Məhkəmə qərarları › İş №3(3-9)-472/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-472/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-472/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi “xxxx” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Səməd Əliyev) ilə ## ######## 2001-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. IŞIN HALLARI Cəlilabad rayon Icra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə görə tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-dək iki azyaşlı uşaqları ilə ünsiyyət hüququ təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı icra sənədinin tələblərini pozmuş, uşaqları yenidən atasına təhvil verməkdən boyun qaçırmış, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işə baxan Cəlilabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə görə, tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi cavabdeh ilə el adəti ilə toy edib ailə həyatı qurmuş, nikahlarını isə ##.##.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından və nikahdan əvvəlki dövrdə yetkinlik yaşına çatmayan övladları — ##.##.2020-ci il təvəllüdlü X2 (6 yaş) və ##.##.2022-ci il təvəllüdlü X5 (4 yaş) doğulmuşdur. Hazırda hər iki uşaq faktiki olaraq cavabdeh Zərərçəkmiş şəxs yanında, Cəlilabad rayonu, Albalan kəndində yaşayır. Cavabdeh tərəf ərizəçinin öz doğma övladları ilə görüşməyinə, zəngləşməyinə və hər hansı formada ünsiyyət saxlamağına tamamilə mane olur, uşaqları ondan təcrid edir. Yaşadıqları ərazilərin (Zopun və Albalan kəndlərinin) yaxın olmasına baxmayaraq, cavabdehin bu cür aqressiv maneçiliyi heç bir qanuni əsasa söykənmir. Övladlarının yaşı çox azdır, onların psixoloji, emosional və fiziki inkişaf dövründə ana nəvazişinə, ana istisinə və ana qayğısına çox ciddi, qaçılmaz təbii və bioloji tələbatları vardır. Həm Afaqın, həm də kiçik yaşlı Mirhəsənin bu dövrdə ana qayğısından tamamilə məhrum edilməsi və uzun müddət ondan ayrı saxlanılması onların psixikasına bərpa edilməz zərbə vurur, valideynuşaq bağlarının qırılmasına və uşaqların ona qarşı yadlaşmasına səbəb olur. X2 və X5 ilə ərizəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında hər həftənin cümə günü saat 18:00-dan bazar günü saat 18:00-dək atalarının iştirakı olmadan onda qalmaqla müvəqqəti ünsiyyət vaxtı müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X5 ilə ünsiyyət saxlamaq hüququnun təmin edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin uşaqlarla görüş vaxtının hər həftənin şənbə günü saat 11:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) müəyyən edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ## #### 2026-cı il müəyyən edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Cəlilabad rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixində, həftənin şənbə günü saat 10:30-da o, Cəlilabad rayon Icra və Probasiya şöbəsinin icra məmuru Nigar Abbasovanın tələbi əsasında övladları ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X5 Icra və probasiya şöbəsinə gətirmiş və Akt əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad rayon Icra və Probasiya şöbəsində ##.##.2026-cı il tarixli Iltizam yazaraq, uşaqları ondan təhvil götürdüyünü və həmin gün saat 18:00-da ona təhvil verəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz öhdəliyini yetirməyərək, nə ##.##.2026-cı il tarixində, nə də ki, sabahısı günü uşaqları gətirməmiş və birdəfəlik yoxa çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, o, anasının və dayılarının köməkliyi ilə uşaqları Bakıya qaçırtmışdır və o gündən bəri bir daha uşaqlarını görə bilmir və onlardan məlumat ala bilmir. Bununla bağlı Cəlilabad rayon Icra və Probasiya şöbəsinin icra məmuru Nigar Abbasova ##.##.2026-cı il tarixli Akt tərtib etmişdir və eyni zamanda ##.##.2001-ci təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsindıə axtarış edilməsi barədə qərar qəbul edərək, Cəlilabad RPŞ-yə göndərmişdir. 13 günlük axtarışdan sonra Cəlilabad RPŞ-nin əməliyyat qrupu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs taparaq Cəlilabad rayon Icra və Probasiya şöbəsinə təhvil verdilər. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqları özü ilə gətirməmiş və onların anasının yanında qaldığını bəhanə edərək gizlətmişdir. Cəlilabad rayon Icra və Probasiya şöbəsinin icra məmuru X3 Nərgiz Azər qızı barəsində IXM-in 528.1-ci maddəsinilə Inzibati xəta haqqında protokol tərtib edərək, barəsində inzibati cəza verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə vermişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Hazırkı iş üzrə əsas həlledici hal isə tərəflərin birgə nikahından olan uşaqlarının yekun məhkəmə aktına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yanında saxlanılmasının qət edilməsidir. Müvəqqəti təminat tədbiri barədə qərardadın və eyni mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının hüquqi nəticələrinin müqayisəli təhlili göstərir ki, həmin aktlar hüquqi təbiətinə, məqsədinə və məhkəmə araşdırmasının predmetinə görə bir-birindən prinsipial şəkildə fərqlənir. Belə olan halda uşaqların analarının yanında olması qanuni əsaslarla baş verdiyindən hər hansı digər akt üzrə bu hal qanunun pozulması anlamına gələ bilməz. Icra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur”. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanunsuz və əsasızdır, ona görə də ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı icra sənədində nəzərdə tutulmuş tələbləri, yəni həftənin şənbə günü saat 11-də uşaqları ondan təhvil alıb, bazar günü ona təhvil verməsi barədə öhdəliyini və həmçinin özünün əllə yazdığı iltizamnaməyə əməl etmədiyi halda, beləliklə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirmədiyi halda, onun əməlində Inzibati Xətalar məcəlləsinin 528-ci maddəsinin tərkibi olduğu halda Cəlilabad rayon Məhkəməsi əsassız olaraq icrata xitam vermişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsbildirmişdir ki, özünün problemləri ilə əlaqədar özü könüllü olaraq övladlarını müvəqqəti olaraq qaynatasına zəng edərək atalarının yanına göndərmişdir. Bir müddət övladları ondan kənarda qaldığından uşaqları ilə görüşü hüquqi əsaslarla əldə etmək üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Hazırki icra vərəqəsinə əsasən uşaqlarını ##.##.2026-cı il tarixdə təhvil aldıqdan sonra uşaqları ondan ayrı qalmaq istəmədiklərindən uşaqları atasına verməyi düşünmür. Məhkəmə qətnaməsinə əsasən uşaqlar onun yanında qalmalı olduğundan qanunun tələbini pozduğunu düşünmür. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məqsədi müvəqqəti ünsiyyət adı ilə uşaqları ondan götürüb qaytarmamaq olmuşdur və məhkəmənin icra sənədini icra etməyəcəyini məhkəədə bildirmişdir. Belə olduğu halda onun barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməsi qanuni sayıla bilməz və məhkəmədə burada subyektivliyə yol vermişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə görə, tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi “xxxx” Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Cəlilabad Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. IXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Işdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli uşaqları Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə Cəlilabad rayon Icra və Probasiya şöbəsində sağlam şəkildə təhvil almış və qərardadda qeyd edilən tarixdə təhvil verəcəyi barədə iltizama imza etmiş və bu barədə müvafiq Akt tərtib edilmişdir. ##.##.2026-cı il tarixdə borclunun məlumatı əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki azyaşlı övladını ataları Zərərçəkmiş şəxs qaytarmadığından yenidən müvafiq Akt tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin şərtlərini pozduğu üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikahlarından doğulmuş ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin sonradan özünün problemləri ilə əlaqədar özü könüllü olaraq övladlarını müvəqqəti olaraq qaynatasına zəng edərək atalarının yanına göndərmişdir. Bir müddət övladları ondan kənarda qaldığından uşaqları ilə görüşü hüquqi əsaslarla əldə etmək üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Hazırki icra vərəqəsinə əsasən uşaqlarını ##.##.2026-cı il tarixdə təhvil aldıqdan sonra uşaqları ondan ayrı qalmaq istəmədiklərindən uşaqları atasına verməyi düşünmür. Məhkəmə qətnaməsinə əsasən uşaqlar onun yanında qalmalı olduğundan qanunun tələbini pozduğunu düşünmür. Qeyd olunanlar nəzərə alınaraq, barəsində aparılan inzibati xəta üzrə işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, iki azyaşlı övladı vardır və uşaqları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü onun yanına göndərmişdir. Sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların onun himayəsinə verilməsini xahiş etmiş, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, hazırda isə Şirvan Apellyasiya Məhkəməsinin icraatında baxılır. Uşaqların anası ilə görüşməsinə mane olmaq istəmir, lakin hesab edir ki, uşaqlar ona qaytarılmalıdır. O, azyaşlı uşaqlarının mənafeyini nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı ##.##.2026-cı il icra sənədinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X5 ilə ünsiyyət saxlamaq hüququ təmin edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin uşaqlarla görüş vaxtı hər həftənin şənbə günü saat 11:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) müəyyən edilmişdir. - “Icraata başlama haqqında” ##.##.2026-ci il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı ##.##.2026-cı il icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Zərərçəkmiş şəxs ünvanına göndərilmişdir; - Cəlilabad Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikahlarından doğulmuş ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yanında qalmaları qət edilmişdir; Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, obyektiv və hərtərəfli nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmənin qənaətinə görə, qeyd olunan hallar borclu tərəfindən icra sənədinin icrasından qərəzli yayınma və ya boyun qaçırma niyyətinin mövcud olmadığını göstərir. IXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. IXM-in 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi üçün icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi zəruridir. Işin halları ilə müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların ananın himayəsində saxlanılmışdır. Bundan sonra uşaqlar ataları ilə ünsiyyətdə olması üçün təhvil verildikdən sonra analarına geri qaytarılmamışdır. Daha sonra isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü müvəqqəti təminat tədbirinə dair ərizə ilə müraciət etmiş və 1 ay müddətində qüvvədə olan qərardad əsasında onun ünsiyyət hüququ müəyyən edilmiş və həmin qərardad da icra edilməmişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenidən müraciət edərək ünsiyyət hüququnun müəyyən olunmasını xahiş etmiş və hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş müvəqqəti təminat tədbirinə dair qərardad qəbul edilmişdir. Göründüyü kimi, uşaqlar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində olmasına baxmayaraq, Mirmüşviq Qasmovun qanunsuz olaraq onları özündə saxlamasına davam etmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqlar onun himayəsində olmasına baxmayaraq, yanlış hüquqi üsulla hüquqlarını həyata keçirmək və uşaqları ünsiyyətdə olmaq üçün ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə qərardad qəbul edərkən bunlara diqqət etməmiş, ananın öz himayəsində olan uşaqları ilə ünsiyyətinə dair qaydalar müəyyən etmişdir. Nəticədə isə ana hüquqlarını həyata keçirərkən öz üzərinə heç bir əsas olmadan yeni vəzifələr götürmək məcburiyyətində qalmışdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, hazırda uşaqların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində olmasının qanuni hüquqi əsası – qanuni qüvvəsini almış qətnamə mövcuddur. Əksinə, Zərərçəkmiş şəxs tələbləri üzrə qəbul edilmiş məhkəmə qətnaməsi isə qanuni qüvvəsini almamışdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarını qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya məhkməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlib, inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-in 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin şikayət üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, apellyasiya məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar