Məhkəmə qərarları › İş №3(3-9)-488/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-488/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-488/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mədinə Rəsulova) ilə ## ####### 1978-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 15:00-dan hesablanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə teleqram ünvanlayaraq, Şirvan Apellyasiya Məhkəməsinə etdiyi şikayətin baxılmasını istəmədiyini və apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Göründüyü kimi, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mahiyyət etibarilə öz apellyasiya tələblərindən imtina etmişdir. Apellyasiya baxışında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə materialları araşdırıb və apellyasiya şikayətindən imtina barədə teleqramı nəzərə alıb hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin Qərarını əsas götürərək, yuxarıda qeyd edilən məsələnin prosessual həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad etmək lazımdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətindən imtina etməsi barədə teleqrama əsaslanaraq, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş həmin şikayətə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128, 133 və 136-cı maddələrini, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar