Məhkəmə qərarları › İş №3(3-9)-474/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-474/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-474/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmasına dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “xxxx” MMM-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan məhkəməyə daxil olmuş 26-1-2-2-**6-000*-* qeydiyyat nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında Qərardan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (FIN: *******) - ##.##.196*-cü ildə Göyçay rayonu, Mallışıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, sərəncamverici direktor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası IXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan məhkəməyə “xxxx” MMM-nin nümayəndəsi X1 tərəfindən şikayət daxil olmuşdur. Iş materiallarında olan mübahisələndirilən Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından görünür ki, məhz vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. Mübahisəsləndirilən qərardan verilən şikayətdən isə görünür ki, apellyasiya qaydaslnda şikayət barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən deyil, “xxxx” MMM-nin nümayəndəsi X1 tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti bilavasitə inzibati məsuliyyətə cəlb edilmiş şəxs tərəfindən deyil, şikayət vermək hüququ olmayan şəxs tərəfindən təqdim edilmişdir. Bu faktı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış ##.##.2026cı il tarixli müraciətindən də görmək olar. Belə ki, həmin müraciətdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, apellyasiya qaydasında şikayət vermək hüququ olan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müraciətində Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından narazı qalmadığını və həmin qərardan şikayət vermədiyini bildirmişdir. Bu da ona əsas verir ki, apellyasiya qaydasında şikayət şikayət vermək hüququ olmayan şəxs tərəfindən təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Belə ki, IXM-də birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən şikayət imzalanmadıqda və ya hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Ancaq IXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, IXM-in 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verilməsinin yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. CPM-in 387-ci maddəsində apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblər göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. CPM-in 391.5-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Hazırkı vəziyyətdə IXM-də prosessual norma olmadığı üçün Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edirəm ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. CPM-in 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Inzibаti Хətаlаr Məcəlləsinin 132.1.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud оlub-оlmаmаsı ilə bаğlı məsələ həll edilir. Ona görə hesab edirəm ki, yuxarıda qeyd edilənlərə əsasən şikayətin apellyasiya icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən IXM-in 132.1.2, 133, 13* və 136-cı maddələrini rəhbər tutub Q Ə R A R A A L D İ M: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “xxxx” MMM-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət üzrə inzibati işin icraata qəbul edilməsindən imtina edilsin. Inzibati xəta haqqında işin materialları Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar