Məhkəmə qərarları › İş №3(3-9)-464/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-464/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-464/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə MÜƏYYƏN ETDI: IŞIN HALLARI Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, DIN Baş Dövlət Yol Polisi Idarəsinin rəisinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarın ləğv edilməsini və avtomobilini qanunsuzcasına çəkən polis nəfəri barədə Daxili Işlər Nazirliyinə xəbərdarlıq məktubunun göndərilməsini xahiş etmişdir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Masalli Rayon Məhkəməsinin ## #### 2026-cl ii tarixil 3(5-145)-993/2026 sayli qərarının ləğv edilməsini, şikayətinin təmin olunaraq Masalli Rayon Polis şöbəsinin Yol patrul xidmətinin R X2Iunun tərtib etdiyi ##.##.2026-ci il tarixli EQ-******** nömrəli inzibati tənbeh vermə haqqinda qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Masallı şəhəri, H.Aslanov küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməməyimə baxmayaraq Masalli Rayon Məhkəməsinin müvafiq qərarında bunun əksi göstərilmişdir. Halbuki, bu reallığı əks etdirmir, çünki o, svetoforun və ya nizamlayıcının icazə verici işarəsi verildikdən sonra hərəkət etməmişdir. Məhkəməyə şikayət verməzdən öncə o, SMS radar proqramı vasitəsi ilə cərimə olunmağını bilmişdir. Guya o, svetoforun qırmızı işığında keçmişdir. Ona göndərilən foto şəkillər başqa avtomobildən vətəndaş tərəfindən çəkilən şəkillərdir. Həmin şəkillər montaj olunmuş şəkildə sistemə yerləşdirilmişdir. Avtomobili arxadan çəkə bilən radar və ya kamera sistemi yoxdur. Müvafiq şəkillər polisdə serjant işləyən şəxs tərəfindən verilmişdir. Çünki həmin şəxs avtomobilində gizlənərək vətəndaşları çəkir. Qarşılığında isə vətəndaşlardan həmin şəkilləri sistemə əlavə etməmək üçün pul alır. Bu faktı məhkəməyə bildirməyinə baxmayaraq məhkəmə şikayətini təmin etməmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə işi obyektiv araşdırmaq əvəzinə ümumiyyətlə araşdırma aparmadan şikayətini təmin etməmişdir. Məhkəmənin yeganə istinad etdiyi videogörüntüdür. Video görüntüyə baxıldıqdan sonra məhkəmə iclasında polislərin iştirakı təmin edilməmişdir. Masallı Rayon Məhkəməsi şikayəti təmin etməmişdir. Eyni tələblə Masallı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı inzibati qərarı ilə vətəndaş X1 şikayəti təmin ediImişdir. Vahid məhkəmə təcrübəsinə baxmayaraq, eyni mahiyyətli işlər üzrə fərqli qərarlar qəbul edilmişdir. Hakim müstəqildir, azad qərar verməlidir, lakin qərarları qanuni olmalıdır. O, inzibati xətanı törətməmişdir, polis tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməyib, video görüntüdə tam şəkildə görsənir ki, o, əks istiqamətdə keçməmişdir. Məhkəmə qanunsuzcasına ondan inzibati xətanı törətməsi barədə sübut istəyir. Şübhələr onun xeyrinə həll olunmadan qarşı tərəfin xeyrinə həll olunmuşdur. Məhkəmə sübutetmə yükünü qarışdıraraq qanunsuz qərar qəbul etmişdir. Qərar qanunsuzdur və ləğv edilməlidir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, şikayətinin təmin olunaraq Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin R X2Iunun tərtib etdiyi ##.##.2026-ci il tarixli EQ-******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətində bildirmişdir ki, o, svetoforun və ya nizamlayıcının icazə verici işarəsi verildikdən sonra herəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan birinci instansiya məhkəməsində təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı “Toyota Prius (Hibrid)” minik markalı, **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Masallı şəhəri, H.Aslanov küçəsində “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi müəyyən edilmişdir. Həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq edilir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən düzgün olaraq IXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmiş, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq səlahiyyətli orqanın qanuni və əsaslı olan qərarının qüvvədə saxlanılması barədə yekun nəticəyə gəlmişdir. Bundan başqa, ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı, **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə görə Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ### 2026-cı il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı, **-UM-*** dövlət qeydiyyat dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarının pozulması öz təsdiqini tapmışdır. Bu səbəbdən də törədilən inzibati xətada onun təqsirinin olmaması ilə bağlı dəlilini formal mülahizəyə əsaslanmış dəlil kimi qəbul edərək onunla razılaşmağı mümkün hesab etmir. Belə ki, “Yol hərəkəti” haqqında Qanunun 36-cı maddəsinin İ bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol nişanlarına tabe olmalıdırlar. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarının pozulması yol hərəkəti haqqında qanunvericiliyin müvafiq tələbini pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Apellyasiya şikayətində inzibati xətanın aşkar edildiyi videogörüntülərin qanunsuz üsullarla əldə edilməsi ilə bağlı məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə görə qeyd edilən inzibati xəta həm bilavasitə, həm də xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilə bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar