Məhkəmə qərarları › İş №3(3-9)-485/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-485/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-485/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN BDYPİnin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Abbaslı Əsgər Əbülfət oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:56-da Şirvan şəhəri, Z.Hacıyev küçəsində Opel Omega minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat inzibati cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində ##.##.2026-cı ildə EQ-******** nömrəli elektron qərar qəbul edilərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur, ona görə ki, idarə etdiyi "OPEL OMEGA" markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı ildə Şirvan şəhəri, Z.Hacıyev küçəsi ilə hərəkət edən zaman, nəqliyyat vasitəsi təhlükəsiz şəhər kamerası vasitəsi ilə İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Fotoşəkillərə əsasən maşının əks istiqamətə və ya digər hərəkət zolağına çıxmaqla manevr etməyi sübut olunmur və buna dair hər hansı videoçəkiliş yoxdur. Bundan başqa, protokola real vaxt rejimi saat 11:56 göstərilsə də, həmin protokolun sonradan 17.52.49 məkanda tam başqa yer göstərilməklə tərtib olunduğu müəyyən edilir. Belə olan təqdirdə EQ-******** nömrəli elektron qərar əsassızdır, qanun pozuntusu ilə qəbul edilmişdir. Çünki əməlində inzibati xəta tərkibi yoxdur və hər hansı formada sübutetmə yükü protokolu tərtib etdən orqanın üzərinə düşən orqan tərəfindən sübut olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı № Q**-001-17. Yol patrulu haqqında təlimat. 4.8-ci bəndinə göstərilir yol patrul xidmətinin inspektoru xidməti vəzifəsinin icrası ilə bağlı ona təhkim olunmuş bort-kompüterlərin DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra-BDYPİ) mərkəzi informasiya sisteminə giriş şifrəsinin məxfiliyini təmin etməlidi. Ona məxsus şifrə vasitəsi ilə mərkəzi informasiya sisteminə daxil olmaqla digər əməkdaşlar tərəfindən hər hansı bir əməliyyatın aparılmasına görə həmin əməkdaşla yanaşı bortkompüterin təhkim olunduğu YPX inspektoru da məsuliyyət daşıyır. Xüsusi texniki vastələrdən istifadə qaydası. 7.31.8-ci bəndində göstərilir inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəricilləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. 8-ci bəndinə əsasən İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı. 8.2-ci bəndinə əsasən İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1.1ci maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan və işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:56-da Şirvan şəhəri, Z.Hacıyev küçəsində Opel Omega minik markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmaqla, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq edilir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən düzgün olaraq İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmiş, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq səlahiyyətli orqanın qanuni və əsaslı olan qərarının qüvvədə saxlanılması barədə yekun nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan elektron qərarı, həmin qərara əlavə edilmiş fotoşəkilləri, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq edilməli qanunvericiliyin müddəalarını məcmu halda araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas vermir. Belə ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, işə əlavə edilmiş fotoşəkillər Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsini təsdiq etmir və həmin hərəkəti tam şəkildə əks etdirən videoyazı mövcud deyildir. Lakin məhkəmə bu dəlillə razılaşmağı mümkün hesab etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar hesab olunur. Həmin maddənin məzmunundan göründüyü kimi, inzibati xəta haqqında iş üzrə müəyyən bir sübut növünün mövcudluğu mütləq şərt kimi nəzərdə tutulmamış, iş üzrə əhəmiyyət kəsb edən halların müxtəlif sübutlarla müəyyən edilməsi mümkün sayılmışdır. Buna görə də müəyyən bir inzibati xəta hadisəsinin videoyazı ilə qeydə alınmaması həmin hadisənin digər mötəbər sübutlarla, o cümlədən fotoşəkillərlə təsdiq edilməsini istisna etmir. Hazırkı iş üzrə də elektron qərara əlavə edilmiş fotoşəkillər ayrı-ayrılıqda və bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid sübutlar sistemi kimi qiymətləndirilməlidir. Həmin görüntülərin məzmunundan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Opel Omega” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət trayektoriyası, yolun hərəkət hissəsində yerləşməsi və əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttinə münasibətdə hərəkəti müəyyən edilir. Fotoşəkillər nəqliyyat vasitəsinin yolun hərəkət hissəsindəki yerləşməsini və həmin nişanlanma xəttini keçməklə əks istiqamətli hərəkət zolağına daxil olmasını müəyyən etməyə imkan verir. Bu baxımdan, apellyasiya şikayətində fotoşəkillərin yalnız müəyyən bir anı əks etdirməsi və buna görə də avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmasının sübut olunmadığına dair dəlil iş materiallarının faktiki məzmunu ilə uzlaşmır. Fotoşəkillər yolun nişanlanması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və onun yolun hərəkət hissəsindəki konkret mövqeyi ilə birlikdə qiymətləndirildikdə, inzibati xəta hadisəsinin obyektiv tərəfinin müəyyən olunmasına imkan verir. Məhkəmə bununla bağlı həmçinin nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi ilə 327.2-ci maddədə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada sənədləşdirilməsi birbaşa nəzərdə tutulmuşdur. Qanunverici həmin maddədə “foto və ya videoqeydiyyat funksiyalarına malik” ifadəsindən istifadə etməklə yalnız videoyazının deyil, foto qeydiyyat imkanlarının da inzibati xəta hadisəsinin aşkar edilməsində və elektron qərarın çıxarılmasında hüquqi əhəmiyyət daşıdığını qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətanın başa çatmış sayılması üçün nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxması faktının müəyyən edilməsi kifayətdir. Başqa sözlə, bu halda inzibati xəta tərkibinin mövcudluğu üçün nəqliyyat vasitəsinin əks istiqamətli zolaqda müəyyən müddət hərəkət etməsinin, yol-nəqliyyat hadisəsinin baş verməsinin və ya başqa iştirakçıya faktiki təhlükə yaradılmasının ayrıca sübuta yetirilməsi tələb olunmur. Hazırkı iş üzrə isə qeyd olunan faktiki halın baş verməsi iş materialları ilə tam sübuta yetir. Məhkəmə onu da xususilə vurğulayır ki, iş materiallarına sözügedən inzibati xəta hadisəsinin törədilmə anını özündə əks etdirən CD disk əlavə edilmişdir. Həmin CD diskdəki videogörüntüdən də Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Opel Omega” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması açıq şəkildə müəyyən olunur. Odur ki, məhkəmə barəsində inizbati tənbeh tətbiq edilmiş şəxsin bu istiqamətdəki dəlillərini əsaslı hesab etmir. Şikayətçinin digər dəlili elektron qərarda inzibati xəta hadisəsinin ## #### 2026-cı il tarixdə saat 11:56-da törədildiyi göstərildiyi halda, elektron qərarın saat 17:52-də tərtib edilməsi ilə bağlıdır. Şikayətçi həmin vaxt fərqinə əsaslanaraq qərarın real vaxt rejimində tərtib edilmədiyini və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş müvafiq inzibati xətalar üzrə həmin texniki vasitələrin məlumatlarının informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülməsi və həmin məlumatlar əsasında elektron qərarın çıxarılması nəzərdə tutulmuşdur. Bu normanın məzmunundan “real vaxt rejimi” anlayışının inzibati xəta hadisəsi baş verdiyi anda elektron qərarın mütləq olaraq eyni saniyədə formalaşdırılması və təsdiq edilməsi kimi başa düşülməsi nəticəsi çıxmır. Belə yanaşma texniki vasitədən əldə edilən məlumatların sistemə ötürülməsi, emal olunması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının müəyyən edilməsi, pozuntu görüntüsünün yoxlanılması, hüquqi tövsifinin müəyyənləşdirilməsi, elektron qərarın hazırlanması və səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiq edilməsi kimi qanunvericiliklə nəzərdə tutulan elektron icraat mərhələlərini tamamilə nəzərə almamaq demək olardı. “Real vaxt rejimi” anlayışı, ilk növbədə, xüsusi texniki vasitə ilə əldə edilən məlumatların hadisədən uzun müddət sonra ayrıca arxivdən seçilərək yeni inzibati araşdırmanın predmetinə çevrilməsini deyil, həmin məlumatların inzibati xəta aşkar edildiyi andan etibarən vahid və fasiləsiz elektron proses çərçivəsində operativ qaydada informasiya sisteminə ötürülməsini və həmin məlumatlar əsasında elektron icraatın aparılmasını ifadə edir. Bu səbəbdən inzibati xəta hadisəsinin qeydə alındığı saatla elektron qərarın tərtib və ya təsdiq edildiyi saatın tamamilə eyni olmaması özlüyündə real vaxt rejiminin pozulduğunu sübut etmir. Belə nəticəyə gəlmək üçün məlumatların xüsusi texniki vasitədən mərkəzi informasiya sisteminə real vaxt rejimində ötürülmədiyini, həmin görüntülərin arxiv materialı kimi sonradan əldə edildiyini və ya elektron qərarın hadisə ilə əlaqəsi olmayan ayrıca və sonrakı inzibati araşdırma nəticəsində tərtib olunduğunu təsdiq edən konkret hallar müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə hal müəyyən edilməmişdir. Elektron qərar həmin gün, yəni inzibati xəta hadisəsinin baş verdiyi ## #### 2026-cı il tarixdə qəbul edilmişdir. İş materiallarında xüsusi texniki vasitə ilə əldə edilmiş məlumatların hadisə zamanı sistemə ötürülmədiyini, görüntülərin sonradan arxivdən çıxarıldığını və ya elektron icraatın qanunvericiliklə nəzərdə tutulan ardıcıllığının pozulduğunu təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Apellyasiya məhkəməsi hesab edir ki, hadisənin saat 11:56-da baş verməsi və elektron qərarın həmin gün saat 17:52-də tərtib edilməsi arasında müəyyən vaxt intervalının mövcudluğu, başqa hər hansı hal olmadan, İXM-nin 53.0.11-ci maddəsində nəzərdə tutulmuş real vaxt rejimində tərtib edilməmə faktının müəyyən olunması üçün kifayət etmir. Əksinə, şikayətçi həmin vaxt fərqindən başqa, xüsusi texniki vasitədən alınmış məlumatların sistemə hansı qaydada və nə vaxt ötürüldüyünü şübhə altına alan konkret fakt təqdim etməmişdir. Şikayətçinin istinad etdiyi “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.1-ci bəndi də əks nəticəyə gəlməyə əsas vermir. Həmin müddəa videomüşahidə kameraları vasitəsilə aşkar edilmiş inzibati xətalara dair xüsusi texniki vasitələrin məlumatlarının real vaxt rejimində BDYPİnin mərkəzi informasiya sisteminə ötürülməsini nəzərdə tutur. Lakin həmin müddəa inzibati xəta hadisəsinin qeydə alındığı anla elektron qərarın hazırlanması və təsdiq edilməsi arasında heç bir texniki və ya prosessual emal müddətinin ola bilməyəcəyini müəyyən etmir. Əksinə, İXM-in 122.1-ci maddəsinin özündə elektron qərarın məlumatlar əsasında tərtib olunaraq səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiqlənməsi ayrıca mərhələ kimi müəyyən edilmişdir. Deməli, xüsusi texniki vasitənin məlumatlarının real vaxt rejimində informasiya sisteminə ötürülməsi ilə həmin məlumatlar əsasında elektron qərarın bütün mərhələlərinin eyni anda başa çatdırılması eyni hüquqi anlayışlar deyildir. Ümumiyyətlə, inzibati xəta haqqında iş üzrə sübutetmə yükünün inzibati xətanın mövcudluğunu iddia edən orqanın üzərinə düşməsi inzibati icraatın təməl prinsiplərindən biridir. Lakin bu prinsip o demək deyildir ki, inzibati orqan tərəfindən təqdim olunmuş qanuni və mötəbər sübutların hər hansı ehtimala və ya yalnız subyektiv şübhəyə əsasən hüquqi qüvvəsi aradan qalxmış hesab edilməlidir. Təqsirsizlik prezumpsiyası sübutların məcmu halda obyektiv qiymətləndirilməsini tələb edir. Əgər təqdim edilmiş sübutlar inzibati xəta hadisəsini və şəxsin həmin hadisədə iştirakını təsdiq edirsə, yalnız həmin sübutların əksinə dair konkret və inandırıcı məlumatlar onların mötəbərliyini şübhə altına ala bilər. Hazırkı iş üzrə elektron qərara əlavə edilmiş fotoşəkillər, videogörüntü, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, hadisənin baş verdiyi yer və vaxt barədə məlumatlar bir-biri ilə uyğunluq təşkil edir. Şikayətçi isə həmin görüntülərin başqa vaxta və ya yerə aid olduğunu, montaj olunduğunu və ya nəqliyyat vasitəsinin görüntülərdəki hərəkətinin elektron qərarda göstərilən hərəkətlə uyğun gəlmədiyini təsdiq edən hər hansı konkret sübut təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, apellyasiya şikayətinin mahiyyəti əsasən fotoşəkillərin yetərli sübut olmaması və elektron qərarın hadisədən müəyyən müddət sonra rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Lakin yuxarıda göstərilənlərdən də göründüyü kimi, həmin halların heç biri iş üzrə mövcud olan sübutların məcmusunu təkzib etmir və inzibati xəta hadisəsinin mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu göstərmir. Belə olan halda, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar