Məhkəmə qərarları › İş №3(3-9)-463/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-463/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-463/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüseynova İlahə Şıxəli qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### xxxx26-cı il tarixli, 3(5-152)-512/xxxx26 nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### xxxx26-cı il tarixli, 3(5-152)-512/xxxx26 nömrəli qərarı (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə Hüseynova İlahə Şıxəli qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Salyan rayon Qaraçala kənd tam orta məktəbinin inzibati ərazisi ## ### xxxx26-cı il tarixdə məktəbin fəaliyyətində formalaşan maye tullantıları təyinatsız kənara axıdılmış, nəticədə Hüseynova İlahə Şıxəli qızı tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də, Hüseynova İlahə Şıxəli qızının barəsində Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən İXM-nin 262.2.3-cü maddəsi ilə ## #### xxxx26-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin rəisi Ehtiram Muxtarov apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Hüseynova İlahə Şıxəli qızının barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.xxxx26-cı il tarixli 3-14-42/2- 215/xxxx26 nömrəli məktubu ilə Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Şirvan-Salyan Regional Bölməsinə Biləsuvar rayonunun Günəşli kənd sakini X3 müraciəti daxil olmuşdur. Müraciətdə Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe təhsil müəssisələrində tullantıların idarə olunması vəziyyətinin araşdırılması xahiş edilmişdir. Həmin müraciət üzrə * saylı RETSİ-nin nümayəndəsinin iştirakı ilə keçirilmiş birgə baxış zamanı Salyan rayonu Cəlal Məmmədov adına Qaraçala kənd tam orta məktəbinin ərazisində formalaşan maye tullantı sularının təyinatı üzrə idarə edilmədiyi, çirkab sularının saxlanılması üçün nəzərdə tutulmuş şambonun normadan artıq dolduğu, qeyri-hermetik vəziyyət olduğu və nəticədə çirkab sularının ətraf əraziyə axdığı müəyyən edilmişdir. Aşkar edilmiş hüquq pozuntusu ilə bağlı məktəbin təsərrüfat müdiri Hüseynova İlahə Şıxəli qızı barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə MN № ******* nömrəli, ##.##.xxxx26-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.xxxx26-cı il tarixli, 3(5-152)-512/xxxx26 nömrəli qərarı ilə Hüseynova İlahə Şıxəli qızı barəsində İXM-nin yuxarıda qeyd edilən maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə İXM-nin 53.1.2-ci maddəsinə istinad edilərək xitam verilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə Hüseynova İlahə Şıxəli qızının İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı vəzifəli şəxs qismində törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmənin əsaslandırmasının mərkəzində duran tezis-səlahiyyətli orqanın Hüseynova İlahə Şıxəli qızı tərəfindən vəzifəli şəxs kimi qeyd olunan inzibati xətanın törədilməsində sübut kimi istinad etdiyi hal yalnız məktəbin inzibati ərazsinində çəkilmiş fotoşəkilər və müvafiq təlimata uyğun İlahə Hüseynovanın vəzifəli şəxs kimi təsərrufat işlərinə nəzarət etmək fuksiyasının olmasıdır. Məhkəmə qeyd edir ki, şambonun dolması, bununla bağlı müvafiq fotoşəkilərin olması yalnız hadisənin baş verməsini təsdiq edir. Həmin hadisədə vəzifəli şəxs kimi İlahə Hüseynovanın təqsirli bilinməsi üçün isə inzibati orqan tərəfindən yetərli və əsaslı sübut təqdim edilməmişdir. İş materialarında olan, səlahiyyətli orqanın özü tərəfindən tərtib olunmuş aktdan da göründüyü kimi, məktəbin fəaliyyətində formalaşan maye tulantıların inzibati ərazidə inşa edilmiş şamboya axıdılması, şambonun qeyri-hermetik olması, həmçinin normadan artıq dolması səbəbindən çirkab suların ətraf əraziyə axması faktı aşkar olunmuşdur. Yəni tulantı suları nəzərdə tutulduğu kimi şamboya axıdılmışdır, lakin normadan artıq dolmasının səbəbi həmçinin şambonun qeyri-hermetik olmasıdır. Məktəb direktoru tərəfindən yuxarı səlahiyyətli orqana (təhsil sektorunun müdirinə) ünvanlanmış məktubundan göründüyü kimi həmin tulantı sularının şambodan boşaldılması üçün kömək istənilmişdir. Bu halın olması onu göstərir ki, təsərrufat müdirindən də artıq səlahiyyətə malik olan bir şəxs kimi məktəb direktoru şambonun vaxtında boşaldılmasının təmin edilməsi üçün kifayət qədər maddi-texniki “gücə” malik deyildir. Belə olan halda, daha aşağı səlahiyyətli bir şəxsin şambonun qeyri-hermetik olması, intensiv yağışların yağması fonunda inzibati məsuliyyətə cəlb edilməsi, barəsində müvafiq protokolun tərtib edilməsi, barəsində inzibati tənbehin tətbiq olunması qanuni və əsaslı olmayacaqdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin inzibati ərazisində yerləşən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş şambonun ətrafında yığılan suların yağış sularının nəticəsində və ya məktəbin fəaliyyəti zamanı formalaşan tulantı sularının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin xüsusatlarla bağlı şübhələr də İXM-in 8-ci maddəsinin tələblərinə əsasən Hüseynova İlahə Şıxəli qızının xeyrinə həl edilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan səlahiyyətli orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Salyan Rayon Məhkəməsi işin obyektiv həli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki haları nəzərə almamış, işə birtərəfli və səthi yanaşaraq vəzifəli şəxsin özünü müdafiə xarakterli izahatını əsas götürmüş, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün şərh etməmişdir. Ona görə də, məhkəmənin qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının “Su təchizatı və tulantı suları haqqında” Qanununun 1-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.xxxx14-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndində tullantı sularınaanlayış verilmişdir. Həmin normalara əsasən, tulantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən tulantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə əmələ gələn maye tulantıların idarə olunması isə AR Nazirlər Kabinetinin ## ###### xxxx23-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyriyaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in 1 və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, Tələblərin 1-ci bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Həmin Tələblərin 4-cü bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. İş materialarından da göründüyü kimi, baxış zamanı məktəbin ərazisində yerləşən çirkab quyusunun qeyri-hermetik vəziyyətdə olması, normadan artıq dolması və bunun nəticəsində çirkab sularının ətraf əraziyə axması müəyyən edilmişdir. Bu hal yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulduğunu birmənalı şəkildə təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikasının Su Məcələsinin 103-cü maddəsinin 15-ci abzasına əsasən içməli məişət, texniki və tulantı sularının kənara (çölərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması - su qanunvericiliyinin pozulması hesab edilir və bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti yaradır. Həmin normanın davamı olaraq, İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tulantı sularının kənara (çölərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə- fiziki şəxslər yüz manatdan yüz əli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericilikdə inzibati məsuliyyətin yaranması üçün əsas kimi yalnız tullantı sularının təyinatsız axıdılması faktının mövcudluğu nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə həmin fakt baxış aktı, inzibati xəta haqqında protokol, foto və video materialar, eləcə də digər yazılı sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi isə bu sübutların hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirməmiş və onların məcmusundan irəli gələn nəticələri nəzərə almamışdır. Vəzifəli şəxsin inzibati məsuliyyəti məsələsinə gəldikdə isə, İnzibati Xətalar Məcələsinin 17-ci maddəsində təsbit olunmuşdur ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırkı iş üzrə Hüseynova İlahə Şıxəli qızı məktəbin təsərrüfat müdiri vəzifəsində çalışmış, öz vəzifə funksiyalarına uyğun olaraq məktəbin inzibati-təsərrüfat fəaliyyətinin təşkili, maddi-texniki bazasının saxlanılması, sanitar-gigiyenik vəziyyətinə nəzarət edilməsi və kommunal təsərrüfatın idarə olunmasına cavabdeh vəzifəli şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş vəzifə təlimatından da göründüyü kimi, təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) əsas məqsədi məktəbin maddi-texniki bazasının qorunması və inkişaf etdirilməsi, təhlükəsiz, sağlam və sanitar gigiyenik tələblərə cavab verən tədris mühitinin təmin edilməsi, habelə təsərrüfat sahəsinin səmərəli idarə olunmasıdır. Vəzifə təlimatına əsasən təsərrüfat işləri üzrə direktor müavini: - məktəb binasının, kabinetlərin, sinif otaqlarının, idman zalının, yeməkxananın və həyətyanı sahənin təmiz və səliqəli saxlanılmasını təmin edir (3.3-cü bənd); - Məktəbin sanitar-gigiyenik vəziyyətinə daimi nəzarət edir(3.4-cü bənd); - Məktəb binasında cari təmir işlərinin aparılmasını təşkil edir (3.5-ci bənd); - Məktəb binalarının və kommunikasiya sistemlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edir (4.2.1-ci bənd); - Təmir ehtiyaclarını vaxtında müəyyən edir və qabaqlayıcı tədbirlər görür (4.2.3-cü bənd); - Sanitar-gigiyenik rejimin qorunmasını təmin edir (4.3.2-ci bənd). Bununla yanaşı, vəzifə təlimatının 6.3-cü bəndinə əsasən təsərrüfat müdiri aşkar etdiyi nöqsanların aradan qaldırılması məqsədilə operativ tədbirlər görmək, zəruri halarda isə bu barədə məktəb direktoruna rəsmi məlumat vermək hüququna malikdir. Həmçinin 6.4-cü bəndə əsasən məktəbin maddi-texniki bazasının gücləndirilməsi, təmir-təchizat ehtiyacları və kommunal təsərrüfatla bağlı əsaslandırılmış təklif və təqdimatlar hazırlayaraq rəhbərliyə təqdim etmək onun vəzifə səlahiyyətlərinə daxildir. Vəzifə təlimatının 7.1-ci bəndində isə birbaşa müəyyən edilmişdir ki, təsərrüfat müdiri həmin təlimatla nəzərdə tutulmuş funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Bundan əlavə, 7.3-cü bəndə əsasən sanitar-gigiyenik rejimin pozulmasına, təmizlik işlərinin və dezinfeksiya tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsinə görə də bilavasitə təsərrüfat müdiri məsuliyyət daşıyır. Bu səbəbdən birinci instansiya məhkəməsinin təsərrüfat müdiri Hüseynova İlahə Şıxəli qızının baş vermiş hüquq pozuntusuna görə məsuliyyət daşımadığı barədə gəldiyi nəticə həm iş materialarında olan sübutlarla, həm də onun vəzifə təlimatının məzmunu ilə təkzib olunur. Məhkəmənin qərarında məktəb direktorunun yuxarı təhsil orqanına müraciət etməsi əsas gətirilərək təsərrüfat müdirinin məsuliyyətdən azad edilməsi barədə nəticəyə gəlinmişdir. Lakin bu hal özlüyündə təsərrüfat müdirinin qanunvericilik və vəzifə təlimatı ilə üzərinə qoyulmuş vəzifələrin icra edilmədiyini aradan qaldırmır. Çünki maliyyə vəsaitinin ayrılması və ya əsaslı təmir işlərinin təşkili ilə bağlı səlahiyyətlərin digər vəzifəli şəxslərə məxsus olması təsərrüfat müdirini ona həvalə edilmiş nəzarət, məlumatlandırma, qabaqlayıcı tədbirlərin görülməsi və sanitar-gigiyenik vəziyyətin təmin edilməsi üzrə vəzifələrin icrasına görə məsuliyyətdən azad etmir. Əks yanaşma qəbul edilərsə, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxslərin qanunla müəyyən edilmiş məsuliyyət institutu formal xarakter daşıyacaq və İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinin məqsədi faktiki olaraq aradan qalxmış olacaqdır. Vəzifə təlimatına əsasən (7.1.bəndinə əsasən) aşkar olunan nöqsanların aradan qaldırılması barədə zəruri təqdimatlar (əsaslı və cari təmirlər üçün maliyyə sifarişləri hər ilin sonunda-oktyabr ayında növbəti il üçün dövlət büdcəsi formalaşır) vaxtında rəhbərliyə təqdim olunmalıdır (“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx04-cü il ## ### tarixli ** nömrəli qərarı). Lakin vəzifəli şəxs-təsərrüfat müdiri Hüseynova İlahə Şıxəli qızı məsuliyyətsizliyi səbəbindən aşkar olunan nöqsanların aradan qaldırılması üçün vaxtında tədbirlər görməmişdir. Aidiyyətitəhsil sektorunun adına yazılmış məktubun təqdim olunmasına (Salyan təhsil sektoru Ruzigar xanıma) dair heç bir təsdiqedici sübut olmamışdır. Eyni zamanda ünvanladığı məktubun icra vəziyyəti və ya həmin məktuba münasibət barədə (yuxarı orqan qarşısında təmir üçün məsələ qaldırılması) rəsmi məlumat təqdim edilməmişdir. Bütün bunlar əsas verir ki nöqsanların aradan qaldırılmasına təsərrüfat müdiri Hüseynova İlahə Şıxəli qızı məsuliyyətlə yanaşmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kolegiyasının "15" noyabr xxxx05-ci il tarixli 24-* №-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində "29" noyabr xxxx05-ci il tarixdə qeydiyyata alınmış "Bütün sahələr üçün ümumi olan quluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK)"nda Təsərrüfat müdirinin əmək funksiyası aşağıdakı kimi göstərilmişdir: - Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin təsərrüfat-xidməti işlərinə rəhbərlik edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Kiçik xidmət heyətinin işinə rəhbərlik edir. “Təhsil sahəsinə aid olan quluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolegiyasının “xxxx” dekabr xxxx17-ci il tarixli qərarında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən təsərrüfat işləri üzrə məsul şəxsin-müdirin (təsərrüfat işləri üzrə direktor müavini) əmək funksiyası da aşağıdakı kimi müəyyən olunmuşdur: -Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir;- Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir;- Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır;- Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materialarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir. Təsərrüfat işləri üzrə direktor müavini nələri bilməlidir?- təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini; - xidmətçi heyətin əməyindən səmərəli istifadə yolarını; - binanın istismar olunmasının təşkilinin elmi əsaslarını; - əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitargigiyena və yanğından mühafizə norma və qaydalarını. Beləliklə, həm vəzifə təlimatı, həm də yuxarıda qeyd olunan normativ hüquqi aktlar təsdiq edir ki, məktəbin ərazisində sanitar-gigiyenik vəziyyətin təmin edilməsi, kommunal təsərrüfatın saz vəziyyətdə saxlanılması, çirkab quyusunun istismarı zamanı yaranan nöqsanların vaxtında aşkar edilməsi və onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təsərrüfat müdirinin bilavasitə xidməti vəzifələrinə daxildir. Buna görə də birinci instansiya məhkəməsinin Hüseynova İlahə Şıxəli qızının baş vermiş hüquq pozuntusuna görə məsuliyyət daşımadığı barədə gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və tətbiq edilməli olan hüquq normalarına uyğun hesab edilə bilməz. Göründüyü kimi, təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin inzibati-təsərrüfat fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxs olmaqla, yalnız maddi-texniki bazanın qorunmasına deyil, həm də məktəbin ərazisində sanitar-gigiyenik vəziyyətin təmin edilməsinə, kommunal təsərrüfatın saz vəziyyətdə saxlanılmasına, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmasına görə də məsuliyyət daşıyır. Hazırkı iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, məktəbin ərazisində yerləşən çirkab quyusunun normadan artıq dolması, qeyri hermetik vəziyyətdə olması və bunun nəticəsində tulantı sularının ətraf əraziyə axması faktı mövcud olmuşdur. Bu hal baxış aktı, inzibati xəta haqqında protokol, foto və video materialar, habelə iş materialarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qərarında, həmçinin məktəbin ərazisində müşahidə olunan suların yağış suları və ya tulantı suları olmasının dəqiq müəyyən edilmədiyi göstərilərək bu şübhələrin barəsində icraat aparılan şəxsin xeyrinə həl edilməli olduğu qeyd edilmişdir. Lakin iş materialarında olan baxış aktı, inzibati xəta haqqında protokol, foto və video materialar, eləcə də digər yazılı sübutlar məktəbin fəaliyyəti nəticəsində formalaşan çirkab sularının çirkab quyusundan kənara axmasını təsdiq edir. Məhkəmə həmin sübutların etibarsızlığını və ya yolverilməzliyini müəyyən etmədən yalnız ehtimala əsaslanaraq onların sübutedici qüvvəsini aradan qaldırmışdır. Halbuki, qanunvericilik sübutların ehtimalarla deyil, iş materialarında olan faktiki məlumatlarla qiymətləndirilməsini tələb edir. Eyni zamanda, məktəb direktorunun yuxarı orqana müraciət etməsi faktı da Hüseynova İlahə Şıxəli qızının məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin müraciətin mövcudluğu təsərrüfat müdirinin öz vəzifə təlimatı ilə üzərinə qoyulmuş nəzarət, qabaqlayıcı tədbirlərin görülməsi, nöqsanların vaxtında aşkar edilməsi və onların aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi vəzifələrini yerinə yetirdiyini özlüyündə sübut etmir. Bundan başqa, iş materialarında həmin müraciətin aidiyyəti orqanda qeydiyyata alınmasını, baxılmasını, icra olunmasını və ya nəticəsi üzrə hər hansı qərar qəbul edilməsini təsdiq edən mötəbər sübutlar da mövcud deyildir. Bu baxımdan yalnız belə bir məktubun mövcudluğu inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki haları tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün şərh etməmiş və nəticədə işin faktiki halarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 135.1.1-ci maddəsində nəzərdə tutulmuş iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki haların araşdırılmaması, habelə 135.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin gəldiyi nəticələrin işin faktiki halarına uyğun olmaması hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanunla müəyyən edilmiş əsasları təşkil edir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin nümayəndələri Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin nümayəndəsi Nümayəndə izahatında inzibati xəta haqqında protokolu müdafiə edərək Hüseynova İlahə Şıxəli qızı barəsində qanuni qərar qəbul edilməsini xahiş etmiş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, şambonun daşmasının səbəblərindən biri şambonun standartlara uyğun olmayan şəkildə düzəldilməsidir. Lakin nəzarət edən şəxs kimi İlahə Hüseynova il Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə əsasən il ərzində ən azı iki dəfə, şambonun dolma intensivliyinə əsasən daha çox boşaldılmasına nəzarət etməli idi. Daha sonra verilən suala cavab olaraq bildirmişdir ki, həmin ərəfələrdə intensiv yağışların yağması da şambonun tez dolmasına səbəb ola bilərdi, lakin buna baxmayaraq İlahə Hüseynova müvafiq təlimatın tələblərinə uyğun şambonunun dolmasına 35 santimetr qalmış müvafiq tədbirlər görməli idi. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseynova İlahə Şıxəli qızı izahatında bildirmişdir ki, Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri işləyir. Yoxlama zamanı aşkar edilən faktla əlaqədar bildirir ki, məişət tullantılarının toplanması üçün şambonun standartlara uyğun olmaması ilə əlaqədar, eyni zamanda əsaslı təmir olunması ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektoruna məlumat verilmişdir. Bununla əlaqədar baxış keçirilərək qüsur aktı tərtib edilmişdir. İyun ayında əsaslı təmir nəzərdə tutulub. Aşkar olunmuş nöqsan son zamanlar normadan artıq yağan yağışların və kür çayının səviyyəsinin qalxması ilə əlaqədardır. Bundan başqa, iş materiallarında olan ##.##.xxxx26-cı il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Qaraçala kənd tam orta məktəbinin inzibati ərazisində ## ### xxxx26-cı il tarixdə məktəbin fəaliyyətində formalaşan maye tullantıları təyinatsız kənara axıdılmışdır. Nəticədə Hüseynova İlahə Şıxəli qızı tərəfindən AR-nın İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt ****** saylı, ## ### xxxx26-cı il tarixli akt, İlahə Hüseynovanın yazılı izahatı, ərazisindən çəkilən foto ilə təsdiq edilmişdir. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, məktəbin həyətindəki şambodan su daşaraq məktəbin həyətinə yayılmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su X10 Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən tərtib olunmuş ##.##.xxxx26-cı il tarixli, № ****** saylı aktdan görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### xxxx26-cı il tarixli, 3-14-42/2-215/xxxx26 saylı məktubu ilə müşayet olunan Biləsuvar rayon Günəşli kənd sakini X3 Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Şirvan-Salyan regional bölməsinə daxil olmuş, Şirvan-Salyan regional Təhsil İdarəsinə aid olan müəssisələrdə tullantıların düzgün idarə olunması vəziyyətinin yoxlanılması məzmunlu müraciəti * saylı RETSİnin baş məsləhətçi müfəttişi X5 iştirakı ilə yerində araşdırıldı. Araşdırma ilə əlaqədar Salyan rayon Qaracala kənd orta məktəbinin direktoru X2 iştirakı ilə sözügedən məktəbin inzibati ərazisinə baxış keçirildi. Baxış zamanı məktəbin fəaliyyətində formalaşan maye tullantıların inzibati ərazidə inşa edilmiş şamboya axıdılması, şambonun qeyri hermetik olması, həmçinin normadan artıq dolması səbəbindən çirkab suların ətraf əraziyə axması faktı aşkar olundu. Tərəfindən məktəbin direktoru X1 Məcəlləsinin 103-cü maddəsinin Nazirlər Kabinetinin xxxx23-cü il ## ###### tarixli *** saylı Qərarının tələbləri və tərəfindən aşkar olunan fakt inzibati məsuliyyətə səbəb olması izah olundu. İş materiallarında olan Hüseynova İlahə Şıxəli qızının verdiyi izahatdan görünür ki, Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri işləyir. Yoxlama zamanı aşkar edilən faktla əlaqədar bildirir ki, məişət tullantılarının toplanması üçün şambonun standartlara uyğun olmaması ilə əlaqədar, eyni zamanda əsaslı təmir olunması ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektoruna məlumat verilmişdir. Bununla əlaqədar baxış keçirilərək qüsur aktı tərtib edilmişdir. İyun ayında əsaslı təmir nəzərdə tutulub. Aşkar olunmuş nöqsan son zamanlar normadan artıq yağan yağışların və kür çayının səviyyəsinin qalxması ilə əlaqədardır. İş materiallarında olan Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru A.Nağıyeva tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşovaya ünvanladığı ## ###### xxxx25-ci il tarixli məktubdan görünür ki, məktəbin tullantı suları quyulara axıdılır, lakin quyulardan suyun vaxtında daşınması həyata keçirilmir, bununla bağlı köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru A.Nağıyeva tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşovaya yazılmış ## ### xxxx25-ci il tarixli ** nömrəli təqdimatdan görünür ki, məktəbdə kanalizasiya borularının tutulması və digər işlərlə bağlı məktəbin təmirə ehtiyacı var. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, “səlahiyyətli orqanın Hüseynova İlahə Şıxəli qızı tərəfindən vəzifəli şəxs kimi qeyd olunan inzibati xətanın törədilməsində sübut kimi istinad etdiyi hal yalnız məktəbin inzibati ərazsinində çəkilmiş fotoşəkillər və müvafiq təlimata uyğun İlahə Hüseynovanın vəzifəli şəxs kimi təsərrufat işlərinə nəzarət etmək fuksiyasının olmasıdır. Məhkəmə qeyd edir ki, şambonun dolması, bununla bağlı müvafiq fotoşəkillərin olması yalnız hadisənin baş verməsini təsdiq edir. Həmin hadisədə vəzifəli şəxs kimi İlahə Hüseynovanın təqsirli bilinməsi üçün isə inzibati orqan tərəfindən yetərli və əsaslı sübut təqdim edilməmişdir. İş materiallarında olan, səlahiyyətli orqanın özü tərəfindən tərtib olunmuş aktdan da göründüyü kimi məktəbin fəaliyyətində formalaşan maye tullantıların inzibati ərazidə inşa edilmiş şamboya axıdılması, şambonun qeyri hermetik olması, həmçinin normadan artıq dolması səbəbindən çirkab suların ətraf əraziyə axması faktı aşkar olunmuşdur. Yəni tullantı suları nəzərdə tutulduğu kimi şamboya axıdılmışdır, lakin normadan artıq dolmasının səbəbi həmçinin şambonun qeyri-hermetik olmasıdır. Məktəb direktoru tərəfindən yuxarı səlahiyyətli orqana (təhsil sektorunun müdirinə) ünvanlanmış məktubundan göründüyü kimi həmin tullantı sularının şambodan boşaldılması üçün kömək istənilmişdir. Bu halın olması onu göstərir ki, təsərrufat müdirindən də artıq səlahiyyətə malik olan bir şəxs kimi məktəb direktoru şambonun vaxtında boşaldılmasının təmin edilməsi üçün kifayət qədər maddi-texniki “gücə” malik deyildir. Belə olan halda daha aşağı səlahiyyətli bir şəxsin şambonun qeyri-hermetik olması, intensiv yağışların yağması fonunda inzibati məsuliyyətə cəlb edilməsi, barəsində müvafiq protokolun tərtib edilməsi, barəsində inzibati tənbehin tətbiq olunması qanuni və əsaslı olmayacaqdır. Həmin ərəfələrdə intensiv yağışların yağması ilə bağlı məhkəmə qeyd edir ki, hamıya məlum olan bir hal kimi həmin xüsusatın əlavə araşdırmaya, bununla bağlı əlavə sübutların toplanmasına zərurət yoxdur. Səlahiyyətli orqan müvafiq araşrdırma aparan zaman da bu hal mövcud olmuş, lakin həmin xüsusata, şambonun qeyri-hermetik olması və digər xüsusatlara lazımi qiymət verilmədən formal əsaslarla protokol tərtib edilmişdir”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi iş materialları ilə kifayət qədər təsdiq olunur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusundan müəyyən edilir ki, ## ### xxxx26-cı il tarixdə Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin inzibati ərazisində şambonun normadan artıq dolması və qeyri-hermetik vəziyyətdə olması nəticəsində maye tullantıların ətraf əraziyə yayılması faktı mövcud olmuşdur. Həmin hal baxış aktı, fotoşəkillər, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə təsdiq edilir. Lakin inzibati xətanın hadisəsinin mövcudluğu özlüyündə həmin hadisəyə görə konkret şəxsin, o cümlədən Hüseynova İlahə Şıxəli qızının inzibati məsuliyyət daşımasını şərtləndirmir. Bunun üçün həm onun vəzifəli şəxs statusu, həm də məhz ona həvalə edilmiş vəzifələrin icra edilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinin təqsirli şəkildə baş verdiyi mötəbər və kifayət qədər sübutlarla müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə əsasən tullantı sularının ətraf əraziyə axması faktının mövcudluğuna, Hüseynova İlahə Şıxəli qızının təsərrüfat müdiri vəzifəsində çalışmasına və onun vəzifə təlimatında sanitar-gigiyenik vəziyyətə, məktəbin kommunal təsərrüfatına və maddi-texniki bazasına nəzarətlə bağlı vəzifələrin müəyyən edilməsinə istinad edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd olunan hallar İlahə Hüseynovanın məhz İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti kimi təqsirli olmasını avtomatik olaraq təsdiq etmir. Vəzifə təlimatında müəyyən edilmiş ümumi xarakterli təsərrüfat və nəzarət funksiyalarının mövcudluğu ilə konkret hüquq pozuntusunun həmin şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi ilə səbəbli əlaqəsinin olması fərqləndirilməlidir. İş materiallarından göründüyü kimi, şambonun qeyri-hermetik vəziyyətdə olması və normadan artıq dolması onun ətraf əraziyə tullantı sularının yayılmasının əsas amillərindən biri olmuşdur. Bu hal yalnız səlahiyyətli orqanın tərtib etdiyi ## ### xxxx26-cı il tarixli aktda deyil, həmin orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatda da təsdiq edilmişdir. Belə ki, sonuncu şambonun daşmasının səbəblərindən birinin onun standartlara uyğun olmayan şəkildə inşa edilməsi olduğunu bildirmiş, eyni zamanda həmin dövrdə intensiv yağışların yağmasının da şambonun tez dolmasına səbəb ola biləcəyini qəbul etmişdir. Deməli, iş materialları ilə müəyyən edilən faktiki vəziyyət şambonun daşmasının yalnız Hüseynova İlahə Şıxəli qızının hərəkəti və ya hərəkətsizliyi ilə izah olunmasını istisna edir. Əksinə, iş üzrə mövcud sənədlərdən görünür ki, sözügedən problem hadisənin baş verdiyi tarixdən xeyli əvvəl mövcud olmuşdur. Belə ki, məktəbin direktoru tərəfindən ## ### xxxx25-ci il tarixdə məktəbdə kanalizasiya borularının tutulması və digər problemlərlə əlaqədar təmirə ehtiyacın olması barədə təqdimat verilmiş, ## ###### xxxx25-ci il tarixli məktubla isə tullantı sularının quyulara axıdıldığı, lakin həmin quyulardan suyun vaxtında daşınmasının həyata keçirilmədiyi bildirilməklə aidiyyəti təhsil sektorundan köməklik göstərilməsi xahiş edilmişdir. Həmin sənədlər şambon və tullantı sularının idarə olunması ilə bağlı problemin birdən-birə ## ### xxxx26-cı il tarixdə yaranmadığını, daha əvvəl də aidiyyəti rəhbərliyə məlum olduğunu və bununla bağlı müvafiq tədbirlər görülməsi üçün müraciətlər edildiyini göstərir. Belə olan halda, mövcud nöqsanın aradan qaldırılması üçün zəruri maddi-texniki və əsaslı təmir tədbirlərinin görülməsi imkanlarının məhz təsərrüfat müdirinin səlahiyyətləri daxilində olması ayrıca və mötəbər sübutlarla müəyyən edilməlidir. İş materiallarında isə Hüseynova İlahə Şıxəli qızının şambonu əsaslı şəkildə təmir etdirmək, yenidən qurmaq, onun sukeçirməzliyini təmin etmək və ya bu məqsədlə maliyyə vəsaiti ayırmaq barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malik olduğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, apellyasiya şikayətində Hüseynova İlahə Şıxəli qızının vəzifə təlimatına istinad edilməklə onun məktəbin sanitar-gigiyenik vəziyyətinə nəzarət etməli olduğu vurğulansa da, bu müddəaların məzmunundan onun şambonun tikintisi və ya əsaslı təmiri üçün maliyyə vəsaiti ayırmaq, tikinti işlərini təşkil etmək və ya digər aidiyyəti orqanların səlahiyyətində olan tədbirləri özbaşına həyata keçirmək imkanına malik olduğu nəticəsi çıxmır. Əksinə, iş materiallarında məktəb rəhbərliyinin də yuxarı təhsil orqanına müraciət etdiyi və problemin həlli üçün köməklik istədiyi görünür. Bu isə məsələnin yalnız təsərrüfat müdirinin daxili nəzarət vəzifələri ilə həll edilə bilən xarakter daşımadığını göstərən mühüm haldır. Digər tərəfdən, iş üzrə maye tullantıların ətraf əraziyə yayılmasına intensiv yağışların təsir göstərməsi ehtimalı da səlahiyyətli orqanın nümayəndəsi tərəfindən istisna edilməmişdir. Hüseynova İlahə Şıxəli qızı da bu halı izahatında göstərmişdir. Məhkəmə hesab edir ki, burada söhbət yalnız yağışın yağmasının özünün inzibati məsuliyyəti istisna edən hal kimi qəbul edilməsindən getmir. Əsas məsələ ondan ibarətdir ki, iş üzrə müəyyən edilmiş nəticənin konkret olaraq barəsində icraat aparılan şəxsin vəzifə borclarının icra edilməməsinin nəticəsi olması şübhədən kənar və mötəbər sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında nəticənin yaranmasına təsir edə bilən bir neçə obyektiv amilin, o cümlədən şambonun əvvəlcədən mövcud olan qeyri-hermetik vəziyyətinin, normadan artıq dolmasının və yağıntıların təsirinin olduğu görünür. Bundan başqa, apellyasiya şikayətində məktəbin direktorunun yuxarı orqana müraciət etməsinin Hüseynova İlahə Şıxəli qızını məsuliyyətdən azad etmədiyinə istinad olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, doğrudan da, belə müraciətin mövcudluğu avtomatik olaraq şəxsin məsuliyyətdən azad edilməsinə səbəb olmur. Lakin həmin sənədlər iş üzrə başqa sübutlarla birlikdə qiymətləndirildikdə mühüm əhəmiyyət kəsb edir. Çünki direktorun xxxx25-ci ildə verdiyi müraciətlər şambon və kanalizasiya sistemindəki problemin əvvəlcədən mövcud olduğunu, problemin aidiyyəti təhsil orqanının diqqətinə çatdırıldığını və onun aradan qaldırılması üçün daha yüksək səviyyədə tədbirlərin görülməsinin zəruri olduğunu göstərir. Bütün bu hallar isə öz növbəsində Hüseynova İlahə Şıxəli qızının həmin konkret nəticənin qarşısını almaq üçün zəruri və real imkanlara malik olub-olmaması məsələsində şübhə yaradır. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə təqsirin mövcudluğu yalnız şəxsin müəyyən vəzifədə işləməsi və həmin vəzifə ilə əlaqədar ümumi nəzarət funksiyalarının olması əsasında müəyyən edilə bilməz. Vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun xidməti vəzifəsi ilə inzibati xətanın törədilməsi arasında konkret hüquqi və faktiki əlaqə müəyyən olunmalı, hansı vəzifənin hansı qaydada icra edilmədiyi, həmin vəzifənin icrası nəticəsində hüquqazidd nəticənin qarşısının alınmasının real və mümkün olduğu və məhz bu vəzifənin yerinə yetirilməməsi nəticəsində İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan nəticənin yarandığı sübuta yetirilməlidir. Hazırkı işdə isə bu məsələlər üzrə nəticəyə gəlməyə imkan verən kifayət qədər konkret və mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, iş materiallarında mövcud olan sübutlar maye tullantıların kənara yayılması faktını təsdiq etsə də, həmin tullantıların məhz Hüseynova İlahə Şıxəli qızının hərəkətsizliyi nəticəsində və onun üzərinə qoyulmuş konkret vəzifənin icra edilməməsi səbəbindən kənara axdığını tam və şübhəsiz şəkildə müəyyən etməyə imkan vermir. Fotoşəkillər hadisənin nəticəsini, akt və protokol isə aşkar edilmiş vəziyyəti əks etdirir. Lakin bu sübutlar özlüyündə həmin nəticənin səbəbini və konkret şəxsin təqsirini müəyyən etmir. Sübutların hər biri ayrı-ayrılıqda deyil, onların məcmusu əsasında qiymətləndirildikdə də Hüseynova İlahə Şıxəli qızının təqsirinin mövcudluğu barədə qəti nəticə çıxarmaq üçün aradan qaldırılmamış şübhələr qalır. Bu baxımdan, apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda göstərilən xüsusatlarla bağlı şübhələrin İXM-nin 8-ci maddəsinin tələblərinə əsasən Hüseynova İlahə Şıxəli qızının xeyrinə həll edilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Hüseynova İlahə Şıxəli qızının ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət X6 yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### xxxx26-cı il tarixli, 3(5-152)-512/xxxx26 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar