Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-469/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs X1 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X4 iştirakı ilə X1 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X1 Sistemlərinin İstismarı İdarəsinin rəisi Atakişi Babayev tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Elmir İsmayılov) X1 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi tərəfindən X1 Sistemlərinin İstismarı İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından X1 Sistemlərinin İstismarı İdarəsinin rəisi Atakişi Babayev apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və X1 Sistemlərinin İstismarı İdarəsinin əməllərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmiş pozuntuların mövcudluğu göstərilmiş və həmin hallara əsaslanaraq İdarənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə məsuliyyət daşıdığı nəticəsinə gəlinmişdir. Lakin qərarın məzmunundan görünür ki, məhkəmə inzibati orqanın təqdim etdiyi sənədlərlə kifayətlənmiş, müdafiə tərəfinin arqumentlərini ayrıca hüquqi baxımdan qiymətləndirməmiş və qəbul etdiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. İnzibati icraat zamanı məhkəmənin əsas vəzifəsi iş üzrə bütün halları tam, obyektiv və hərtərəfli araşdırmaqdan ibarətdir. Lakin hazırkı iş üzrə məhkəmə yalnız inzibati orqan tərəfindən təqdim olunmuş akt və protokola istinad etməklə kifayətlənmişdir. Beləliklə, məhkəmənin gəldiyinəticə iş üzrə sübutların hərtərəfli qiymətləndirilməsinə deyil, inzibati orqanın mövqeyinin təkrarlanmasına əsaslanmışdır. İş materiallarında olan yoxlama aktından görünür ki, müəssisənin nümayəndəsinin izahatı, iradı və etirazı üçün ayrılmış hissə boş saxlanılmışdır. Bundan əlavə, nümayəndəyə hüquq və vəzifələrinin izah olunması barədə aktda hər hansı qeyd yoxdur. Bu hallar inzibati icraat zamanı müdafiə hüququnun tam təmin edilməməsi ehtimalını yaratsa da, məhkəmə həmin prosessual məsələləri araşdırmamış və qərarında onlara münasibət bildirməmişdir. Məhkəmə əsas sübut kimi yalnız FHN tərəfindən tərtib edilmiş aktı qəbul etmişdir. Halbuki həmin akt inzibati orqan tərəfindən tərtib edilmiş sənəd olmaqla yanaşı, onun məzmunu digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə aktda göstərilən halların hansı sübutlarla təsdiq edildiyini, müdafiə tərəfinin arqumentlərinin nə üçün qəbul edilmədiyini qərarda göstərməmişdir. İdarə tərəfindən təhlükə potensiallı obyektin qeydiyyata alınması ilə bağlı zəruri tədbirlər görülmüşdür. Lakin qeydiyyat və bununla əlaqədar xidmətlərin həyata keçirilməsi dövlət satınalmaları proseduru vasitəsilə mümkün olduğundan, həmin proses müəyyən vaxt tələb etmişdir. Məhkəmə bu halın obyektiv səbəb olub-olmadığını araşdırmamış, gecikməni avtomatik olaraq hüquqi şəxsin təqsiri kimi qiymətləndirmişdir. Məhkəmə hüquqi şəxs barəsində 5000 manat inzibati cərimə tətbiq etsə də, qərarda məhz həmin məbləğin seçilməsinin hüquqi əsasları kifayət qədər göstərilməmişdir. Qərarda cəzanın fərdiləşdirilməsi, hüquqi şəxsin davranışı, pozuntunun xarakteri və digər əhəmiyyətli hallar üzrə ətraflı hüquqi qiymətləndirmə aparılmamışdır. Göründüyü kimi qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2025-ci il tarixli, 159№-li qərarına əsasən kran manipulyator təhlükə potensiallı obyektlərin siyasma əlavə edilməmişdir. Qərara əsasən qülləli kranlar və vışkalar təhlükə potensiallı obyektlər hesab edilmişdir. Birinci insatnsiya məhkəməsi işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış və iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və X1 Sistemlərinin İstismarı İdarəsinin əməllərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs X1 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin əməkdaşları tərəfindən X1 Sistemləri İstismarı İdarəsində ##.##.2026-ci il tarixində yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı aşkar edilmiş digər pozuntularla yanaşı, müəssisədə istismar olunan 1 (bir) ədəd kran maniplyatorun təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Buna görə də X1 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikası İXM-in 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin etibarnamə üzrə nümayəndəsi, böyük məsləhətçi böyük müfəttiş X3 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin əməkdaşları tərəfindən X1 Sistemləri İstismarı İdarəsində ##.##.2026-ci il tarixində yoxlama aparılmışdır. Araşdırma zamanı 3 ədəd yanacaqsaxlama çəninin təhlükəsizlik sertifikatının vaxtının bitməsi, 1 ədəd avtomobil kran və 1 ədəd kran manipulyatorun sonrakı istismarının icazəsi olmadığı və 1 ədəd kran manipulyatorun təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Buna görə də X1 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, etibarnamə üzrə nümayəndəsi, nümayəndə2 protokolu müdafiə edərək, X1 Sistemlərinin İstismarı İdarəsi barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X1 Sistemlərinin İstismarı İdarəsinin etibarnamə üzrə nümayəndəsi nümayəndə3 inzibati xəta haqqında protokolda qeyd edilən halları təsdiq edərək izahatında göstərmişdir ki, müntəzəm olaraq idarə tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilir. Lakin yaranmış vaxt məhdudiyyəti və qeydiyyat prosesi ləngiməyə səbəb olmuşdur ki, bu da inzibati xətanın törədilməsi ilə nəticələnmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X1 Sistemlərinin İstismarı İdarəsi barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və DağX2 Agentliyinin əməkdaşları tərəfindən X1 Sistemləri İstismarı İdarəsində ##.##.2026-ci il tarixində yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı aşkar edilmiş digər pozuntularla yanaşı, müəssisədə istismar olunan bir (1) ədəd kran manipulyatorun təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Nəticədə təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə X1 Sistemləri İstismarı İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. **/*** nömrəli, ## ### 2026-cı il tarixli yoxlama aktından müəyyən olunur ki, X1 Sistemlərinin İstismarı İdarəsində yoxlama zamanı aşağıdakı qayda pozuntuları aşkar edilmişdir:
1. Müəssisədə istismar olunan 1 ədəd avtomobil kran və 1 ədəd kran manipulyatorun sonrakı istismara yararlı olmasını təyin etmək üçün aləti yoxlama kimyəvi analiz üsulu ilə aparılmamışdır. Bununla da “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar qaydaları”nın 278-ci bəndinin tələbi pozulmuşdur.
2. Kranla işləyən 1 nəfər əməkdaş attestasiyadan keçirilməmişdir, vəsiqəsi yoxdur. Bununla da “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar qaydaları”nın 313-cü bəndinin tələbi pozulmuşdur.
3. Müəssisədə istismar olunan yanacaqsaxlama çənləri olan ərazidə çalışan 1 nəfər operatorun biliyinin artırılması və yoxlanılaraq attestasiyadan keçirilməsi aparılmamışdır. Bununla da Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin tələbi pozulmuşdur.
4. Yanacaqsaxlama çənləri saxlanılan ərazidə quraşdırılmış ildırımötürücü qurğunun vəziyyəti yoxlanılmamış və müqaviməti ölçülməmişdir. Bununla da “xxxx”nın 8.22-ci bəndinin tələbi pozulmuşdur.
5. Müəssisədə istismar olunan 3 ədəd yanacaqsaxlama çənləri müvafiq standarta, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından sertifikatlaşdırılmamışdır. Bununla da “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə qaydaları”nın 2.1-ci bəndinin tələbi pozulmuşdur.
6. Müəssisədə baş verə biləcək qəzaların qarşısının alınması və baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planı tərtib olunmamışdır. Bununla da Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbi pozulmuşdur.
7. Müəssisədə istismar olunan 1 ədəd kran manipulyator təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bununla da “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydaların”nın 1.6-cı bəndinin tələbi pozulmuşdur.
8. Müəssisənin texniki təhlükəsizlik bəyannaməsi yoxdur. Bununla da “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, X1 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Respublikası İXM-in 276- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İXM-in 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq “Təhlükə potensiallı obyektlərin siyahısı’nın 3-cü bəndinə əsasən sözügedən kran manipulyator təhlükə potensiallıdır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının 1.6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi tərəfindən X1 Sistemlərinin İstismarı İdarəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, X1 Sistemlərinin İstismarı İdarəsi Aparılmış yoxlama zamanı aşkar edilmiş digər pozuntularla yanaşı, müəssisədə istismar olunan bir (1) ədəd kran maniplyatorun təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Bu fakt **/*** nömrəli, ## ### 2026-cı il tarixli yoxlama aktı ilə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin etirafı ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən X1 Sistemlərinin İstismarı İdarəsinə təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 276-1-ci maddəsinin sanksiyasına əsasən təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş inzibati cərimə tənbehi törədilmiş inzibati xətanın xarakterinə, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə tam adekvat olmuşdur. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, X1 Sistemlərinin İstismarı İdarəsinə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X1 Sistemlərinin İstismarı İdarəsinin rəisi Atakişi Babayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.