Məhkəmə qərarları › İş №3(3-9)-476/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-476/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-476/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, tələbkar zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından tələbkar zərərçəkmiş şəxs2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə ##.##.1997-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Qaraçala qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-2230 saylı, ##.##.2025-ci il tarixli, 8İ-6554 saylı və ##.##.2026-cı il tarixli, 8İ-1905 saylı, ##.##.2026-cı il tarixli, 8İ-8359 saylı icra sənədlərinin icrasından yayınmışdır. Bu səbəbdən də, Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından tələbkar zərərçəkmiş şəxs2 ASC apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh tədbirinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır tənbeh növü olan həbslə əvəz edilməklə ağırlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Regional “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, 8İ-2230 saylı, ##.##.2025-ci il tarixli, 8İ-6554 saylı, ##.##.2026-cı il tarixli, 8İ-1905 saylı və ##.##.2026-cı il tarixli, 8İ-8359 saylı icra sənədləri üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədlərindəki tələbləri icra məmuru tərəfindən müəyyən olunmuş müddətlərdə üzrsüz səbəbdən icra etməməsi faktı ilə bağlı Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, 2487339 №li protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Salyan Regional “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, 8İ-6554 saylı və ##.##.2026-cı il tarixli, 8İ-1905 saylı icra sənədlərinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq olaraq 1812.57 manat və 517.5 manat pul vəsaiti tutulmalı və bankın xeyrinə ödənilməlidir. İcra sənədləri icra olunması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və şöbənin icra məmuru Coşqun İsmayılov tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlarla borclunun barəsində 10 günlük könülü icra müddəti müəyyən edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələb üzrlü səbəblər olmadan, heç bir həcmdə icra edilməmişdir. Qeyd olunan faktla bağlı icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında tərtib edilmiş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcra işinin materiaları ilə müəyyən olunur ki, borclu icraata başlama haqqında qərarlar və tələbin könülü icrası barədə bildirişlərlə lazımi qaydada məlumatlandırılmış, bununla belə icra sənədlərini heç bir həcmdə icra etməmişdir. Göründüyü kimi, borclunun inzibati məsuliyyətə cəlb edilməsinə əsas onun “hüquqi şəxslərə borc tələbi” növündə icra sənədlərini icrasız saxlaması olmuşdur. Belə olduqda həmin şəxsin əlavə pul tənbehi tətbiq edilməklə islah olunması ehtimalı inzibati cərimə tənbehinin məqsədlərinə uyğun deyil. İşin yuxarıda göstərilən faktiki haları aydınlaşdırılmadığı üçün gəlinən yekun nəticə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbehin tətbiqinin daha məqsədəmüvafiq olması qənaətinə yalnız formal mülahizələr əsasında gəlmiş, bu zaman tənbehin fərdi xarakter daşıması və şəxsin qanunlara hörmət ruhunda tərbiyələndirilməsi məqsədini ifadə etməsi nəzərə alınmamışdır. Belə olduğu təqdirdə məhkəmənin gəldiyi nəticə işin yuxarıda göstərilən faktiki halarına uyğun olmamışdır. Qanunun 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran halar nəzərə alınır. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək icra sənədlərini icra etməməsinin səbəbi kimi hər hansı üzrlü səbəbə istinad edə bilməmişdir. Beləcə, borclunun əmlak vəziyyəti, onun şəxsiyyətini xarakterizə edən halar, habelə onun təqsirinin dərəcəsi nəzərə alındıqda tətbiq edilən tənbeh növü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin islah olunmasına deyil, onun pul tələbi növündə borclu olduğu icra sənədlərinin sayının artmasına səbəb olacaqdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər iki icra sənədi üzrə tələbin icrasından boyun qaçırması və səlahiyyətli orqan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq belə hərəkətlərini davam etdirməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilməmiş, bununla da tətbiq edilmiş tənbeh AR İXM-in 33-cü maddəsinin tələblərinə uyğun olmamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı tələbkar zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbçi olduğunu, işlədiyi müddətdə ödənişləri tam və vaxtında yerinə yetirdiyini, işdən çıxdıqdan sonra ödəniş etmək imkanının olmadığını, bir aya yaxın müddətdir ki yeni işə düzəldiyini və əmək haqqının 1300 manat olduğunu, bu ay zərərçəkmiş şəxs2 ASC-yə 200 manat ödəniş etdiyini, həbs olunmağının yeni işini itirməsinə səbəb ola biləcəyini və bunun nəticəsində ödəniş etməsinin mümkün olmayacağını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və ədalətli nəticəyə gəldiyini göstərib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdiyi halların da nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli, 8İ **** nömrəli icra qeydindən görünür ki, “xxxx” ASC-nin xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3 ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12837.95 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12862.95 manat pul tutulmalıdır. İş materiallarından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icra olunması barədə bildiriş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli, 8İ **** nömrəli icra qeydindən görünür ki, zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AL/*****/**/* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1758.07 manat, 29.50 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1812.57 manat pul tutulmalıdır. İş materiallarından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icra olunması barədə bildiriş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2026-cı il tarixli, 8İ **** nömrəli icra qeydindən görünür ki, zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs DK/*****/**/* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 452.50 manat, 40 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 517.50 manat pul tutulmalıdır. İş materiallarından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icra olunması barədə bildiriş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2026-cı il tarixli, 8İ **** nömrəli icra qeydindən görünür ki, zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ************* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 490 manat, 230 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 745 manat pul tutulmalıdır. İş materiallarından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icra olunması barədə bildiriş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-2230 saylı, ##.##.2025-ci il tarixli, 8İ-6554 saylı və ##.##.2026-cı il tarixli, 8İ-1905 saylı, ##.##.2026-cı il tarixli, 8İ-8359 saylı icra sənədlərində göstərilən tələbləri icra etməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs2 ASC-yə 200 AZN ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixindən “xxxx” MMC-də əmək fəaliyyətinə başlamışdır. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü, həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldığı müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb, məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin Məcəllənin 75- 76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, məhkəmə də onu həmin maddə ilə təqsirli bilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, tələbkar zərərçəkmiş şəxs2 ASC-nin apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin mübahisələndirilməsini nəzərə alıb aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasına əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təyin edilmiş inzibati tənbeh ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş materialları və apellyasiya baxışı zamanı müəyyən edilmiş hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini zəruri etmir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, o, zərərçəkmiş şəxs2 ASC qarşısında olan öhdəliyinin icrası istiqamətində 200 manat məbləğində ödəniş etmişdir. Həmçinin əmək müqaviləsinin surətinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixindən etibarən “xxxx” MMC-də əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya baxışı zamanı verdiyi izahatdan da müəyyən olunur ki, əvvəlki iş yerindən ayrıldıqdan sonra müəyyən müddət gəlir əldə etmədiyindən ödənişləri davam etdirmək imkanından məhrum olmuş, lakin yeni iş yerində əmək fəaliyyətinə başladıqdan sonra yenidən borc öhdəliklərinin icrası istiqamətində tədbirlər görməyə başlamışdır və borcu üzrə ödənişlər etməyə davam edəcəkdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı davranışına və maddi vəziyyətinə qiymət verilərkən nəzərə alınmalıdır. Xüsusilə onun yeni əmək fəaliyyətinə başlaması, müəyyən məbləğdə ödəniş etməsi və bundan sonra gəlir əldə etməklə borc öhdəliklərini yerinə yetirmək niyyətində olması daha ağır tənbeh növü olan inzibati həbsin tətbiqini zəruri edən müstəsna halların mövcud olmadığını göstərir. Əksinə, belə bir şəraitdə inzibati həbsin tətbiqi onun əmək fəaliyyətinin davam etdirilməsinə mane olmaqla, sabit gəlir əldə etmək imkanını məhdudlaşdıra və nəticə etibarilə icra sənədləri üzrə öhdəliklərin yerinə yetirilməsini daha da çətinləşdirə bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinən şəxsə cərimə növündə inzibati tənbeh təyin edilməsi işin faktiki hallarına, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. İXM-nin 30.1ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Lakin məhkəmənin qənaətincə, hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Tələbkar zərərçəkmiş şəxs2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar