Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-478/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) Xəlilova (Mehdiyeva) Gülər Azər qızı, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDI: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə ##.##.1978-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI Inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- ***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 1408 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəmir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Xəlilova (Mehdiyeva) Gülər Azər qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1408 manat aliment borcunu mənə ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Nəticədə Salyan rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tərətməkdə təqsirli bilinərək, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. O Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunan cərimə cəzası ilə razı deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə cəzasını vermək yerinə uşağının aliment pulunu ödətdirmək olardı. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə cəzası verərək onu aliment borcunu ödəməkdən yayındırır. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünkü günə 1408 manat borcu vardır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs verilməsini, ya da ki aliment borcunun bütövlükdə ödənilməsini istəyir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs (tələbkar) Xəlilova (Mehdiyeva) Gülər Azər qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çxıış edib onun təmin olunmasını məhkmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, qalan 1408 manat aliment borcundan 670 manatının ödənildiyini və ödəniş qəbzlərini məhkəməyə təqdim edərək nəzərə alınıb şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, zərərçəkmiş şəxs tətbiq edilmiş inzibati tənbehin növünü mübahisələndirir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Salyan Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli, 2(057)- ***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ## ###### 2008-ci ildə anadan olmuş Nihad adlı uşağın yaşın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Salyan Rayon Icra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icra olunması barədə bildiriş Salyan rayon Icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ##.##.2019-cu il tarixdə qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2019-cü il tarixdə tərəfindən imza edilməklə qəbul edilmişdir. ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu, ##.##.1978-ci il təvəllüdlü, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan rayon Icra və Probasiya Şöbəsində verdiyi ##.##.2026-cı il tarixli izahatının surətindən görünür ki, onun bu günə ödənilməmiş 1408 manat aliment borcu yaranmışdır. O, 4 ay 20 gündür ki, heç bir yerdə işləmir. Hazırda borcunu ödəyə bilmir. Aliment borcundan 1 həftə ərzində 400 manat ödəyə bilər. Birinci instansiya məhkəməsinin qərarını əsaslandıraraq göstərmişdir ki, borclunun hazırda aliment öhdəliyini tam həcmdə yerinə yetirə bilməməsi onun işsiz qalması nəticəsində maddi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşması ilə şərtlənmişdir. Iş materiallarında borclunun gəlirlərini qəsdən gizlətməsi, əmək qabiliyyətli olduğu halda işləməkdən bilərəkdən yayınması və ya məhkəmə qərarının icrasından qərəzli şəkildə boyun qaçırması müəyyən edilməmişdir. Belə olan halda, aliment borcunun yaranması yalnız obyektiv iqtisadi səbəblərlə əlaqədar olduğundan bu hal borcluya münasibətdə ən sərt inzibati tənbeh növü olan inzibati həbsin tətbiqi üçün kifayət qədər əsas hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə aliment öhdəliyinin davam etmə müddətini də əhəmiyyətli hüquqi meyar kimi qiymətləndirir. Belə ki, aliment ödənilməsi nəzərdə tutulan uşağın 2026-cı ilin avqust ayında 18 yaşı tamam olur və qanuna əsasən həmin tarixdən borclunun aliment ödəmək öhdəliyi başa çatacaqdır. Deməli, hazırkı vəziyyətdə aliment öhdəliyinin davam etmə müddəti cəmi bir ay təşkil edir. Məhkəmənin qənaətinə görə, cəmi bir ay müddətində qüvvədə qalacaq aliment öhdəliyinə görə borclu barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş ən sərt inzibati tənbeh növü olan inzibati həbsin tətbiqi proporsionallıq və zərurət prinsiplərinə uyğun hesab edilə bilməz. Əksinə, borclunun inzibati qaydada həbs edilməsi onun yeni əmək münasibətlərinə daxil olmaq, gəlir əldə etmək və bununla da mövcud aliment borcunu ödəmək imkanlarını daha da məhdudlaşdıracaq, nəticə etibarilə icra sənədinin faktiki icrasına deyil, əksinə, onun icrasının çətinləşməsinə səbəb olacaqdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan və məhkəməyə təqdim edilən sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. IXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və əmlak vəziyyətini nəzərə alaraq cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Həmçinim, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs 670 manat aliment borcunu ödəməsini də nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuna müvafiqdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinən şəxsə cərimə növündə inzibati tənbeh təyin edilməsi işin faktiki hallarına, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. IXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Lakin məhkəmənin qənaətincə, hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-478/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-478/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver