Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-459/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi) ilə ##.##.1995-ci il tarixdə Zərdab rayon Gəlmə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X3 şöbə müdiri vəzifəsində işləyən, 2-ci qrup əlil (orqanizmin funksiyalarının 61-80 faiz pozulması), Laçın rayon Mişni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, 18, bina 3C mənzil 4-də yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:40 radələrində sərxoş halda “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 məxsus “Toyota Corolla” hibrid minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini manevr qaydalarını pozmaqla idarə edib həmin avtomobillə Laçın rayonunda Həkəri çayının sahilində yol kənarında olan işıq dirəyinə və ardınca isə yolun sol hissəsində olan torpaq təpəsinə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Laçın Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə, iş üzrə çıxardığı qərarında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:40 radələrində sərxoş halda “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 məxsus “Toyota Corolla” hibrid minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini manevr qaydalarını pozmaqla idarə edib həmin avtomobillə Laçın rayonunda Həkəri çayının sahilində yol kənarında olan işıq Birəyinə və ardınca isə yolun sol hissəsində olan torpaq təpəsinə dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 327.1 vo 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Laçın Rayon Məhkəməsi qərarında göstərmişdir ki, o, ifadəsində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 21:43 radələrində sərxoş halda “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 məxsus “Toyota Corolla" hibrid minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini manevr qaydalarını pozmaqla idarə edib həmin avtomobillə Laçın rayonunda Həkəri çayının sahilində yol kənarında olan işıq dirəyinə və ardınca isə yolun sol hissəsində olan torpaq təpəsinə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 məxsus “Toyota Corolla” hibrid minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və bir ədəd işıq dirəyinə maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq ona müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. O, qeyd edilən inzibati xətanın törədilməsini səmimi olaraq etiraf edir. Odur ki, o, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməyə səy göstərməsini, himayəsində bir az yaşlı uşağının olmasını və ikinci qrup əlil olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu əməllərdə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir” kimi göstərmişdir. Məhkəmə tərfindən iş üzrə çıxarılmış qərardan da aydın görünür ki, işə baxan məhkəmə tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. İşə baxan məhkəmə ümumiyyətlə inzibati xəta hadisəsinin olub-olmamasını, polis orqanı tərəfindən “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X1 və işıq dirəyinin mülkiyyətçisinə sorğu edilib-edilməməsini və onun sərxoş olub-olmamağını araşdırmamışdır. İş materiallarında onun hadisə vaxtı sərxoş olması barədə heç bir sübut yoxdur. Ona görə də hesab edir ki, işə baxan məhkəmə sübutlara deyil, yalnız formal mülahizələr əsasında qərər çıxarmışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 75-ci, 76-cı, 77-ci, 78-ci maddənin tələblərini pozmuşdur. Bundan başqa, işə baxan məhkəmə heç bir əsas olmadan onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilib həmin Məcəllənin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə əsassız, qanunsuz və ədalətsiz qərar çıxarmışdır. İşə baxan hakim İXM-nin 83cü və 84-cü maddəsinin tələbləri baxımından da iş üzrə işin bütün hallarının məcmusunun hərtərəli, tam və obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymətləndirməmiş, əlavə məlumatları tələb etməmiş və sonda iş üzrə səhv nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Eyni zamanda, həmin Məcəllənin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə; həmin Məcəllənin 333.3-cü maddəsində isə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yolnəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – yol-nəqliyyat hadisəsinə dair sxem, fotoşəkillər, ##.##.2026-cı il tarixli alkotester çıxarışı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, raport, inzibati xəta haqqında protokol, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli alkotester çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu (1,254 % promil) müəyyən edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixli yazılı izahatından görünür ki, o, ##.##.2026-cı il tarixdə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nə məxsus idarə etdiyi 41 AB-306 dövlət qeydiyyat nişanlı avtomobil ilə Laçın rayonu Həkəri çayının sahilində olarkən spirtli içki qəbul etdiyi üçün avtomobilin təkərinin partlaması zamanı idarəetməni itirmiş, yolun sağında olan işıq dirəyinə dəyərək yolun solunda olan torpaq təpəsinə dayanmış, nəticədə işıq dirəyinə və avtomobilə ziyan dəymişdir. Daha sonra hadisə yerinə YPX əməkdaşları gəlmiş, müvafiq araşdırma aparılmış, fotoşəkillər çəkilmiş, onu alkotester müayinəsindən keçirmişlər və spirtli içki qəbul etməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat təxminən 21:40 radələrində “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 məxsus olan “Toyota Corolla” hibrid minik markalı 41 AB-306 dövlət qeydiyyat nişanlı avtomobil Laçın rayonunda Həkəri çayının sahilində yol kənarında olan işıq dirəyinə və ardınca isə yolun sol hissəsində olan torpaq təpəsinə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş, aparılmış araşdırma zamanı sözügedən yol-nəqliyyat hadisəsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içkinin təsiri altında törətməsi müəyyən olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları bir daha nəzərdən keçirib, onları tam, hərtərəfli və obyektiv araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs apellyasiya şikayətində ona istinad olunan inzibati xətanın törədilməsində onun təqsiri olmamasını qeyd etsə də, göstərilən hallarla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmişdir, əksinə işdə olan bir-birini tamamlayan mötəbər sübutlarla göstərilən xüsusatlar təkzib olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, əsassızdır. Həmin dəlillər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğunu aradan qaldırmır və şəxsin inzibati məsuliyyətini istisna etmir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxsin göstərdiyi dəlillər, yəni onun baş vermiş inzibati xəta üzrə təqsirinin olmamasından ibarət xüsusat inzibati məsuliyyətdən yayınmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tənbeh tətbiq edərkən onun himayəsində bir az yaşlı uşağının olmasını, həmçinin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi, onun inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Apellyasiya məhkəməsi ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi sözügedən inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, İXM-nin 333.1-ci maddəsinin dispozisiyasından görünür ki, sözügedən əmələ görə inzibati məsuliyyət məhz nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. İXM-nin 33.3-cü maddəsində isə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi onun barəsində inzibati tənbeh təyin edilərkən ayrıca məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalı idi. Bununla belə, apellyasiya məhkəməsi hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin təyin etdiyi inzibati tənbehin nəticə etibarilə dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tənbeh növünü və miqdarını müəyyən edərkən işin konkret hallarını, törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə almış və nəticədə sonuncuya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə təyin etmişdir. Azərbaycan Respublikası İXM-nin: 327.1-ci maddəsinə əsasən bu inzibati xətanın törədilməsinə görə şəxs - qırx manat məbləğində cərimə edilir. 333.3-cü maddəsinə əsasən bu inzibati xətanın törədilməsinə görə şəxs - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Apellyasiya məhkəməsi hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına, törədilmiş inzibati xətaların xarakterinə və şəxsin məsuliyyətini yüngülləşdirən hallara məcmu şəkildə qiymət verildikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ədalətli və törədilmiş xətalara mütənasib olmuşdur. Bu səbəbdən, sərxoşluq halının ayrıca ağırlaşdırıcı hal kimi nəzərə alınmasının İXM-nin 33.3-cü maddəsinin tələbinə uyğun olmaması müəyyən edilsə də, həmin hal təyin edilmiş inzibati tənbehin dəyişdirilməsini zəruri edən nəticəyə səbəb olmur. Qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə sonuncunun barəsində kifayət qədər ədalətli davranmışdır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-459/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-459/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver