Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-462/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil və Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi, qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2106» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək Cəlilabad rayonu Günəşli kənd sakini Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu (qoyun) heyvanları vurmuşdur. Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətaya dair hissədə baxılması üçün Cəlilabad Rayon Polis şöbəsinə geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair hissədə işə baxan Cəlilabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunub ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106" minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işığı onun görmə qabiliyyətini məhdudlaşdırmış və avtomobil yoldan çıxaraq, Zərərçəkmiş şəxs təsərrüfatına məxsus xırda buynuzlu heyvanları vurmuşdur. Əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ona köməklik etməsini xahiş etmişdir. Bildirir ki, məhkəmə öz qərarında onun izahatını saxtalaşdırmışdır. Belə ki, əvvəla o, hadisənin saat 20 radələrində baş verdiyini bildirməmişdir. Həmin hadisə saat 21 radələrində baş vermişdir. İzahatından da aydın şəkildə məlum olur ki, hadisə baş verərkən hava qaranlıq vəziyyətdə olmuş və qarşıdan gələn avtomobilin işığı görmə qabiliyyətini məhdudlaşdırmışdır. Hamıya məlumdur ki, hava aydın və görüntülü vəziyyətdə olarkən avtomobilin işıqlarından istifadə olunmur. ## #### 2026-cı il tarixdə havanın təqribən saat 21 radələrində qaranlıqlaşdığını nəzərə alsaq, həmin hadisənin saat 21 radələrində və ya ondan sonra baş verdiyi aydın şəkildə öz təsdiqini tapır. Məhkəmənin öz qərarında yol verdiyi ikinci saxtakarlıq ondan ibarətdir ki, guya qarşıdan gələn avtomobilin işığı onun görmə qabiliyyətini məhdudlaşdırdığına görə onun idarə etdiyi avtomobil yoldan çıxmışdır. Halbuki, həmin hadisə zamanı onun avtomobili yoldan çıxmamışdır və o, məhkəməyə belə bir izahat verməmişdir. İzahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus olduğu deyilən xırda buynuzlu heyvanlar yolun düz ortasında olmuşdur. Hava qaranlıq olduğuna və qarşıdan gələn avtomobilin işığı görmə qabiliyyətini məhdudlaşdırdığına görə yolun ortasında olan həmin heyvanları görmək imkanı olmamışdır. Həmin hadisə onun günahı üzündən deyil, heyvanların sahibi kimi təqdim olunan Zərərçəkmiş şəxs günahı üzündən baş vermişdir. Çünki o, günün həmin vaxtlarında öz heyvanlarını yolda nəzarətsiz buraxa bilməzdi, buna görə həmin şəxsin özü inzibati xəta məsuliyyəti daşıyır. Lakin məhkəmə Zərərçəkmiş şəxs təqsirini pərdələmək məqsədi ilə saxtakarlığa yol verərək, onun izahatını təhrif etmiş və hadisənin yolun ortasında deyil, yolun kənarında baş verdiyi görüntüsünü yaratmağa çalışmışdır. Cəlilabad rayonu Yol Patrul Xidmətinin baş inspektoru, R X1 tərəfindən də ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, məhkəmə qərarının məzmunundan görünür ki, yol patrul xidmətinin inspektoru Ə.Z.Zeynalov da saxtakarlığa yol verərək, tərtib etdiyi protokolda hadisənin saat 20 radələrində baş verdiyini qeyd edib. Ə.Z.Zeynalov onu həmin protokolla tanış etmədiyinə və protokolun surətini ona təqdim etmədiyinə görə həmin protokolda nə yazıldığı barədə məlumatı olmamışdır. Protokolda hadisənin saat 20 radələrində baş verdiyi barədə məlumatın qeyd olunduğunu o, məhkəmə qərarı ilə tanış olduqdan sonra bilmişdir. Göründüyü kimi, hadisə hava qaraldıqdan sonra, yəni, təqribən saat 21 radələrində baş verdiyi halda, inspektor Ə.Z.Zeynalov hadisənin baş vermə vaxtını bilərəkdən saxtalaşdıraraq, protokolda hadisənin saat 20 radələrində baş verdiyini qeyd etmişdir. Ə.Z.Zeynalovun yol verdiyi digər qanun pozuntusu isə ondan ibarətdir ki, zərər çəkmiş şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs öz heyvanlarını yolda nəzarətsiz qoyduğuna görə İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.5.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi halda, Ə.Z.Zeynalov həmin faktı gizlətmiş və Zərərçəkmiş şəxs barəsində inzibati xəta protokolu tərtib etməmişdir. Bu faktın özü də Ə.Z.Zeynalovun işin nəticəsində maraqlı olduğunu təsdiq edir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi inzibati xəta hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsini və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasını nəzərdə tutur. Lakin baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs olub-olmadığı və ona hansı zərərin vurulduğu da, nə inspektor tərəfindən, nə də məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əlavə olaraq, ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta protokolunun surəti məhkəmə tərəfindən də ona təqdim olunmamışdır. Həmin protokolun surətinin ona təqdim olunmasını məhkəmədən tələb etməsinə baxmayaraq, məhkəmə iclasının katibi həmin protokolun surətini ona təqdim edə bilməyəciyini bildirmişdir. Buna görə də, o, həmin protokolla hazırda da tanış deyil. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs həmin sürüdə yalnız onun qoyunlarının olmadığını, 15 şəxsə məxsus qoyun olduğunu, hadisənin havanın qaranlıq vaxtı baş vermədiyini, qaranlıqda qoyun sürüsünün otlaqdan gətirilmədiyini, ikinci protokolun isə həyətdə olan yaralı qoyunları aparması ilə əlaqədar tərtib olunduğunu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyini, maşının normadan artıq yüklü və sürətli olduğunu, Əflatunun hadisə yerindən qaçdığını, hadisə zamanı 4 qoyunun öldüyünü, qalan 5 qoyunu isə Əflatunun apardığını və dəymiş zərərin ödəcəyini bildirdiyini göstərib, iş üzrə ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2106» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işığı onun görmə qabiliyyətini məhdudlaşdırmış və avtomobil yoldan çıxaraq Zərərçəkmiş şəxs təsərrüfatına məxsus xırdabuynuzlu heyvanaları (qoyunları) vurmuşdur. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2106» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək Cəlilabad rayonu Günəşli kənd sakini Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu (qoyun) heyvanları vurmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətaya dair hissədə baxılması üçün Cəlilabad Rayon Polis şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahatından görünür ki, ##.##.2026-cı il tarixdə saat təxminən 21:00 radələrində özünə məxsus sürücülük vəsiqəsi olmadan idarə etdiyi «VAZ 2106» minik markalı, **-EH-*** nömrəli avtomobilini yaşadığı kəndin ərazisində evinə yaxın yerdə idarə etmiş, nəvələri də maşında olmuş, qarşıdan gələn nəqliyyat vasitəsinin işığı gözünə düşmüş və yolu yaxşı görmədiyi üçün qoyun sürüsünün içinə girmiş, təxminən 8-9 qoyun vurmuş, onlardan 4-ü ölmüş, 4-5-i yaralanmış, avtomobildə olanlara xəsarət dəyməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs yazılı izahatından görünür ki, ##.##.2026-cı il tarixdə saat 20:00 radələrində oğlu qoyunları evə gətirən zaman «VAZ 2106» markalı, **-EH- *** nömrəli avtomobil sürünün içərisinə girərək, 14 baş heyvanı vurmuş, onlardan 11-i ölmüş, 4ü isə yaralanmış, o, 102 xidmətinə məlumat vermiş, bundan sonra sürcü hadisə yerinə gəlmişdir. İş materiallarında olan “yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, sözügedən hadisə yolun ortasında baş vermişdir. Apellyasiya baxışı zamanı müdafiə tərəfin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 20:00 radələrində Cəlilabad rayonu, Günəşli kəndi ərazisində «VAZ 2106» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-nin 332.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində 200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən bunu əsasən inzibati xəta haqqında protokol, ona əlavə edilmiş hadisə yerinin fotoşəkilləri və digər sənədlərlə əsaslandırmışdır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini, müdafiə tərəfinin izahatlarını, Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı verdiyi izahatı, habelə iş materiallarına əlavə edilmiş digər sübutları qarşılıqlı əlaqədə tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmamış və nəticə etibarilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin zəruri əlamətlərinin mövcudluğunu kifayət qədər müəyyən etməmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 332.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və həmin nəqliyyat vasitəsi ilə heyvanların vurulması faktının müəyyən edilməsi kifayət etmir. Həmin normanın tətbiqi üçün inzibati xəta hadisəsinin, şəxsin əməlində həmin xətanın obyektiv və subyektiv əlamətlərinin, o cümlədən hadisə nəticəsində şəxsə maddi ziyanın vurulmasının və həmin ziyanın məhz şəxsin təqsirli əməli ilə səbəbli əlaqəsinin mövcudluğu mötəbər və bir-birini tamamlayan sübutlarla müəyyən edilməlidir. Bu baxımdan, iş üzrə yalnız hadisənin baş verməsinin müəyyən edilməsi deyil, hadisənin konkret mexanizminin, tərəflərin hərəkətlərinin, yol şəraitinin, heyvanların yolda yerləşmə və hərəkət qaydasının, vurulmuş ziyanın həcminin və nəticənin yaranmasına kimin hərəkətinin səbəb olduğunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin iş materiallarından görünür ki, hadisə nəticəsində vurulduğu iddia olunan maddi ziyanın konkret məbləğini müəyyən edən hər hansı ziyan aktı, qiymətləndirmə sənədi, heyvanların dəyərini təsdiq edən sənəd və ya ziyanın məbləğini müəyyən etməyə imkan verən digər mötəbər sənəd iş materiallarında mövcud deyildir. Halbuki, hazırkı iş üzrə şəxsin məhz İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinin hüquqi əsaslarından biri hadisə nəticəsində maddi ziyanın yaranmasıdır. Belə olan halda, zərərin mövcudluğu ilə yanaşı, onun konkret məbləğinin, kimə dəydiyinin və hansı heyvanların məhz kimin mülkiyyətində olduğunun müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələ xüsusilə ona görə əhəmiyyətlidir ki, iş materiallarında heyvanların sayı və hadisə nəticəsində onlara dəymiş zərərlə bağlı bir-birindən fərqlənən məlumatlar mövcuddur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahatında təxminən 8-9 qoyunun vurulduğunu, onlardan 4-nün öldüyünü, 4-5-nin yaralandığını bildirdiyi halda, Zərərçəkmiş şəxs yazılı izahatında 14 baş heyvanın vurulduğu, 11-nin öldüyü və 4-nün yaralandığı göstərilmişdir. Sonuncu məlumatın özündə də heyvanların sayı ilə bağlı uyğunsuzluq mövcuddur. Bundan başqa, Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı sürüdə yalnız ona məxsus heyvanların olmadığını, həmin sürüdə 15 şəxsə məxsus qoyunların olduğunu bildirmiş, hadisə nəticəsində 4 qoyunun öldüyünü, daha 5 qoyunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aparıldığını göstərmişdir. Beləliklə, hadisə nəticəsində neçə heyvanın öldüyü, neçəsinin xəsarət aldığı, hansı heyvanların kimə məxsus olduğu və nəticədə konkret olaraq kimə hansı məbləğdə maddi ziyan dəydiyi məsələləri iş materialları ilə birmənalı müəyyən olunmur. Digər tərəfdən, iş üzrə hadisənin başvermə vaxtı ilə bağlı da aradan qaldırılmamış ziddiyyət mövcuddur. Belə ki, inzibati xəta haqqında protokolda və birinci instansiya məhkəməsinin qərarında hadisənin ## #### 2026-cı il tarixdə saat 20 radələrində baş verdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş materiallarında olan yazılı izahatında isə hadisənin saat təxminən 21:00 radələrində baş verdiyi qeyd edilmişdir. Apellyasiya şikayətində də şəxs hadisənin məhz saat 21 radələrində baş verdiyini, havanın həmin vaxt qaranlıq olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin onun izahatını bu baxımdan düzgün əks etdirmədiyini iddia etmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs hadisənin qaranlıq vaxtda baş vermədiyini bildirmişdir. Eyni zamanda, apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda da hadisənin ## #### 2026cı il tarixdə saat 20:00 radələrində baş verdiyi göstərilmişdir. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni hadisə ilə əlaqədar İXM-nin 332.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Belə olan halda, hadisənin faktiki olaraq hansı saatda baş verdiyinin müəyyən edilməsi yalnız formal xarakter daşımır. Hadisənin vaxtı yol şəraitinin, görmə məsafəsinin, təbii işıqlanmanın, heyvanların yolda hərəkətinin və yerləşməsinin, habelə sürücünün hadisənin qarşısını alma imkanının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu səbəbdən, iş üzrə hadisənin vaxtı ilə bağlı ziddiyyətin aradan qaldırılmadan, həmin halın digər sübutlarla müqayisəli şəkildə yoxlanılmadan yalnız inzibati xəta haqqında protokolda göstərilən vaxta əsaslanılması işin tam və obyektiv araşdırılması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yolun ortasında baş vermişdir. Bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində irəli sürdüyü, qoyunların yolun ortasında olduğunu və qarşıdan gələn nəqliyyat vasitəsinin işığının onun görmə imkanını məhdudlaşdırması səbəbindən heyvanları vaxtında görə bilmədiyini bildirməsi ilə əlaqədar araşdırma aparılmasını zəruri edir. Çünki hadisənin yolun hansı hissəsində baş verməsi sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsi ilə yanaşı, heyvanların yola buraxılması və ya yolda nəzarətsiz saxlanılması ilə bağlı digər şəxsin hərəkətlərinin də qiymətləndirilməsini tələb edir. Bu baxımdan, iş üzrə yalnız nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərinin araşdırılması kifayət etməmişdir. Məhkəmə hesab edir ki, hadisə zamanı heyvanların yolun hərəkət hissəsində hansı qaydada saxlanılması, onları müşayiət edən şəxsin olub-olmaması, həmin şəxsin heyvanların yol hərəkəti üçün təhlükə yaratmamasını təmin edib-etməməsi və nəticədə yol hərəkəti qaydalarının heyvanları ötürən şəxs tərəfindən pozulub-pozulmaması da müəyyən edilməlidir. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz bu halı mübahisələndirərək heyvanların yolun ortasında nəzarətsiz olmasının hadisənin baş verməsinə səbəb olduğunu bildirmişdir. Bu xüsusatın İXM-nin 338.5-ci maddəsinin müddəaları baxımından da araşdırılması zəruridir. Belə ki, əgər işin faktiki halları heyvanların yol hərəkəti qaydalarının tələblərinə zidd olaraq hərəkət hissəsində nəzarətsiz saxlanıldığını və ya ötürülməsi qaydalarının pozulduğunu göstərərsə, həmin hərəkətlərin hadisənin baş verməsinə səbəb olub-olmaması və bunun nəticəyə təsiri müəyyən edilməlidir. Başqa sözlə, heyvanların yolun ortasında olmasının özüözlüyündə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini istisna etmir, lakin həmin hal onun əməli ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin və təqsirin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni qaydada, sürücünün hərəkətlərinin yol hərəkəti qaydalarına uyğun olub-olmaması və onun heyvanlarla toqquşmanın qarşısını almaq üçün real imkanının mövcudluğu da araşdırılmalıdır. Bu mənada, hazırkı mərhələdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yalnız sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmə faktının mövcudluğunun, yaxud bununla yanaşı İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan maddi nəticəli inzibati xətanın da bütün zəruri əlamətlərinin sübuta yetirilib-yetirilmədiyinin qəti şəkildə müəyyən edildiyini qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından hadisənin baş vermə mexanizmi, heyvanların yolda vəziyyəti, tərəflərin hərəkətlərinin nəticəyə təsiri və maddi ziyanın konkret həcmi barədə ziddiyyətli məlumatlar mövcuddur. Eyni zamanda, apellyasiya baxışı zamanı təqdim edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara da hüquqi qiymət verilməsi zəruridir. Həmin qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni hadisə ilə əlaqədar İXM-nin 332.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin baxdığı İXM-nin 332.4-cü maddəsi üzrə inzibati xəta ilə eyni faktiki hadisə ilə əlaqəli olaraq şəxs barəsində artıq digər inzibati məsuliyyət tədbiri tətbiq edildiyindən sözügedən qərarın mövcudluğu və araşdırılması da hazırkı iş üzrə xüsusilə əhəmiyyətlidir. Bu səbəbdən, yenidən araşdırma zamanı həmin qərarın qanuni qüvvəyə minib-minmədiyi, onun hansı konkret faktiki hallara əsaslandığı, İXM-nin 332.2 və 327.6-cı maddələri üzrə müəyyən edilmiş halların hazırkı işdə araşdırılan hadisə ilə hansı münasibətdə olduğu, eyni fakt üzrə inzibati məsuliyyətin təkrar tətbiqinin olub-olmaması və həmin qərarın hazırkı iş üzrə hüquqi əhəmiyyəti müəyyən edilməlidir. Beləliklə, iş üzrə mövcud ziddiyyətlər və araşdırılmamış hallar yalnız hadisənin vaxtına deyil, həmçinin hadisənin konkret mexanizminə, heyvanların yolun hərəkət hissəsində yerləşməsinə, heyvanları ötürən şəxsin hərəkətlərinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərinin nəticənin yaranmasında roluna, vurulmuş maddi ziyanın faktiki mövcudluğuna və məbləğinə, zərərçəkmiş şəxsin və zərər çəkmiş əmlakın müəyyən edilməsinə, habelə eyni hadisə ilə əlaqədar qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın hazırkı işə hüquqi təsirinə aiddir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, yenidən araşdırma zamanı göstərilən halların hər biri müvafiq sübutlarla yoxlanılmalı, mövcud ziddiyyətlər aradan qaldırılmalı, hadisənin faktiki şəraiti tam müəyyən edilməli, işə baxılarkən inzibati xətalar haqqında qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət olunmalı, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan nöqsan aradan qaldırılmalı, işin faktiki halları tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1 və135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-462/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-462/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver