Məhkəmə qərarları › İş №3(3-9)-477/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-477/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-477/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Dövlət Su X12 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Rüstəm Alıyev) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI Azərbaycan Dövlət Su X12 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X8 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Salyan rayon Sarvan kəndi ərazisində MK-14 kollektorunun damba və bermasının zədələməklə boru yerləşdirilməsi faktı aşkar olunmuş və Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin 11-12-ci bənlərinin tələblərinin tələbləri pozulmuşdur. Azərbaycan Dövlət Su X12 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 rəisi, X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərarını ləğv etməklə, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X9 xidməti * saylı X3 Bölməsindən Salyan Rayon Məhkəməsinə daxil olmuş MN № ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati xəta protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Salyan rayon Sarvan kəndi ərazisində MK-14 kollektorunun damba və bermasını zədələməklə boru yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də onun barəsində protokol tərtib etməyə səlahiyyəti olmayan şəxs Azərbaycan Respublikası İXM-in 264.0.2-cü maddəsi ilə təqsirlənməyi barədə protokol tərtib edərək işi məhkəməyə vermişdir. Həqiqətən o, dəfələrlə suyun verilməsi ilə bağlı sözü gedən idarəyə, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X9 xidməti * saylı Şirvan-X5 müraciətlər etmişdir. Ona suyun verilməsinin təmin olunacağı bildirilmişdir. Həqiqətən o, Salyan rayon Sarvan kəndi ərazsində MK-14 kollektorunun damba və bermasını zədələməmiş və heç bir boru və kollektora zədə vurmamışdır. Əgər tərəfindən MK-14 kollektorunun damba və bermasının zədələmə faktı olardısa, bunu ekspertiza yolu ilə müəyyən etmək olardı. O, heç bir boru və kollektora ziyan vurmamışdır. O, zədələmə ilə bağlı ekspertiza təyin edilməsini istəyir. Çünki bu hal müəyyən edilməlidir. Ekspertiza keçirilsə müəyyən olunar ki, o, heç bir damba və bermaya ziyan vurmamış və zədələməmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib edilmiş, ona həmin protokolun surəti verilməmiş və onun hüquq və vəzifələri izah edilməmiş, ona vəsatət və etirazlar vermək hüquqları təmin olunmamışdır. İnzibati xəta tərtib edən orqan heç bir araşdırma aparmadan qanunvericiliyin tələbini pozmuş, faktı formal olaraq aşkar etsə də heç bir inzibati araşdırma aparmamış, nəticədə barəsində 15 gündən sonra inzibati xəta haqqında qanunsuz və əsassız olaraq protokol tərtib etmişdir. Onun əməlində inzibati xəta tərkibi olmasını saləhiyyətli orqan müəyyən etsə də, onun hansı zərərin vurulmasını, bunu protokolda qeyd etməyib və zərərin vurulması ilə bağlı heç bir mütəxəssis və ekspert rəyini iş materiallarına əlavə etməyibdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarını ləğv etməklə, iş üzrə icraata xitam verilməsi barədə qərar cıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Dövlət Su X12 Suların İstifadəsinə və X9 Xidməti * saylı Şirvan-X6 nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsinə görə su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in: 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan ****** nömrəli, ##.##.2026-cı il tarixli aktdan görünür ki, Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X5 X2 Sistemləri İstismarı idarəsi tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubun icrası ilə əlaqədar Salyan rayonu Sarvan kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Salyan rayon Sarvan kəndindən keçən MK-14 kollektoruna baxış keçirilmişdir. Baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əkin sahəsini suvarmaq üçün qeyd olunan kollektora paralel istiqamətdə yerləşən şirin su kanalından su götürmək məqsədilə su təsərrüfatı obyekti olan kollektorun üzərinə dəmir boru və su mühafizə zonasına aid olan hər iki sahilin mühafizə zonasına müdaxilə edərək, xəndək qazılmış və metal boru yerləşdirildiyi müəyyən edilmişdir. Bu barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq izahatı alınmış və şəxs qeyd olunan qanun pozuntusunu bilməyərəkdən törətdiyini bildirmişdir. ##.##.2026-cı il tarixli Azərbaycan Dövlət Su X12 Suların İstifadəsinə və X9 Xidmətinin * saylı Şirvan-X6 rəisi, X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvanlanmış izahatdan görünür ki, Salyan rayonu Sarvan kəndində yerləşən özünə məxsus torpaq sahəsində pambıq əkmiş və həmin sahənin suvarılması məqsədilə öz vəsaiti hesabına 2026-cı ilin may ayından həmin ərazinin yaxınlığından keçən kollektordan dəmir boru vasitəsilə suvarma xətti çəkmişdir. Ona bunun qanun pozuntusu olduğu ətraflı izah olunmuş və bu kimi hallara yenidən yol verməyəcəyini izahatında qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və iş üzrə toplanmış sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş, işin faktiki hallarına uyğun olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Salyan rayon Sarvan kəndi ərazisində MK-14 kollektorunun damba və bermasını zədələməklə boru yerləşdirilməsi sonuncunun İnzibati Xətalar Məcəlləsinin 264.0.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən dəlillər əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üçün iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər üçün yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar