Məhkəmə qərarları › İş №3(3-9)-487/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-487/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-487/2026 24.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə, ##.##.2007-ci ildə Astara rayonu, Vaqo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Astara rayonu, Təngərud kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Astara rayonu, Vaqo kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 510.1 və 511.1.3-cü maddələri ilə inzibati tənbeh edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Astara Rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi X5 tərəfindən ## #### 2026-cı il tarixli, MN 2934638 və IXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 17:20-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 ərazisində uca səslə ünvansız ifadələr işlətmişdir. ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, VAZ 21074 MINIK markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd olunan inzibati xətanı törətmişdir. ##.##.2026-cı il tarixdə Astara rayonu Təngərud kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi VAZ 21074 MINIK markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin səthi ilə sürtülməsi, yolun səthində çox saylı təkər izləri buraxaraq ziq-zaq hərəkətlər etmiş, əhalinin dincliyini nümayişkəranə, davamlı və qərəzli şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. ##.##.2026-cı il tarixdə saat 17:20 radələrində idarə etdiyi avtomobillə yol verdiyi inzibati xətaya görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin zaman o, polis əməkdaşlarının saxlanılmasına narazılığını bildirərək səs-küy salmış və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan-nin inzibati binasının qarşısında polis əməkdaşların qanuni tələbinə tabe olmamışdır. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu IXM-in 510.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, IXM-in 511.1.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu şikayət verərək, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Təqsirinin tam və obyektiv sübuta yetirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız təqsiri tam sübuta yetirilmiş şəxsə tətbiq edilə bilər. Məhkəmə qərarı əsasən inzibati protokola və polis əməkdaşlarının izahatlarına əsaslanmış, digər obyektiv sübutlar kifayət qədər araşdırılmamışdır. Sübutlar hərtərəfli qiymətləndirilməmişdir. IXM-in sübutların qiymətləndirilməsi ilə bağlı normalarına uyğun olaraq məhkəmə bütün sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməli idi. Lakin qərarda videoçəkiliş, fotoşəkillər, hadisəni görmüş müstəqil şahidlərin ifadələri və digər obyektiv sübutlar kifayət qədər təhlil edilməmişdir. Onun izahatlarına lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmədə verdiyi izahatda hərəkətlərinin polis əməkdaşlarını təhqir etmək və ya ictimai qaydanı kobud şəkildə pozmaq məqsədi daşımadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə həmin izahatları əsaslandırılmış şəkildə təkzib etməmişdir. IXM-nin 510.1-ci maddəsinin tərkibi tam sübuta yetirilməmişdir. Ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin mövcudluğu konkret və mötəbər sübutlarla təsdiq edilməlidir. Qərarda bu elementlərin hansı sübutlarla təsdiq edildiyi tam göstərilməmişdir. IXM-nin 511.1.3-cü maddəsinin tətbiqi kifayət qədər əsaslandırılmamışdır. Avtoxuliqanlıq hərəkətlərinin törədilməsi barədə nəticə yalnız inzibati protokola əsaslanmışdır. Hərəkətlərin qəsdən törədilməsi, yolun səthində izlərin buraxılması və digər halların obyektiv sübutlarla təsdiqi qərarda kifayət qədər əsaslandırılmamışdır. Təqsirsizlik prezumpsiyası pozulmuşdur. Aradan qaldırılması mümkün olmayan şübhələr şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə qərarı tam əsaslandırılmamışdır. Qərarda müdafiə tərəfinin arqumentlərinin nəyə görə rədd edildiyi ətraflı göstərilməmiş, yalnız protokolda yazılanlar təkrar edilmişdir ki, bu da əsaslandırılmış məhkəmə qərarıın tələblərinə uyğun deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Astara Rayon Polis X4 X6 Patrul Xidmətinin nümayəndəsi inspektor X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, ## #### 2026-cı il tarixli, MN 2934638 və IXP ******* nömrəli inzibati xəta haqqında protokollardan, protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi X5, protokol tərtib edən şəxs X1 xidmətinin nümayəndəsi inspektor X3 və barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatlarından, o cümlədən iş materiallarına əlavə edilmiş videoçəkiliş olan diskdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobillə Astara rayonu, Ərçivan körpüsündən şəhərə daxil olan zaman o, VAZ 21074 MINIK markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə avtoxuliqanlıq hərəkətlərini, həmçinin, ünvan 1 ərazisində polislər tərəfindən saxlanılan zaman uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməlini törətmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin və ya mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunu tənbeh etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokollar, inzibati protokolları tərtib edən polis əməkdaşlarının və barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları, videoçəkiliş diskindən, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu hal işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaları etiraf etsə də, apellyasiya şikayətində təqsirinin sübuta yetirilmədiyini, izahatının təhrif edildiyini göstərmişdir ki, apellyasiya şikayətinin qeyd edilən və digər dəlilləri formal mülahizələrə əsasladığından əsassız və özünü müdafiə xarakteri daşıdığından şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bir daha bildirir ki, şikayətdə göstərilən dəlillər özünümüdafiə xarakaterli olmaqla Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün kifayət etmir, ona görə də birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmaqla həmin halları düzgün olaraq qiymətləndirmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 511.1.3cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları və müvafiq sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmə inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə istinad edilərək ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və hesab edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 510.1-cu və 511.1.3-cü maddələri ilə inzibati tənbeh edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar