Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-484/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Nərmin Abbasova) ilə Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) “Changan Qiyuan Q07 Plugin Hibrid minik” markalı, **-QF-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20-ci kilometrliyində hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmiş və barəsində ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının və DİN BDYPİ tərəfindən barəsində tərtib edilən ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan “Changan Qiyuan Q07 Plug-in Hibrid minik” markalı, **-QF-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20 kilometrliyində hərəkət edərkən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmiş və barəsində ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuşdur. Həmin protokol əsasında barəsində 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İstinad olunan elektron protokol üzrə qəbul edilən qərardan verilən şikayət Şirvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən törədilməsi istinad olunan inzibati xəta ilə bağlı faktiki hallar qərarda müəyyən olunsa da, həmin halların qiymətləndirilməsi istiqamətində yanlış nəticəyə gəlinmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar tərtib olunması ifadə olunan tarixə münasibətdə inzibati orqanın elektron informasiya sisteminə inteqrasiya olunmuş hər hansı informativ vasitə ilə ona təqdim edilməmiş, həmin qərardan yalnız təxminən bir ay sonra ##.##.2026-cı il tarixdə qeyri-rəsmi elektron tətbiq vasitəsilə əldə olunmuş SMS bildiriş vasitəsilə xəbərdar edilmişdir. Sözügedən maddənin tələbləri imperativ xarakter daşımaqla inzibati xəta haqqında icraatın operativliyini, şəffaflığını, barəsində inzibati xəta haqqında icraat üzrə iş aparılan şəxsin hüquqlarının qorunması və müdafiəsi mexanizminin təxirəsalınmazlığını şərtləndirir. Bu baxımdan qeyd olunanlar məhkəmə araşdırmasının predmeti olsa da məhkəmə yekun nəticəyə gələrkən mövqeyini istinad olunan hallara deyil, nədən ibarət olması qeyri müəyyən olan sübutlara münasibətdə formalaşdırmışdır. Məhkəmə yekun mövqeyini əsaslandırarkən inzibati tənbeh vermə haqqında elektron qəraın 24 saat müddət keçmədən tərtib olunaraq ona məxsus elektron kabinetinə yerləşdirildiyinin iş materialları ilə təsdiq olunduğunu ifadə etmişdir. Lakin bu hal iş materiallarında olan heç bir maddi sübutla təsdiqini tapmamış, əksinə tərəfindən təqdim olunmuş müxtəlif elektron informasiya sistemlərinə aid edilən ekran görüntülər tarixləri göstərilməklə iş materiallarına əlavə edilmiş, həmin görüntülərdən də aydın olduğu kimi müvafiq qərar mənə 24 (iyirmi dörd) saat ərzində təqdim edilməmişdir. Elektron qərarın 24 (iyirmi dörd) saat ərzində şəxsə təqdim olunması inzibati xəta haqqında icraatın operativliyini, şəffaflığını, barəsində inzibati xəta haqqında icraat üzrə iş aparılan şəxsin hüquqlarının qorunması və müdafiəsi mexanizminin təxirəsalınmazlığını şərtləndirir. Hazırki halda isə inzibati orqan tərəfindən icraatın qanunmüvafiq aparılmaması səbəbindən 25 gün əvvəl baş vermiş hər hansı bir yol hərəkəti hadisəsinin (xüsusi texniki vasitənin səhv işləməsi, yol nişanının görünməməsi, digər zəruri yol şəraiti) təfərrüatlarını xatırlamağı demək olar ki, qeyri-mümkündür. Həmin tarixdə həqiqətən də sürət həddini aşıb-aşmadığını, texniki vasitənin (radarın) düzgün kalibrlənməmiş olub-olmamasını, yaxud fövqəladə zərurət halının (qəza vəziyyətindən yayınmaq üçün sürətin qısa müddətli artırılması) olub-olmamasını araşdırmaq və sübut etmək hüququ 1 (bir) aylıq gecikmə səbəbindən faktiki olaraq mümkünsüz olmuşdur. Eyni zamanda qərar ona təqdim olunduğu vaxtda artıq tətbiq edilmiş inzibati cərimə məbləğinin üzərinə dəbbə pulu hesablanmış bu isə mənim vəziyyətimi əsassız olaraq ağırlaşdıran hal kimi nəzərə alınmamışdır. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının və DİN BDYPİ tərəfindən barəsində tərtib edilən ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 17:25:04-də Bakı-Ələt- Qazax-Gürcüstan yolunun 20-ci kilometrliyində “Changan Qıyuan Q07 Plug-İn Hibrid Minik” markalı, **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş sürət həddini 29 km/saat həddində aşmış və bununla bağlı barəsində ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar qəbul olunmuşdur. Qeyd olunan pozuntu müvafiq fotoşəkillər ilə öz təsdiqini tapır. Həmçinin, qərardan şikayət verən şəxs də sürət həddini aşmasını inkar etməmişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xəta (yolda müəyyən edilmiş sürət həddini aşma) xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş və həmin texniki vasitə ilə aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı İXM-in tələblərinə uyğun icraat aparılmışdır. - ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 17:25:04-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20km.də “Changan Qıyuan Q07 Plug-İn Hibrid Minik” markalı, **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş sürət həddini 29 km/saat aşmış və bununla da İXMin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 17:25:04-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20-ci km.də 90 km/saat sürət limiti olan ərazidə “Changan Qıyuan Q07 Plug-İn Hibrid Minik” markalı, **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 119 km/saat sürətlə idarə edilmişdir. İXM-in 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə bu kateqoriyadan olan inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində müvafiq informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında qəbul edilir. Qərardan şikayət verən orqan (şəxs) həm şikayətində, həm də apellyasiya şikayətində inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejiminə dair qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini əsas gətirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) məxsus mobil telefona quraşdırılmış “E-Polis” mobil tətbiqinə baxış keçirilmiş (müvafiq çıxarışlar edilərək işə əlavə edilmişdir) və müəyyən edilmişdir ki, inzibati xəta ##.##.2026-cı il tarixdə baş vermiş və müvafiq qərar isə ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) onun mobil telefon nömrəsinə “SMSRadar” vasitəsilə məlumatın təqribən 1 aydan sonra gəlməsi ilə bağlı da məhkəmə qeyd edir ki, həmin üsul qanunvericilikdə nəzərdə tutulmuş rəsmi məlumat vasitəsi hesab edilmir və ayrıca bir xidmət növüdür. Qanunvericilikdə inzibati tənbeh vermə haqqında elektron qərarın şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməsi nəzərdə tutulmuşdur ki, hazırkı halda da buna əməl edilmiş və qərar 24 saat ərzində şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqində təqsir prinsipi qorunmalı, şəxsin təqsirsizliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. Lakin bu prinsip hər bir mücərrəd, sübutsuz və yalnız məsuliyyətdən yayınma məqsədi daşıyan ehtimalın birbaşa olaraq şəxsin xeyrinə qəbul edilməsini tələb etmir. Şübhə hüquqi nəticə doğurması üçün obyektiv əsaslara, iş materiallarında təsdiqini tapan faktlara və ağlabatan sübut bazasına söykənməlidir. İXM-in 75 və 76-cı maddələrinin mənasına görə, inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və təqsirin müəyyən edilməsi üçün iş üzrə əhəmiyyətli olan sübutlar məcmu halda qiymətləndirilməlidir. Hazırkı iş üzrə inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 328.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi işin bu hallarını düzgün qiymətləndirmiş, inzibati xəta haqqında elektron qərarın qanuniliyini və əsaslılığını yoxlamış, inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticəni təkzib etmir və qərarın ləğvi üçün əsas yaratmır. Apellyasiya məhkəməsi bu halları nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanları və İXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-484/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-484/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver