Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-458/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İntiqam oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Etibar Quliyev) ilə ## #### 1991-ci il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI Birinci instansiya məhkəməsinin qərarına və inzibati işin materiallarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində qohumu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarı qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 2 ay müddətində inzibati həbs növündə tənbeh verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi Rayon Məhkəməsi tərəfindən ## #### 2026-ci ildə X2 400 manat inzibati tənbeh növündə cəza verilmişdir. Ağcabədi Rayon Məhkəməsi qanunu qəbul etməmiş və ona dəymiş xəsarəti düzgün qiymətləndirməmişdir. Təqsirdirilən şəxs ondan dəfələrlə kiçikdir. Ona əl qaldırması, xəsarət yetirməsi həm milli mənafeyi, həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddir. X2 haqsız olaraq onu döyməsi yaşadığı cəmiyyətdə birmənalı qarşılanmamış, kənddə onun nüfuzunu alçatmışdır. Bununla yanaşı dəymiş xəsarət nəticəsində aldığı travma onun əmək fəaliyyətini pozmuşdur. Gündəlik məşğul olduğu təsərrüfat işi ilə məşğul ola bilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 2 ay müddətində inzibati həbs növündə tənbeh verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil İntiqam oğlu apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza rəyi, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – dilin uc hissəsində qansızma – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026cı tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət dilin uc hissəsində qansızma- küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs döyməsi, beləliklə də İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, eləcə də məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmiş, həmçinin cərimənin məbləğini müvafiq maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən etməklə sonuncunun barəsində kifayət qədər ədalətli davranmışdır. Lakin birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən halları tam müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Buna görə də apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində 2 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli üzrə ona ədalətli növdə və həddə tənbeh tətbiq etdiyindən, apellyasiya instansiya məhkəməsi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün zərurət görmür. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri və onun həddi qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-458/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-458/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver