Məhkəmə qərarları › İş №3(3-9)-465/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-465/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-465/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 346.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI Mərkəzi Məlumat Xidmətinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarının ləğv edilməsinə dair şikayətinin təmin olunmaması barədə Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI Mərkəzi Məlumat Xidməti tərəfindən ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, barəsində inzibati xəta haqqında ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI Mərkəzi Məlumat Xidmətinin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə “Prospekt” ticarət mərkəzinin qarşısında işıq dirəyinə bərkidilmiş kameradan alınmış görüntülərə əsasən 40 manat cərimə edilmiş və 2 bal yazılmışdır. Sözügedən protokolla razı deyil. Avtomobilin fotoşəkillərinə baxış keçirilsə görünər ki, həmin fotoşəkillər elektron deyil, hansısa şəxs tərəfindən icra edilmişdir. Sözügedən kamera ilə bağlı insanlar kütləvi şəkildə aidiyyəti qurumlara müraciət etmiş və həmin cərimələr ləğv edilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən qanunsuz olaraq işıq dirəyinə müşahidə kamerası quraşdırılmış və onu həmin kamera əsasında cərimə etmişlər. O, həmin cəriməni əsassız sayır. Əgər əsaslıdırsa ona dair qarşı tərəf bir sənəd təqdim etsin ki, həqiqətən də doğrudüzgündür. O bu barədə Masallı Rayon Məhkəməsində işə baxan zamanda bildirmiş və hakim tərəfindən Masallı RPŞ-yə sorğu ünvanlanaraq məhkəmə prosesi iki dəfə təxirə salındı. Lakin verilmiş sorğuya Polis Şöbəsi tərəfindən cavab verilməmişdir. Sorğuya cavab alınması ilə əlaqədar məhkəmə tərəfindən də hər hansı bir addım atılmamışdır. Həmin kamera qanuni deyil, şəxsi kameradır. Həmin kameranın sertifikatı yoxdur. Həmin qərarı tərtib olunması üçün istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınmadığından və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilmədiyindən həmin tarixdə qeyd edilən inzibati xətanın onun tərəfindən törədilməsi faktı təsdiq oluna bilməz. Həmin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınmamışdır. Odur ki, məhkəmə qərarı ləğv olunmalı və inzibati xəta haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edib və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati qərar tərtib etmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:54:36 radələrində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən hadisə yerini və avtomobili özündə əks etdirən kamera vasitəsi ilə çəkilmiş fotoşəkildən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:54:36 radələrində nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və ya durma qaydalarını pozmuş, nəticədə ona istinad edilən IXM-nin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmiş və barəsində 40 manat cərimə tətbiq edilmişdir. Belə ki, IXM-in 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanı törətməsi, inzibati xəta haqqında qərar, foto şəkil, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından qəbul edilməsi yol verilməzdir. Belə ki, məhkəmə ilk növbədə vurğulayır ki, inzibati məsuliyyətin tətbiqi üçün həlledici meyar IXM-in 3-cü maddəsində təsbit edilmiş təqsirlilik prinsipidir. Təqsirlilik faktiki halların sübutların məcmusu əsasında müəyyən edilməsi ilə bağlıdır və bu zaman şəxsin subyektiv izahatları deyil, obyektiv sübutlar üstünlük təşkil edir. Mövcud iş üzrə inzibati xəta haqqında qərar, texniki vasitələrin göstəriciləri və digər yazılı materiallar inzibati xəta hadisəsinin baş verməsini və şikayətçinin həmin xətanı törətməsini ziddiyyətsiz şəkildə təsdiq edir. Şikayətçi tərəfindən bu sübutların etibarlılığını sarsıdan hər hansı alternativ sübut təqdim edilməmişdir. Bu isə “sübutların üstünlüyü” (preponderance of evidence) meyarının inzibati icraatda təmin olunduğunu göstərir. IXM-in 84-cü maddəsinə uyğun olaraq sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır və məhkəmə təqdim edilmiş bütün arqumentləri qəbul etməyə borclu deyil, o, yalnız əsaslandırılmış şəkildə bir mövqeni digərindən üstün tutmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu yanaşmanı tətbiq edərək şikayətçinin şikayətdə göstərdiyi dəlillərini digər obyektiv sübutlarla müqayisədə inandırıcı hesab etməmişdir ki, bu da qanunun tələblərinə tam uyğundur. Nəhayət, məhkəmə vurğulayır ki, IXM-in 53-cü maddəsinin mənasına görə məhkəmə inzibati orqanın qərarını yalnız o halda ləğv edə bilər ki, inzibati xəta hadisəsi və ya şəxsin təqsiri sübuta yetirilməmiş olsun, yaxud yol verilmiş pozuntular qərarın mahiyyətinə təsir edən xarakter daşısın. Mövcud işdə isə həm inzibati xəta hadisəsi, həm də şikayətçinin təqsiri kifayət qədər sübutlarla təsdiq olunur, şikayətdə göstərilən hallar isə bu nəticəni sarsıdan hüquqi qüvvəyə malik deyildir. Sübutların azad qiymətləndirilməsi və hakimlərin daxili inamı prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Foto şəkil obyektiv sübut kimi inzibati xəta faktını birbaşa təsdiq edir və həmin sübutun etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qərar qanuni və əsaslı qəbul edilmişdir. Buna görə də, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar