Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-470/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 182600,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ## #### 2024-cü il tarixində ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 182600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının Inzibati icraat və məhkəmə işləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında rotocol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 182600,00 (bir yüz səksən iki min altı yüz) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 36520,00 (otuz altı min beş yüz iyirmi) ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 şikayət verərək, Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 şikayətini onunla əsaslandırmışdır ki, Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, işə iştirakları olmadan baxılmaqla hüquq və mənafelərinə zidd olan qərar qəbul edilmişdir. Halbuki, həmin mallar bizdən asılı olmayan səbəblərə görə gecikdirilsə də, sonda ölkəyə idxal olunmuşdur. Belə ki, işin faktiki hallarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Türkiyə Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” şirkətinin hesabına ##.##.2024-cü il tarixdə müqavilə üzrə pul göndərilmişdir. Həmin müqaviləyə əsasən icraçı müqavilədə müəyyən edilmiş müddətə buxar qazanı və s. Avadanlıqların Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınma işlərinin yerinə yetirilməsi, sifarişçi isə həmin avadanlıqların qəbul etməsini və icraçıya bu müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşlər. Bundan sonra tərəflər arasında ticarət münasibətləri davamlı şəkildə həyata keçirilmişdir. Ödəniş üçün banka verilən sənədlərin əlavəsində gömrük bəyannaməsinin surəti, yükün daşınması ilə əlaqədar lojistik firmasının CMR-i, yük göndərən firmanın “Invoice”i, maşında olan yüklərin çeşidləri barədə listəsi, malın mənşə şəhadətnaməsi əlavə edilmişdir. Bütün bu əlavə edilmiş sənədlərdə malın gəlməsi ilə əlaqədar məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar tam, hərətərəfli və obyektiv araşdırmamış, gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamış və nəticədə tamamilə əsassız və qanunsuz qərar qəbul etmişdir. Ona görə də həmin qanunsuz, əsassız protokol və qərar ləğv edilməli, inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyrihüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol üzrə AR IXMnin 430.4-cü maddəsinin dizpozisiyasında göstərilənlər formal olaraq mövcud olsa da, yəni faktiki cəhətdən qısa gömrük bəyannaməsi gec təqdim edilsə də, MMC-nin bununla bağlı hər hansı təqsiri müəyyən olunmamaqdadır. Belə ki, IXM-nin tələblərinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Lakin hazırki iş üzrə AR IXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulmasında MMC-nin vəzifəli şəxslərinin təqsirli olması və bunun da nəticəsində hüquqi şəxsin hər hansı bir xeyrinin olması və yaxud maraqlarının qorunması təsdiq edilmir. Odur ki, MMC barəsində tərtib olunmuş protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirin olmaması əsası ilə xitam verilməsi qənaətinə gəlinir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, toplanmış materialı nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməlidir. Belə ki, ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 182600,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ## #### 2024-cü il tarixində ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 182600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixində “Istanbullu Mühəndislik və Dış Ticaret Limited Şirketi”nin müvafiq hesabına qabaqcadan 182600,00 (bir yüz səksən iki min altı yüz) ABŞ dolları məbləğində ödəniş edilmişdir. Birinci inatansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının Inzibati icraat və məhkəmə işləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokolla, ##.##.2024-cü il tarixli ödəniş tapşırığı və “xxxx” ASC tərəfindən Protokolu tərtib edən orqan ünvanlanan ##.##.2026-cı il tarixli, KB-***/*-***/**** nömrəli məktubla sübuta yetirilir. Məhkəmə şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən bütün halların tam və hərtərəfli araşdırılmaması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati xəta hadisəsi olmaması səbəbindən təqsirinin sübuta yetirilməməsi kimi məsələlər mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayətində barəsində tənbeh tətbiri tətbiq edilmiş şəxsin göstərdiyi dəlillər, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş vermiş inzibati xəta üzrə təqsirinin olmamasından ibarət xüsusat sonuncunun inzibati məsuliyyətdən yayınmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməsi işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir. Lakin apellyasiya şikayəti üzrə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 məhkəməyə ##.##.2026-cı il tarixli yazılı müraciət etmiş və müraciətində bildirmişdir ki, 01261000081280 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə müvafiq mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ##.##.2024-cü il tarixli 182600.00 ABŞ dollar məbləğindəki avans ödənişinin həyata keçirildiyi müqavilə çərçivəsində ölkəyə idxal olunmuşdur. Bu səbəbdən də, həmin bəyannamə üzrə ölkəyə idxal olunmuş malların avans ödənişi çərçivəsində nəzərə alınması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Bununla yanaşı, qeyd olunmuş bəyannamənin məhkəmə tərəfindən nəzərə alındığı halda, (182600.00 – 143800.00=38800.00 ABŞ dollar) qalıq məbləğə münasibətdə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş 01261000081280 sorğu nömrəsi yük gömrük bəyannaməsindən görünür ki, ##.##.2024-cü il tarixli 182600.00 ABŞ dollar məbləğindəki avans ödənişinin həyata keçirildiyi müqavilə çərçivəsində 143800.00 ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki qeyd edilən faktiki hal, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas verir. Qeyd edilən və iş materialında olan işin faktiki hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin 182600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallarından 143800.00 ABŞ dolları məbləğində malları ölkəyə idxal olunmuşdur. Ona görə də yerdə qalan 38800.00 ABŞ dollar qalıq məbləğə münasibətdə cərimə tənbeh növü tətbiq edilməlidir. Yəni, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın obyekti olmuş valyuta vəsiaiti 38800.00 ABŞ dollar məbləğinin 20 faizi miqdarında, yəni 7.760.00 (yeddi min yeddi yüz altmış) ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə tətbiq edilməsi məqsədə uyğun və hüquqi baxımdan əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. IXM-in 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli və “xxxx" MMC-nin təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın obyekti olmuş valyuta vəsiaiti 38800.00 ABŞ dollar məbləğinin 20 faizi miqdarında, yəni 7.760.00 (yeddi min yeddi yüz altımış) ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 134-137ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Hüquqi şəxs “xxxx" MMC-nin təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 38800.00 ABŞ dollar məbləğinin 20 faizi miqdarında, yəni 7.760.00 (yeddi min yeddi yüz altmış) ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilsin. Qərarın icrası Laçın Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-470/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-470/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver