Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-467/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Sarıxanlı Bələdiyyəsində olan torpaq sahəsində mövcud olan yaşıllıqların uçot və monitorinqi haqqında məlumatları * saylı RETSİ-nə (ETSN) təqdim edilməmiş, Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 8-ci maddəsinin tələbləri pozulmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.1.3-cü maddəsi ilə 06## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan İmişli Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən inzibati xəta tərkibi olmadıqda şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi üzrə inzibati xəta tərkibi, onun inzibati xətanın törədilməsinə aidiyyəti müəyyən edilmir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması” Qaydasının: 1-ci hissəsinin 2-ci bəndinə əsasən bu qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə şamil edilir. 1-ci hissəsinin 5-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. 2-ci hissəsinin 5-ci bəndinə əsasən bu qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Qanunvericilikdə yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr tərəfindən aparıldığı, tərtib olunmuş hesabatlar bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə İmişli rayonu Sarıxanlı Bələdiyyəsində sədrlik vəzifəsini müvəqqəti olaraq icra etməyə başlamış, ##.##.2026-cı il tarixdə öz ərizəsi ilə sədr əvəzi vəzifəsindən azad olunmuşdur. Beləliklə, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlədiyi dövr ərzində uçota alınan yaşıllıqlar barədə məlumatları istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yanvarın 1-nə ümumiləşdirib və tərtib olunmuş hesabatlar fevralın 17 nə kimi təqdim edilə bilərdi. Bununla da, İmişli Rayon Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, maddi və prossesual hüquq normalarını pozaraq işə bir tərəfli yanaşmış, yalnız qarşı tərəfin maraqlarından çıxış etmiş, məhkəməyə təqdim olunmuş maddi sübutları düzgün qiymətləndirməmiş, qanunların təsir dairəsinə, tələb və normalarına aşkar şəkildə əməl etmədiyindən, maddi və prossesual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sarıxanlı Bələdiyyəsində olan torpaq sahəsində mövcud olan yaşıllıqların uçot və monitorinqi haqqında məlumatları * saylı RETSİ-nə (ETSN) təqdim edilməmiş, Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 8-ci maddəsinin tələbləri pozulmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə İdarənin Ətraf Mühitdən İstifadənin tənzimlənməsi və Ekoloji Maariflənmə sektorunun müdiri X3 tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli xidməti məruzədə qeyd edilmişdir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il ## ### tarixli ***-IVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və mülkiyyətlərindəki torpaq sahələrində yaşıllıq olan digər təşkilatlar tərəfindən təqdim olunan məlumatlar əlavə olunur. Eyni zamanda məlumat üçün bildiririk ki, Regional Ədliyyə İdarələrinə məktublar ünvanlansa da, Hacıqabul rayonunda fəaliyyət göstərən Atbulaq-Navahı bələdiyyəsi və Qarasu bələdiyyəsi, Salyan rayonu üzrə Kürqaraqaşlı bələdiyyəsi, Qarabağlı bələdiyyəsi, Xələc bələdiyyəsi və Yolüstü bələdiyyəsi, İmişli rayonu üzrə Bəciravan bələdiyyəsi, Bəhrəmtəpə bələdiyyəsi, Qaralar bələdiyyəsi, Sarıxanlı bələdiyyəsi və Saatlı rayonu üzrə Nərimanov bələdiyyəsi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müvafiq məlumatları təqdim etməmişdir. İş materiallarında olan İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** saylı iclasının protokolundan görünür ki, Sarıxanlı Bələdiyyəsinin sədri X1 azad olunması ərizəsinin nəzərə alınması, Sarıxanlı Bələdiyyəsinin sədrlik vəzifəsinin müvəqqəti olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin ##.##.2026-cı il tarixli ** saylı iclasının protokolundan görünür ki, Sarıxanlı Bələdiyyəsinin sədr əvəzi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədr əvəzi vəzifəsindən azad olunması üçün ərizəsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin ##.##.2026-cı il tarixli ** saylı iclasının protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bələdiyyəyə sədr seçilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, “inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi, habelə inzibati xətanın törədilməsində sonuncunun təqsiri müəyyən edilmir. Belə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materialında olan ## ### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın törədilməsinin başlandığı ##.##.2026-cı il tarixdən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxtadək, yəni ## ### 2026-cı il tarixədək İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin sədri vəzifəsində işləməmişdir. Həmin halı təsdiq edən sənədlər (İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin ##.##.2026-cı il tarixli ** saylı iclas protokolu və ##.##.2026-cı il tarixli ** saylı iclas protokolu) məhkəmə tərəfindən iş materialına əlavə edilmişdir. Beləliklə, işin istinad olunan faktiki halları baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin inzibati xətanın subyekti olması da müəyyən olunmamışdır. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi iş materialları ilə kifayət qədər təsdiq olunur. Belə ki, iş materiallarından, o cümlədən Sarıxanlı Bələdiyyəsinin ## ####### 2025-ci il tarixli ** saylı iclas protokolundan və ## ###### 2026-cı il tarixli ** saylı iclas protokolundan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2025-ci il tarixdən Sarıxanlı Bələdiyyəsinin sədrini müvəqqəti əvəz etmiş, lakin ## ###### 2026-cı il tarixdə öz ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. X10 sədri seçilməsi isə yalnız ## #### 2026-cı il tarixdə baş vermişdir. Bu işin mübahisəsiz halı olmaqla, iş materiallarında olan qeyd olunan sənədlərlə də öz təsdiqini tapır. Bununla yanaşı, apellyasiya şikayətində irəli sürülən “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlədiyi dövr ərzində uçota alınan yaşıllıqlar barədə məlumatları yanvarın 1nə ümumiləşdirərək hesabatları fevralın 17-dək təqdim edə biləcəyi” barədə dəlil özlüyündə onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş təqdimetmə müddətinin 20 fevral olması nəzərə alındıqda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixədək bələdiyyə sədrini müvəqqəti əvəz etməsi faktı hələ həmin müddət ərzində hesabatın təqdim edilməməsinə görə onun şəxsən məsuliyyət daşıdığını təsdiq etmir. Əksinə, qanunvericilikdə müəyyən edilmiş son müddət başa çatdığı vaxt, yəni ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs artıq həmin vəzifəni icra etməmişdir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən həmin yanaşma qanunla müəyyən edilmiş öhdəliyin icra müddəti ilə şəxsin konkret vəzifədə olduğu müddətin qarışdırılmasına əsaslanır. Hesabatın 17 fevrala qədər təqdim edilməsinin mümkün olması ilə həmin hesabatın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilməsinin hüquqi öhdəlik kimi onun üzərinə qoyulması eyni məna daşımır. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun müəyyən müddət ərzində bələdiyyə sədrini əvəz etməsi deyil, inzibati xəta törədilən zaman həmin öhdəliyin konkret olaraq onun üzərinə düşməsi və öhdəliyin onun təqsirli hərəkətsizliyi nəticəsində yerinə yetirilməməsi müəyyən və sübuta yetirilməlidir. Əks yanaşma inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipinə uyğun olmazdı. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Deməli, bələdiyyənin üzərinə qoyulmuş hesabat təqdim etmək öhdəliyinin yerinə yetirilməməsi faktının mövcudluğu avtomatik olaraq həmin dövrdə bələdiyyəyə rəhbərlik etmiş şəxsin inzibati məsuliyyətini yaratmır. Bunun üçün həmin şəxsin konkret hərəkətsizliyi ilə inzibati xəta arasında hüquqi əlaqə, habelə onun təqsiri müəyyən edilməlidir. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə yaşıllıqlar barədə məlumatların təqdim edilməməsi ilə bağlı inzibati xətanın başlanma anı ## ###### 2026-cı il kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də iş üzrə inzibati xətanın həmin tarixdən başladığını və hesabatların təqdim edilməməsi səbəbindən davam etdiyini müəyyən etmişdir. Lakin həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs artıq Sarıxanlı Bələdiyyəsinin sədr əvəzi vəzifəsində olmamış, ## ###### 2026-cı il tarixdə həmin vəzifədən azad edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş bələdiyyənin ## ###### 2026-cı il tarixli ** saylı iclas protokolu ilə təsdiq olunur. Bu halın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, inzibati xəta üzrə məsuliyyət yalnız hüquqazidd nəticənin və ya öhdəliyin yerinə yetirilməməsi faktının mövcudluğu ilə deyil, həmin əməli törədən konkret şəxsin müəyyən edilməsi ilə yaranır. Hazırkı halda isə ## ###### 2026cı il tarixində hesabatların təqdim edilməməsi ilə bağlı öhdəliyin pozulması davam etdiyi halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs artıq həmin bələdiyyənin sədri vəzifəsində olmaması onun sonrakı dövrdə davam edən hərəkətsizliyə görə məsuliyyət daşımasını şərtləndirmir. İş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifədən azad edildikdən sonra bələdiyyənin fəaliyyətinə rəhbərlik etməsi, hesabatların təqdim edilməməsinə dair qərar qəbul etməsi və ya onların təqdim edilməməsini təmin edən hər hansı konkret hərəkət və ya hərəkətsizliyə yol verməsi barədə mötəbər sübut da yoxdur. Halbuki, inzibati xəta haqqında iş üzrə yalnız xətanın baş verməsi deyil, həmin xətanı törədən şəxsin və onun təqsirinin də müəyyən edilməsi zəruridir. İXM-in 75.0.1–75.0.3-cü maddələri də məhz inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin və həmin şəxsin təqsirinin müəyyən edilməsini tələb edir. Bununla yanaşı, apellyasiya şikayətində istinad edilən Qaydanın 2-ci hissəsinin 5-ci bəndinin məzmunundan da görünür ki, hesabatların fevralın 20-dək təqdim edilməsi tələb olunur. Başqa sözlə, qanunvericilikdə hesabatın 20 fevrala qədər təqdim edilməsinin mümkün olması deyil, məhz həmin tarixədək təqdim edilməli olması müəyyən edilmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 17 fevrala qədər vəzifədə olması faktından çıxış edərək onun 20 fevral tarixində və ya həmin tarixdən sonra yaranan hüquqpozuntunun subyekti kimi qəbul edilməsi mümkün deyildir. Əgər hesabat 17 fevraladək təqdim edilə bilərdisə belə, bu hal yalnız hesabatın vaxtından əvvəl təqdim edilməsinin mümkünlüyünü göstərir və həmin şəxsin təqdim etməməyə görə inzibati məsuliyyət daşıdığını avtomatik şəkildə təsdiq etmir. Əksinə, inzibati məsuliyyətin tətbiqi üçün müəyyən edilməli olan əsas məsələ hesabatın təqdim edilməməsi faktının kim tərəfindən və hansı səlahiyyət çərçivəsində törədilməsidir. Bu isə hazırkı iş üzrə sübutlarla təsdiqlənməmişdir. İş materiallarında Sarıxanlı Bələdiyyəsinin yaşıllıqlar barədə məlumatları təqdim etməməsi müəyyən olunsa da, həmin məlumatların təqdim edilməməsinə görə məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyət daşıdığını göstərən ayrıca və mötəbər sübut mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Səlahiyyətli orqan inzibati xəta hadisəsinin mövcudluğunu əsaslandırsa da, həmin hadisənin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olduğunu təsdiq edən konkret və mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin qənaətincə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2025-ci ildən ## ###### 2026-cı ilədək Sarıxanlı Bələdiyyəsinin sədrini müvəqqəti əvəz etməsi və həmin müddətdə hesabatın hazırlanaraq təqdim edilməsinin mümkün olması barədə apellyasiya şikayətinin dəlili onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsas yaratmır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-467/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-467/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver