Məhkəmə qərarları › İş №3(3-9)-480/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-480/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-480/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “Xəyal” İstirahət Mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Lerik Rayon Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X1 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı protokolun və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından vəkil Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının araşdırmanın davam etdirilməsi üçün müvafiq araşdırma orqanına qaytarılması qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, vəkil Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının ## #### 2019-cu il tarixli “17-N” nömrəli qərarının: 1.2-ci bəndinə əsasən İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır. 2.5-1-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış ola, habelə elektron kabinetləri vasitəsilə isə özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. 2.11-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin çatdırılması bu Məcəllənin 51-1-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin: 51-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək imkanlarını təmin edən elektron kabinet yaradılır. 51-1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 51-1.5-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. 51-1.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. İş materiallarında olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən” Çıxarışdan görünür ki, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarından görünür ki, vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə Lerik Rayon Məhkəməsinə daxil olmuşdur. Bu halda həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin hesablanmasına qərarın elektron kabinetə yerləşdirildiyi gündən sonrakı gün, yəni ## #### 2026-cı il tarixdən başlanılmalıdır. Beləliklə, qanunla müəyyən edilmiş şikayət vermə müddətinin son günü ## #### 2026-cı il olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, vəkil Vəkil tərəfindən apellyasiya şikayəti yalnız ## #### 2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətin başa çatdıqdan sonra Lerik Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət ## #### 2026-cı il tarixdə başa çatmış, apellyasiya şikayəti isə həmin müddət ötürüldükdən sonra – ## #### 2026-cı il tarixdə verilmişdir. Bu baxımdan, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətə riayət edilməklə verilmiş hesab edilə bilməz. Bununla belə, vəkil Vəkil məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. İnzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən Qərarının tələblərini nəzərə alaraq, bu hissədə də cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarının qanunun analogiyası üzrə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən və müddətin bərpası haqqında vəsatət verilmədiyindən, vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Bununla belə, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir və əgər müddət bərpa edilərsə, onun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxıla bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Vəkil buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar