Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-482/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2 maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Ləman Mehrəliyeva) ilə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş vəsatət təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İŞİN HALLARI Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin əsasla xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi R Rəşid Piriyev vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işlə bağlı bildiriş və məhkəmə qərarı Baş Dövlət Yol Polisi İdarəsinə göndərildiyi üçün həmin İdarədən də məlumat və qərar vaxtında çatmadığı üçün prosessual hüquqlarından istifadə edə bilməmişlər. Bu səbəbdən Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Cəlilabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərardadından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**-**** nömrəli qərardadının ləğv edilməsini və Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**-**** nömrəli qərarından verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləgv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad qanunsuz və əsassızdır. Məhkəmə qərardadında göstərmişdir ki, müddətin buraxılmasının üzrlü səbəbləri sübuta yetirilməmişdir. Lakin məhkəmə işin faktiki hallarını tam araşdırmamış, təqdim olunmuş izahatları obyektiv qiymətləndirməmiş və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş üzrə məhkəmə bildirişləri və qərarın surəti Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İş üzrə cavabdeh olan orqan isə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsidir. Nəticədə qərarın aidiyyəti üzrə göndərilməsi, daxili qaydada daxil olması və icraçı struktur bölməyə təqdim edilməsi müəyyən vaxt tələb etmiş, bunun nəticəsində apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsi obyektiv olaraq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi isə qərarın Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisí ldarəsinə faktiki hansı tarixdə daxil olmasını araşdırmamış, sənəd dövriyyəsinə dair əlavə sübutların təqdim olunmasını təklif etməmiş, iş üçün əhəmiyyətli halları tam müəyyən etmədən vəsatəti rədd etmişdir. Prosessual müddətin bərpası institutunun məqsədi tərəfin iradəsindən asılı olmayan səbəblər nəticəsində itirilmiş prosessual hüququnun bərpasından ibarətdir. Məhkəmə isə təqdim olunmuş izahatları formal qiymətləndirərək işin mahiyyətini araşdırmadan vəsatəti rədd etmişdir. Beləliklə, Cəlilabad Rayon Məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrinin düzgün tətbiqini təmin etməmiş, iş üzrə bütün mühüm halları araşdırmadan nəticəyə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı inzibati xəta haqqında qərarın aidiyyəti şəxsə və ya orqana rəsmi qaydada təqdim edildiyi (bildirildiyi) andan başlanır. Bu baxımdan, qərarın “Azdoc” informasiya sistemi vasitəsilə göndərilməsi müddətin başlanma anını müəyyən edən hüquqi fakt kimi çıxış etmir. Müddətin axımının başlanması yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi təqdimetmə və ya bildirişin həyata keçirildiyi tarixlə bağlıdır. Beləliklə, müddətin hesablanması zamanı yalnız rəsmi təqdim etmə tarixi hüquqi əhəmiyyət daşıyır və elektron sistem vasitəsilə daxili dövriyyə məqsədilə göndərilmə müddətin başlanmasına əsas vermir. Bundan əlavə, dövlət orqanları tərəfindən qəbul edilən prosessual qərarlardan şikayət verilməsi müəyyən daxili prosedurların, aidiyyəti struktur bölmələrinin rəylərinin alınmasını və səlahiyyətli vəzifəli şəxslər tərəfindən təsdiqlənməsini tələb edir. Bu prosedurların həyata keçirilməsi zamanı yaranmış obyektiv gecikmələr Bakı şəhər BPİ DYPİnin iradəsindən asılı olmayan hallar kimi qiymətləndirilməli və müddətin bərpası məsələsi həll edilərkən nəzərə alınmalıdır. Eyni zamanda, verilmiş şikayətin mahiyyəti üzrə baxılmasından imtina edilməsi işə mahiyyəti üzrə məhkəmə nəzarətinin həyata keçirilməsini məhdudlaşdırır və tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun tam təmin edilməsinə xidmət etmir. Prosessual normalar formalizm məqsədi daşımamalı, hüquqların səmərəli müdafiəsinə xidmət etməlidir. Bu səbəbden, prosessual müddətin buraxılması üzrlü hesab edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə uyğun olaraq buraxılmış müddət bərpa edilməli və verilmiş şikayət mahiyyəti üzrə icraata qəbul edilərək baxılmalıdır. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə vəsatəti təmin edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci və 127-4.1- ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin konstitusion təminat yalnız formal mənada məhkəməyə müraciət etmək hüququnu deyil, eyni zamanda məhkəmə qərarlarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək imkanını da əhatə edir. Prosessual müddətlər hüquqi müəyyənlik prinsipinə xidmət etsə də, həmin müddətlər şəxsin müdafiə hüququnun mahiyyətini aradan qaldıracaq şəkildə tətbiq edilə bilməz. Buna görə də prosessual müddətin bərpası institutu məhz şəxsin iradəsindən asılı olmayan səbəblərdən müdafiə hüququnu həyata keçirə bilmədiyi hallarda ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsinə yönəlmiş prosessual təminatdır. Prosessual müddətlərin hesablanmasının başlanğıcı məhkəmə aktının qəbul edildiyi tarixlə deyil, həmin aktın qanunla müəyyən edilmiş qaydada proses iştirakçısının nəzərinə çatdırıldığı və ya onun bu aktla tanış olmaq üçün real imkan əldə etdiyi anla bağlıdır. Əks yanaşma şəxsin bilmədiyi və ya bilməsinin obyektiv olaraq mümkün olmadığı məhkəmə aktından şikayət vermək vəzifəsinin onun üzərinə qoyulması ilə nəticələnər ki, bu da hüquqi dövlət və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. İş materiallarından görünür ki, məhkəmə qərarının Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə hansı tarixdə göndərildiyini və ya təqdim edildiyini təsdiq edən sənədlər mövcud deyildir. Bu işdə həlledici məsələ prosessual müddətin başlanğıc anıdır. İXM-in 130.1-ci maddəsi şikayət vermə üçün on günlük müddətin axımını qərarın qəbul edildiyi tarixlə və ya onun hər hansı elektron resursda yerləşdirilməsi ilə deyil, məhz qərarın surətinin həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtla əlaqələndirir. Deməli, rəsmi qaydada vermə baş tutmadıqda, şikayət müddətinin axımı üçün qanunla tələb olunan başlanğıc nöqtəsi ümumiyyətlə yaranmır. İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə sənədlər — o cümlədən qərarlar və qərardadlar — icraat iştirakçılarına hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin normaya görə sifarişli poçt göndərişi çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalamasını tələb edən göndərişdir. Hüquqi şəxslərə münasibətdə isə İXM-in 57.2-ci maddəsi daha konkret tələb müəyyən edir: hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Beləliklə, qanunverici hüquqi şəxsə çatdırmanın həm üsulunu, həm də onun yeganə sübutunu — imzalanmış qəbzi və ya kötüyü — imperativ qaydada müəyyənləşdirmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli qərarı səlahiyyətli orqana ümumiyyətlə göndərməmişdir. Bu hal onu göstərir ki, qərarın hüquqi şəxsə çatdırılmaması hər hansı obyektiv maneə ilə deyil, çatdırma öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır. İş materiallarında hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən İXM-in 57.2ci maddəsində tələb olunan qəbzin və ya sənədin kötüyünün imzalanmasına dair hər hansı sənəd mövcud deyildir. Prosesin bir tərəfinə — inzibati xəta haqqında iş üzrə ittiham mövqeyini müdafiə edən səlahiyyətli orqana — məhkəmə aktının çatdırılmaması özlüyündə tərəflərin prosessual bərabərliyi tələbi ilə uzlaşmır. İXM-in 7.1-ci maddəsi qanun qarşısında bərabərlik prinsipini təsbit edir, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin III hissəsi isə hakimlərin işlərə tərəflərin hüquq bərabərliyi əsasında baxmasını tələb edir. Qeyd etmək lazımdır ki, İXMin 59.1-ci maddəsi sənədin rəsmi qaydada verilmiş hesab edilməsini yalnız ünvan sahibinin onu qəbul etməkdən imtina etdiyi halla bağlayır. Baxılan işdə isə hüquqi şəxsə heç bir çatdırma cəhdi edilmədiyindən, bu norma da tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq informasiya sisteminə göndərilməlidir. Həmin norma elektron sənəd dövriyyəsinin məqsədini yalnız qərarın hər hansı elektron platformada yerləşdirilməsi ilə məhdudlaşdırmır. Qanunvericinin iradəsi ondan ibarətdir ki, qərar məhz barəsində icraat aparılan şəxsin istifadə etdiyi və hüquqi nəticə doğuran informasiya sisteminə göndərilməklə onun məlumatlandırılması təmin edilsin. İXM-in 125-ci maddəsinin sistemli təhlili də eyni nəticəyə gəlməyə əsas verir. Belə ki, Məcəllənin 125.7-ci maddəsində elektron kabinetdə şəxsə aid inzibati xəta üzrə qərarların mövcudluğu və həmin qərarlar barədə çıxarışın əldə edilməsi hüququ nəzərdə tutulmuş, 125.8ci maddəsində isə imperativ qaydada müəyyən edilmişdir ki, inzibati xəta haqqında elektron qərar elektron kabinetdə yerləşdirilməyənədək həmin qərarın icrası tələb edilə bilməz. Qanunverici qərarın hüquqi nəticələrinin yaranmasını birbaşa elektron kabinetdə yerləşdirilmə faktı ilə əlaqələndirmişdir. Deməli, elektron kabinet yalnız texniki vasitə deyil, inzibati icraatın qanunla müəyyən edilmiş rəsmi kommunikasiya platforması funksiyasını daşıyır. Qeyd olunan normanın təfsiri göstərir ki, elektron kabinet institutunun yaradılmasında əsas məqsəd şəxsin dövlət orqanlarının qəbul etdiyi aktlardan vaxtında, etibarlı və şəffaf şəkildə xəbərdar edilməsini təmin etməkdir. Məhkəmə qərarının qanunla nəzərdə tutulmayan və ya həmin məqsədə xidmət etməyən başqa informasiya resursunda yerləşdirilməsi bu məqsədi təmin etmir. Əks halda, elektron kabinet institutunun hüquqi əhəmiyyəti formal xarakter daşıyacaq və qanunvericinin 125.8-ci maddədə müəyyən etdiyi təminat mənasız hala gələcəkdir. Apellyasiya instansiyası hesab edir ki, iş materiallarından görünür ki, qərar məhkəmə sənədlərinin mübadiləsi üçün nəzərdə tutulmuş elektron məhkəmə informasiya sistemi vasitəsilə də tərəfə göndərilməmişdir. Beləliklə, nə kağız daşıyıcıda, nə də elektron kanal üzrə qanunun tələb etdiyi çatdırma baş tutmamış və qərar faktiki olaraq tərəfə çatdırılmamışdır. Birinci instansiya məhkəməsi isə yalnız qərarın elektron formada yerləşdirilməsi faktına istinad etməklə kifayətlənmiş, həmin elektron sənədin qanunun tələb etdiyi informasiya sisteminə göndərilib-göndərilmədiyini, hüquqi şəxsin elektron kabinetinin mövcud olub-olmadığını, qərarın həmin kabinetdə yerləşdirilməsinin mümkünlüyünü və nəticədə şəxsin qərarla vaxtında tanış olmaq imkanının təmin edilib-edilmədiyini araşdırmamışdır. Bu isə prosessual müddətin buraxılması səbəblərinin tam və hərtərəfli qiymətləndirilməməsinə gətirib çıxarmışdır. Yuxarıda göstərilənlərin məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə verilməmişdir. Bu isə o deməkdir ki, həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş on günlük şikayət müddətinin axımı orqana münasibətdə başlamamışdır. Müddətin axımı başlamadığı halda onun buraxılmasından danışmaq üçün hüquqi əsas yoxdur; hər halda, müddət buraxılmış hesab edilsə belə, bu, bütövlükdə orqanın iradəsindən kənar səbəbdən — məhkəmənin çatdırma öhdəliyini yerinə yetirməməsindən — irəli gəldiyindən İXM-in 130.2-ci maddəsi baxımından üzrlü sayılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin müddətin bərpasından imtinası həm faktiki, həm də hüquqi əsasdan məhrumdur. Qeyd olunan nəticə şikayət hüququnun təyinatı ilə də uzlaşır. Konstitusiya Məhkəməsi Plenumunun İXM-in 109-cu maddəsi baxımından həmin Məcəllənin 128-ci maddəsinin şərh edilməsinə dair # ### 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məcəllədə proses subyektlərinə yuxarı məhkəmə instansiyasına şikayət vermək imkanının yaradılması inzibati xətalar haqqında işlər üzrə icraatın qanuniliyini və inzibati tənbehin tətbiqinin ədalətliyini təmin etmək, ilkin icraat mərhələsində yarana bilən səhvlərin qarşısını almaq məqsədinə xidmət edir. Şəxsin məhkəmə aktından xəbərdar edilməməsi nəticəsində bu imkandan məhrum olması həmin məqsədi mənasız edir. Ona görə də çatdırma qaydasının pozulmasının mənfi nəticələri qaydanı pozan orqanın deyil, vicdanlı proses iştirakçısının üzərinə qoyula bilməz. Məhkəmə hesab edir ki, dövlət orqanının və ya məhkəmənin qanunla müəyyən edilmiş bildiriş qaydasına riayət etməməsinin mənfi hüquqi nəticələri proses iştirakçısının üzərinə qoyula bilməz. Şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən məhkəmə qərarı barədə vaxtında məlumat əldə edə bilməməsi prosessual müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilməlidir. Əks yanaşma dövlət orqanının prosessual öhdəliyini lazımi qaydada yerinə yetirməməsinin nəticələrinin vicdanlı proses iştirakçısına yüklənməsi ilə nəticələnər ki, bu da hüquqi müəyyənlik, tərəflərin prosessual bərabərliyi və səmərəli məhkəmə müdafiəsi prinsiplərinə ziddir. Bundan başqa, prosessual müddətin bərpası məsələsinə baxılarkən məhkəmə işin mahiyyəti üzrə mübahisəni əvvəlcədən həll etməməli, yalnız müddətin buraxılmasının səbəblərinin obyektiv və üzrlü olub-olmamasını qiymətləndirməlidir. Bu baxımdan, ərizəçinin inzibati xəta üzrə təqsirli olub-olmaması deyil, onun məhkəmə qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanının obyektiv surətdə mövcud olub-olmaması həlledici əhəmiyyət kəsb edir. İş materialları ilə müəyyən olunur ki, ərizəçi məhkəmə qərarı barədə faktiki məlumat əldə etdikdən sonra ağlabatan müddətdə prosessual hüququndan istifadə edərək müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti təqdim etmişdir. Bu isə onun prosessual hüquqlardan vicdanla istifadə etdiyini və müddətin qəsdən buraxılmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən İXM-in 125-ci maddəsinin hüquqi mahiyyətini, elektron məlumatlandırma institutunun məqsədini və müdafiə hüququnun səmərəli təmin edilməsinə dair konstitusion prinsipləri düzgün tətbiq etməmişdir. Məhkəmə qərarının hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməməsi və bunun nəticəsində orqanın qərardan vaxtında məlumat əldə edə bilməməsi prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət inzibati qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğundur. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protesti aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: – hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə; – kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə; – səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buna görə də, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ləğv edilərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatət təmin edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və İXM-in 130.2 və 134.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatət təmin edilsin, buraxılmış prosessual müddət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə münasibətdə bərpa edilsin və apellyasiya qaydasında verilmiş şikayətə mahiyyəti üzrə baxılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-482/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-482/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver