Məhkəmə qərarları › İş №3(3-9)-460/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-460/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-460/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Aydan Məmmədli) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis Rı Elvin Abduləlizadə tərəfindən inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərar qəbul edilərək 50 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis Rı Elvin Abduləlizadənin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-160)- ***/**** saylı qərarı və DİN-in BDYPİ qəbul etdiyi ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərardan şikayət verən orqan (şəxs) Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 5/75-də qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. X2 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. ## #### 2026-cı il tarixdə saat 10:58 radələrində avtomobili atası X3 şəhər Z.Hacıyev küçəsində idarə etmiş və hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olaraq piyadaya yol verməməsinə görə İXM-in 330.0.1-ci maddəsinin tələbini pozmuşdur. ##.##.2026-cı il tarixdə “SMS Radar” proqramında telefon vasitəsilə yoxlayan zaman ona məlum olmuşdur ki, həmin hal üzrə barəsində ##.##.2026cı il tarixdə saat 18:12 radələrində İXM-in 330.0.1-ci maddəsilə EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 50 manat cərimə tətbiq edilmişdir. Barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında qərar İXM-in tələblərinə ziddir. Şirvan Şəhər Məhkəməsi Azərbaycan Respublikası İXM-in 122-ci maddəsinin tələblərinin tətbiqinə düzgün yanaşmamışdır. Belə ki, Şirvan şəhərində quraşdırılmış bütün Təhlükəsiz Şəhər kameraları müvafiq icra hakimiyyəti orqanının (DİN-in) mərkəzi informasiya sisteminə inteqrasiya olunmamışdır. Bu onunla sübut olunur ki, ## #### 2026-cı il tarixdə saat 10:58 radələrində törədilmiş inzibati xəta haqqında qərar həmin gün 7 saat sonra saat 18:12 radələrində tərtib olunmuşdur. Ərizəyə əlavə edilmiş **-EK-*** nömrə nişanlı nəqliyyat vasitəsinə ##.##.2026-cı il tarixdə Hacıqabul-Horadiz avtomobil yolunda sürət həddini aşmağa görə tərtib edilmiş elektron qərara görə çəkilmiş foto şəkillə, ##.##.2026-cı il tarixdə saat 18:12 radələrində Şirvan şəhər Z.Hacıyev küçəsində İXM-in 330.0.1-ci maddəsilə tərtib edilmiş elektron qərara görə çəkilmiş foto şəkillərdəki göstəricilərə diqqət edilməlidir. Birinci haldakı foto şəkil müvafiq icra hakimiyyəti orqanının (DİN-in) mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, ikinci halda isə xüsusi texniki vasitələrdən, yəni monitordan foto şəkil çəkməklə götürülmüşdür. İkinci haldakı foto şəkilin altında hər hansı bir texniki cihazın adı, göstəriciləri əks olunmamışdır. Məhkəmə tərəfindən ərizə əsasında sorğu edilərsə, məlum olacaq ki, Şirvan şəhər ərazisində quraşdırılmış Təhlükəsiz şəhər kameraları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə qoşulmamış, həmin kameralar tərəfindən aşkar olunmuş pozuntular mərkəzi sistemə bir başa inteqrasiya edilməmiş, yalnız yol hərəkətilə bağlı olan inzibati xətalar həmin kameralar vasitəsilə qeydə alınan görüntülər müvafiq icra hakimiyyəti orqanının əməkdaşı (polis) tərəfindən foto şəkil çəkməklə elektron sistemə yerləşdirilir. Buda insanların hüquqlarının pozulmasıyla nəticələnir. Şirvan Şəhər Məhkəməsinin icraatında olan ##.##.2026cı il tarixli *(*-***)-***/**** saylı və ## #### 2026-cı il tarixdə *(*-***)-***/**** saylı işlər barəsində çıxardığı qərarlar fərqli qərarlardır. Buna sübut kimi bu ilin əvvəlində Şirvan şəhərində TŞ kamerasından götürülməklə barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsilə DİN-in BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis R-leytenentı Elvin Abdullazadə tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərardan vermiş olduğu şikayət Şirvan Şəhər Məhkəməsi tərəfindən *(*-***)-***/**** saylı iş üzrə baxılaraq ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 114, 115, 128-137-ci maddələrinə əsasən icraata xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin icraatında olan ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı iş üzrə fərqli qərar qəbul etmişdir. Burada Vahid Məhkəmə təcrübəsi və Hüquqi Presedent anlayışı kənarda qalır və hakim eyni oxşar hallar üzrə fərqli qərarlar qəbul edir. Hər iki iş üzrə aşkarlanmış inzibati xəta üzrə qəbul edilmiş elektron qərarlar Azərbaycan Respublikası İXM-in tələblərinin kobud şəkildə pozulması ilə qəbul olunsadan hakim tərəfindən bir elektron qərar üzrə icraata xitam verilsədə digər elektron qərar qüvvəsində saxlanılır. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını ləğv edərək DİN-in BDYPİ tərəfindən qəbul olunmuş EQ seryalı ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın icraatına xitam verilməsilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməkdaşı və qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinə görə nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:11:26da xətanın yeri olan Şirvan şəhəri Z.Hacıyev küçəsində “Mercedes E200 CDİ minik” markalı ** EK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməklə Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:11:26-da xətanın yeri olan Şirvan şəhəri Z.Hacıyev küçəsində 10:58-də “Mercedes E200 CDİ minik” markalı ** EK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməklə hərəkətini davam etdirmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə inzibati xəta hadisənin foto və video qeydiyyatının yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınması şikayətin dəlillərini əsassız hesab edir. Belə olan halda, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş inzibati tənbehlə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinin sanksiyasında əlli manat məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Qərardan şikayət verən orqan (şəxs) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlli manat inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar