, rəsmi olaraq sənədlə icazə almadan 06.04.20026-cı il tarixdə həmin ağacı kəsmişvə doğradıqdan sonra ağacın hissələrini traktorun qoşqusuna yığdırmışdır. Sübhan gəlib ağacın kəsildiyini gördükdə ağacın kəsilməsi ilə bağlı icazə alınıb-alınmadığını soruşduqda o, Sübhana yalandan guya Icra Hakimiyyəti ilə, təhsilin müdiri ilə, ekologiya ilə danışdığını demişdir. Əlavə olaraq demişdir ki, ağac yaş vəziyyətdə olmuş və kəsilən ağac illərdir ki, Sübhanın həyətində olmuşdur. Ağacın növü olaraq qovaq ağacı olmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) izahat verərək göstərmişdir ki, Saatlı rayonu, Bəylər kəndində çöl sahədə şəriki Sübhan Həsənova məxsus torpaq sahəsindəki 01 ədəd qovaq ağacını köhnə, yaşlı ağac hesab edərək köməklik məqsədi ilə Qaralar kəndində yeləşən kənd məktəbinə vermək üçün kəsmiş və bu barədə Saatlı Rayon Icra Hakimiyyətinə, ərazi icra nümayəndəliyinə, Saatlı rayon Təhsil Şöbəsinə, Saatlı Rayon Polis Şöbəsinə məlumat vermişdir. Həmin qovaq ağacı şəriki Sübhan Həsənovun mülkiyyətində olan torpaq sahəsində olmuşdur. Ağacın kəsilməsi ilə bağlı ekologiya idarəsinə məlumat verməmişdir. Iş materialında olan foto şəkillərdən də Saatlı rayonu Bəylər kənd ərazisində 01 ədəd bioloji inkişafda olan qovaq ağacının kəsilərək doğranıldığı görünür. Bütün bu sadalanan sübutlar 01 ədəd bioloji inkişafda olan qovaq ağacının Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsildiyini təsdiq edir. Qərardan şikayət verən orqan (şəxs) ağacın kəsilməsi ilə bağlı Saatlı Rayon Icra Hakimiyyətinə, ərazi icra nümayəndəliyinə, Saatlı rayon Təhsil Şöbəsinə, Saatlı Rayon Polis şöbəsinə, o cümlədən müvafiq səlahiyyətli orqan * saylı X3 Sərvətlər Idarəsinin məlumat verməsi hər hası cübütla öz təsdiqini tapmır. Bununla yanaşı, Qərardan şikayət verən orqan (şəxs) kəsdiyiyi qovaq ağacı yaşlı deyil, bioloji inkişafda olan yaş qovaq ağacıdır. Belə olduğu təqdirdə məhkəmə, birinci instansiya məhkəməsi sözügedən əsasla səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv olunması və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılmasına dair gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXMin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin tutmuş olduğu yuxarıda göstərilən mövqeyi isə qanuni və ədalətli hesab etmir. Məhkəmə inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin halları ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Saatlı rayonu Bəylər kənd ərazisində 01 ədəd bioloji inkişafda olan qovaq ağacının kəsməsi faktı təsdiq edildiyindən birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq onu IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə olunması ilə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin orqana geri qaytarılması barədə yekun nəticəyə gəlmişdir. Eyni zamanda yuxarıda göstərilən dəlillər Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi tərəfindən heç bir inzibati xəta törətməməsinə dair xüsusatları da tam təkzib edir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər təsdiq olunsa da, birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək qanunsuz qərar qəbul etmişdir. Odur ki, məhkəmə apellyasiya qaydasında verilmiş inzibat orqan tərəfindən verilmiş şikayətin dəlillərini əsaslı, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti isə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Məhkəmə şikayətin və etirazın dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə səlahiyyətli orqan tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında materiallarla tam təsdiq olunur. Belə ki, “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqdında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı i *** nömrəli Qərarının: 2.1. bəndində Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi Icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Göründüyü kimi yaşıllıqların götürülməsi “Yaşıllıqların götürülməsi Qaydası’nın təsdiq edilməsi haqdında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı i *** nömrəli Qərarı ilə müəyyən edilir ki, buna da inzibati xəta törətmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əməl olunmamışdır. IXM-in: 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta, həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Qeyd olunan əsasda IXMnin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə olunması ilə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv olunması və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılması barədə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə olunması ilə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv olunması və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılması barədə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar