Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-486/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi məhkəmə iclasının katibi Ismayıllov Mirkamil Mirşamil oğlunun katibliyi ilə ##.##.2003-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 510.1 və 535.1-ci maddələrii ilə inzibati tənbeh edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi, R X1 tərəfindən IXM-nin 510.1 və 535.1-ci maddələri ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin həmin qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya qaydasında şikayət vermişdir. Lakin ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq müdafiəçisi tərəfinfən verilmiş apellyasiya şikayətinin verilməmiş hesab edilməsini və baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 “Elektron Məhkəmə” sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq, müdafiə etdiyi şəxsin istəyinə əsasən verdiyi apellyasiya şikayətini geri götürdüyünü və şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə materialları araşdırıb və apellyasiya şikayətindən imtina barədə ərizəni nəzərə alıb hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayətin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında ifadə edilmiş həmin hüquqi mövqeyə əsaslanaraq yuxarıda qeyd edilən məsələnin prosessual baxımdan həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normasına istinad etmək lazımdır. Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinə əsaslanaraq, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş həmin şikayətdən imtinanın qəbul edilməsini və şikayətin baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 128, 133 və 136-cı maddələrini, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və şikayətin baxılmasına xitam verilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-486/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-486/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver