Məhkəmə qərarları › İş №3(3-9)-479/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-479/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-479/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ######## 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim Rüstəm Alıyev) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Mercedes Benz 190 D minik“ markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ26361223 və EQ******** saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar DİN Baş Dövlət Yol Polisi tərəfindən ##.##.2025-ci il tarixli, İXP 7289044 və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarını ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, barəsində tərtib olunmuş İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokoldan xəbərdar olmamışdır. Bu səbəbdən həmin protokolun tərtib olunmasına əsas olan inzibati xəta ilə bağlı DYP tərəfindən məlumatlandırmaya əməl edilməmişdir. Hazırda həmin inzbati xəta ilə bağlı bütün cərimələr tərəfindən ödənilmişdir. Lakin Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərar əsaslı, qanuni və onun iştirakı təmin edilmədən qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarını ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışında barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Mercedes Benz 190 D minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2025ci il tarixdə saat 07:14 radələrində idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərar ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə cərimə vaxtında ödənilmədiyi üçün 240 manat dəbbə hesablanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Mercedes Benz 190 D minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2025-ci il tarixdə saat 07:14 radələrində idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərar ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə cərimə vaxtında ödənilmədiyi üçün 240 manat dəbbə hesabalanmışdır. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə DİN-in BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 1280 manatdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı törətməsinin işdə olan sənədlərlə tam təsdiq edildiyini qeyd edib sonuncunun İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529.3-cü maddəsində isə qanuni qüvvəyə minmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın 3 ay müddətində icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq cərimələri ödədiyinə görə İXM-in 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilmiş və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitəsinin idarə etməsi kimi qiymətləndirilməsinə dair qərar apellyasiya məhkəməsi tərəfindən ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə olan halda isə aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan sonra törətdiyi inzibati xətalar zamanı sürücülük hüququ olmayan şəxs kimi tənbeh edilə bilməzdi. Onun həmin qaydada yüksək məbləğdə cərimə edilməsi də nəticə etibarilə cərimələrin ödənilməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mümkünsüz etmiş və nəticə etibarilə yenidən bu cərimələri ödəməməyə görə sürücülük hüququ təkrarən məhdudlaşdırılmışdır. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə səthi qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın obyekti dedikdə onun zərər yetirdiyi ictimai münasibətlər başa düşülür. İnzibati xəta obyektiv cəhətdən hərəkət və ya hərəkətsizlikdə ifadə olunur. Şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə yol verdiyi əməllər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulduğu hallarda inzibati xəta hesab olunur. İnzibati xəta subyektiv cəhətdən təqsirin qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, inzibati xəta tərkibinin bütün əlamətləri, o cümlədən inzibati xətanın obyektinə və obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə aid bütün əlamətlər olduqda şəxs inzibati xətanı törətmiş hesab edilə və buna görə inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Ramil Xudiyevin Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı bir mötəbər sübutun mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar