Məhkəmə qərarları › İş №3(3-9)-475/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-475/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-475/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, səlahiyyətli orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakı ilə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilımişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Alıyev) şikayət təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ### 2026-cı il tarixli qərar ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə əsasən xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halı ondan ibarətdir ki, idarə əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Şirvan - Salyan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsindən keçən hissəsində yolun mühafizə zolağında qazılmış xəndəkə bərk tullantıların atılması faktı aşkar edilmişdir. Aparılan araşdırma zamanı həmin xəndəyə bitki mühafizə vasitələrin satışı üzrə (Aqro Aptek) obyektdə əmələ gələn tullantılarında atılması müəyyən edilmişdir. Bu fakt aparılan videogörüntüyə alınmış və həmin obyektin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən də təsdiq edilmişdir. Bundan əlavə “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-ci il tarixli 46 N° li arayışda əraziyə urna qoyulduğu, lakin dəfələrlə həmin şəxsə xəbərdarlıq olunsa da, tullantıların umadan kənar atılması təkrarlandığı göstərilmişdir. Digər tərəfdən Qərardan şikayət verən orqan (şəxs) e-taxes.qov.az rəsmi vergi internet saytından əldə olunmuş məlumata əsasən aktiv vergi ödəyicisi olduğu (VÖEN **********) və eyoxlama.gov.az rəsmi dövlət saytından əldə olunmuş məlumata əsasən həmin obyektə aid olduğu müəyyən edilmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, idarə tərəfindən prosessual qaydalara riayət olunmuşdur. Lakin Salyan rayon Məhkəməsi işə birtərəfli yanaşmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, yalnız şikayətçinin ifadələrini qəbul etmiş və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlar Salyan rayon Məhkəməsinin ##.##.2026-cü il, *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı materialda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən AR IXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən AR IXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tabeliyində olan “Aqro-Aptek” mağazasının yaxınlığında yerləşən xəndəyə onun tərəfindən tullantıların atılmasını və bunun nəticəsində “Tullantılar haqqında” Azərbaycan Respublikasının tələblərini pozması öz təsdiqini tapmır. Məhkəmə bu hala AR IXM-in 8-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2026-cı il tarixində saat 10:45-də obyektiv tullantıların urna yerləşdirilmədən urnadan kənarda yol kənarında olan xəndəyə atılması faktı aşkar olunmuş və “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələbləri ##.##.1992-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən AR IXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmiş və onun barəsində törətdiyi inzibati xətaya görə 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir . Apellyasiya şikayətinə əlavə edilmiş obyektiv tullantıların urna yerləşdirilmədən urnadan kənarda yol kənarında olan xəndəyə atılması faktını əks etdirən video görüntüsünü əks etdirən diskə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) tabeliyində olan “Aqro-Aptek” mağazasının yaxınlığında yerləşən xəndəyə onun tərəfindən tullantıların atılmasını etiraf edir. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Qərardan şikayət verən orqan (şəxs) törətdiyi əməli inkar etməsi subyektiv yanaşma kimi, cərimədən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, videogörüntü, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı, barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etirafı ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən onun tabeliyində olan “Aqro-Aptek” mağazasının yaxınlığında yerləşən xəndəyə tullantılar atılmışdır. Barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut apellyasiya məhkəməsinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə fotoçəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun fotoçəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarəti həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “Ətraf mühitin mühafizəsi haqqında” və “Tullantılar haqqında” qanunda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda ətraf mühitə zərər vuran halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı foto-çəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş və videoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və videoçəkilişlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilənlər Qərardan şikayət verən orqan (şəxs) tərəfindən onun tabeliyində olan “Aqro-Aptek” mağazasının yaxınlığında yerləşən xəndəyə tullantıların atılmasını təsdiq edir ki, inzibati orqan da haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələblərinin pozulması və onun tərəfindən AR IXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gələrək və törətdiyi inzibati xətaya görə 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, IXM-in 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanununun: 1-ci maddəsində qeyd olunan Əsas anlayışlar: Tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət; Tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; 11-ci maddəsinə əsasən, Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. 12-ci maddəsinə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə hesab edir ki, həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, inzibati orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. IXM-in 134.1. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 135.1. Inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Qeyd olunan əsasda IXMnin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar