Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-461/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 333.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə ##.##.2026-cı il tarixli, IXP ******* saylı protokol tərtib edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilməsini və IXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı Ilə mən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması inzibati tənbehi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qərarında inzibati xəta haqqında protokolu, alkoqollu içkinin təsirinin müəyyən edilməsi ilə bağlı sənədləri və digər yazılı materialları sübut kimi qəbul etmiş, həmçinin onun əməlində məsuliyyəti ağırlaşdıran hal kimi onun sərxoş vəziyyətdə olmağını nəzərə almışdır. O, məhkəmənin sərxoşluq halını həm inzibati xəta tərkibinin əlaməti, həm də əlavə olaraq məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirməsi ilə razılaşmır. Belə ki, həmin hal artıq Azərbaycan Respublikası IXM-in 333.1-cl maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlaməti olduğundan, onun inzibati tənbeh tətbiq edilərkən əlavə ağırlaşdırıcı hal kimi təkrar nəzərə alınması düzgün deyildir. O, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş ## #### 2026-cı il tarixində göndərilsə də, poçt göndərişi ona yalnız ## #### 2026-cı il tarixində, yəni məhkəmə qərarı qəbul edildikdən 3 gün sonra verilmişdir. Buna görə də o, məhkəmə iclasının keçiriləcəyi vaxtdan xəbərdar olmamış, məhkəmə baxışında iştirak etmək, izahat vermək, etirazlarını bildirmək, vəsatətlər təqdim etmək və müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi inzibati tənbehi müəyyən edərkən onun ailə və sosial vəziyyətini araşdırmamışdır. Belə ki, onun himayəsində üç məktəbli övladı, habelə pensiya yaşına çatmış və müxtəlif xəstəliklərdən əziyyət çəkən valideynləri vardır. Valideynlərinin mütəmadi olaraq tibb müəssisələrinə aparılması və övladlarının gündəlik məktəbə aparılıb- gətirilməsi əsasən onun tərəfimdən həyata keçirilir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və qərarda onlara hər hansı qiymət verilməmişdir. O, məhkəmənin müəyyən etdiyi faktiki halların yuxarıda göstərilən hissələri ilə razılaşmır və hesab edir ki, iş üzrə əhəmiyyət kəsb edən bir sıra hallar tam və obyektiv araşdırılmamışdır. Onun inzibati xəta haqqında iş üzrə verdiyi izahatda törətdiyi əmələ münasibəti, peşmançılığı və bu halın inzibati tənbeh seçilərkən nəzərə alınıb-alınmaması araşdırılmamışdır. Bu hal məhkəmənin tətbiq etdiyi tənbehin fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, hadisə ilə bağlı izahat verərək mövqeyini bildirmiş, əməli gizlətməmişdir. Onun davranışı IXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulan səmimi peşmançılıq halının mövcudluğu baxımından qiymətləndirilməli olduğu halda məhkəmə tərəfindən araşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun izahat verərək, sürücülük hüququnun məhdudlaşdırılmasının ailəsinin yeganə dolanışığı olan işlədiyi işə maneə törətdiyini, himayəsində ağır xəstəlikdən əziyyət çəkən atasının mütəmadi xəstəxanaya, orta məktəbdə təhsil alan övladlarını isə məktəbə aparıb-gətirməli olduğunu, sürücülük hüququnun məhdudlaşdırılmasının onun ailəsinin həyata şəraitinə mənfi təsir göstərdiyini, təyin ediləcək cərimə tənbehinin tərəfindən ödəniləcəyini bildirib, şikayətində qeyd etdiyi əsasların nəzərə alınaraq təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Cəlilabad Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməlidir. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işə əlavə olunmuş Protokolu tərtib edən orqan-nin DYPB-nin YPX-nin inspektoru, R X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 09:33 radələrində “Mercedes Benz E220 CDI” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə sərxoş vəziyyətdə idarə etmiş və bununla da IXM-nin 327.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Işə əlavə olunmuş ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən (alkotestr) görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkoqolun miqdarı 0.313 %) həmçinin qeyd etmişdir ki, “”2 bakal pivə içmişəm” və imzası ilə təsdiqləmişdir. IXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın 2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də apellyasiya məhkəməsi bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati tənbeh tədbiri məsələsinə gəldikdə, məhkəmənin qənaətinə görə və qərardan göründüyü kimi o, ##.##.2026-cı il tarixdə idarə etdiyi nəqliyyat vasitəsini alkoqol qəbulundan sonra sərxoş vəziyyətdə idarə etmiş, bu hal alkotestr vasitəsilə müəyyən olunmuş və 0,313 % göstərici qeydə alınmışdır. O, nəticə ilə razı olduğunu yazılı qaydada təsdiq etmişdir. Bu sübut prosessual baxımdan yol verilən, mötəbər və kifayət qədər sübutlar olmaqla, inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərini tam şəkildə təsdiq edir. IXM-in 333.1-ci maddəsi nəqliyyat vasitəsinin alkoqol təsiri altında idarə edilməsinə görə alternativ sanksiya nəzərdə tutur – dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması. Bu norma klassik alternativ sanksiya modelidir və hüquq tətbiq edən orqana diskresion səlahiyyət verir. Hüquq nəzəriyyəsində alternativ sanksiya institutu fərdiləşdirmə prinsipinin normativ ifadəsi kimi qəbul edilir. Qanunverici eyni hüquqpozma üçün müxtəlif təsir vasitələri müəyyən etməklə, konkret iş üzrə ən adekvat və məqsədəuyğun tədbirin seçilməsini məhkəmənin daxili inamına və hüquqi qiymətləndirməsinə həvalə edir. Göründüyü kimi IXM-in 333.1-ci maddəsinin sanksiyası alternativ xarakter daşıyır və törədilmiş xətaya görə məhkəmə həm nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması, həm də cərimə tətbiq edə bilər. Formalaşmış məhkəmə təcrübəsi göstərir ki, məhkəməyə verilən bu səlahiyyət yalnız əsaslandırılmış olduqda qanuni hesab olunur. Inzibati hüququn fundamental prinsiplərindən biri olan cəzanın fərdiləşdirilməsi prinsipi nəzərə alındıqda, tənbeh tədbirinin seçilməsi zamanı şəxsin fərdi xüsusiyyətləri, əvvəlki davranışları, sosial və ailə vəziyyəti, maddi vəziyyəti, sağlamlıq vəziyyəti və yüngülləşdirici halları mütləq qiymətləndirilməlidir. Hazırki işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati xətaya yol vermiş, törətdiyi əməldən səmimi peşman olmuş və onu etiraf etmişdir. Şəxsin üç nəfər (biri azyaşlı olmaqla) yetkinlik yaşına çatmayan övladı vardır, atası ikinci dərədə əlil olmaqla xərçəng xəstəliyindən əziyyət çəkir. Şəxsin yeganə dolanışıq mənbəyi avtomobil idarə etməkdir. Bütün bu hallar yüngülləşdirici amil hesab edilir və məhkəmə tərəfindən sanksiyanın daha yüngül formasının seçilməsinə təsir göstərən amillərdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı cəza tədbirləri görülən zaman proporsionallıq prinsipi də nəzərə alınmalıdır. Hüquqi nəzəriyyə göstərir ki, cəza törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması şəxsin əmək və iqtisadi fəaliyyətinə ciddi müdaxilə törədir. Əgər məqsədə çatmaq üçün daha yüngül tənbeh tədbiri kifayətdirsə, daha ağır cəza tətbiq olunmamalıdır. Bu işdə cərimə həm preventiv, həm də məsuliyyətə cəlb etmə funksiyasını yerinə yetirir, lakin ailənin dolanışığını və şəxsin sosial vəziyyətini pozmur. Praktiki baxımdan inzibati məsuliyyətin sosial-humanist aspekti də əhəmiyyətlidir. Tənbeh tədbiri yalnız cəzalandırma məqsədi daşımır, həm də şəxsin islahını təmin etməli, sosial və ailə vəziyyətinə müvafiq olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə və atasının sağlamlıq vəziyyəti, törədilən xətadan dərs çıxarma qabiliyyəti nəzərə alınaraq, cərimə tənbeh tədbiri həm hüquqi, həm sosial-humanist, həm də preventiv baxımdan optimal hesab olunur. Bütün yuxarıdakı arqumentlərə əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarının ədalət, humanizm və vahid məhkəmə təcrübəsi prinsiplərinə zidd olaraq çıxarıldığı qənaətinə gəlmək olar. Ona görə qərarın dəyişdirilərək IXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində cərimə tətbiq edilməsi məqsədəuyğun və hüquqi baxımdan əsaslıdır. Məhkəmə eyni zamanda onu da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi IXMnin 33.3-cü maddəsinin tələbinə zidd olaraq IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad olunan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı sərxoş halda olan şəxs tərəfindən törətməsini onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə almışdır. Halbuki, IXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. IXM-in 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alıb hesab edirəm ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, birinci instansiya məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Xəta Rayon Icra Şöbəsinə həvalə edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-461/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-461/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver