Məhkəmə qərarları › İş №3(3-9)-468/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-468/2026

11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-468/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə MÜƏYYƏN ETDI: Şikayətin apellyasiya mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. IXM-in 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. IXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Işdə olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarış”dan görünür ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Imişli Rayon Məhkəməsinin sözügedən qərarından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı ##.##.2026-cı il tarixdən başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə poçt orqanı vasitəsilə vermiş və ##.##.2026-cı il tarixdə həmin şikayət apellyasiya məhkəməsinə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən edilmiş 10 gün müddət buraxıldıqdan sonra verilmişdir. Eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən icraata qəbul edilməməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar