Məhkəmə qərarları › İş №3(3-9)-489/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-489/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-489/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi) ilə ##.##.2004-cü ildə Sabirabad rayonunun Quruzma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad rayonunun Quruzma kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bu səbəbdən, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN 2487819nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarınləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən çıxarılmış müvəqqəti təminat tədbiri barədə ## #### 2026-cı il tarixli qərardada əsasən X1 hər həftənin şənbə günü saat 11-dən 14-ə kimi ##.##.2025-ci ildə anadan olmuş X2 ilə ünsiyyət hüququ uşağın anası olaraq onun yanında və iştirakı ilə təmin edilmişdir. Ünsiyyət yeri isə Sabirabad şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına park və ya Sabirabad rayon İcra və Probasiya şöbəsinin inzibati binası təyin edilmişdir. Qeyd olunan qərardad əsasında ##.##.2026-cı il tarixli, e-16(5-151)- **/**** saylı icra vərəqsəsi Sabirabad rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Hələ ki, müvafiq tələb üzrə yekun məhkəmə qətnaməsi qəbul edilməmişdir. Tərəfindən heç zaman ünsiyyətə mane olunmamışdır. O, Sabirabad rayonu, Quruzma kəndində yaşayır. Ünsiyyət tələb edən uşağın atası X1 rayonunun Abdulabad kəndində yaşayır. Onun yaşadığı kəndlə ünsiyyət tələb edən şəxsin yaşadığı kənd arasında üç kilometrə qədər məsafə var. Lakin onun yaşadığı Quruzma kəndi ilə qərardadla müəyyən edilən ünsiyyət yeri arasındakı məsafə təxminən 35 kilometrdir. Onun bir yaşı ## ###### 2026-cı ildə tamam olacaq uşaqla birlikdə isti yay günləri hər həftə 35 km məsafə qət edərək Sabirabad şəhərinin mərkəzində yerləşən parka və ya Sabirabad rayon İcra və Probasiya şöbəsinə gəlmək imkanı yoxdur. Buna onun nə maddi vəsaiti, nə də fiziki imkanları yol vermir. Tərəfindən ünsiyyətə mane olmağı barədə Sabirabad rayon İcra və Probasiya şöbəsində heç bir sübut yoxdur. O, uşaqla ünsiyyətə etiraz etmir. Belə bir hüququ da yoxdur. Hazırkı, vəziyyətdə yaxşı olar ki, uşaqla ünsiyyət onun yaşadığı evdə və ya yaxın ərazidə həyata keçirilsin. Yəqin ki, qətnamə qəbul edilərkən bu hallar nəzərə alınacaqdır. Özü işləmir. Uşaq onun himayəsindədir. Həm də hesab edir ki, əsassız olaraq 500 manat cərimə olunmuşdur. Məhkəmənin qərarı ilə müəyyən edilmiş 500 manat cəriməni ödəmək onun üçün çətinlik yaradır. Yuxarıda qeyd olunanlara əsasən hərəkətlərində inzibati xəta yoxdur və barəsində olan iş üzrə icraata xitam verilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Aydın Ağakərim oğlu təqdimatı müdafiə edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** saylı icra vərəqəsinə əsasən, X1 övladı ##.##.2025-ci il təvəllüdlü X1 övladı ##.##.2025-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-a kimi ünsiyyət hüququnun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə təmin edilməsi, bununla bağlı yaradılan maneələrin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2025-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 11:00-da Sabirabad şəhərində park ərazisində və ya Sabirabad rayon İcra və Probasiya şöbəsində X1 ilə görüşünə şərait yaradılması qərara alınmışdır. İki dəfə icra sənədi üzrə icra yeri və vaxtı təyin edilmiş, lakin borclu uşağın atası ilə ünsiyyətdə olması üçün gətirilməsini təmin etməmiş, tələbkarın yalnız onun yaşadığı evdə uşaqla görüşməsinə şərait yaradacağını bildirmişdir. Tələbkar tərəf isə bir dəfə borclunnu dediyi qaydada görüşün keçirildiyini, lakin borclu və atasının münaqişə yaratdığını, buna görə də bir daha o evə getməyəcəyini bildirib, icra sənədində göstərilmiş qaydada görüşün təmin edilməsini tələb etməkdədir. Borcludan icra sənədinin qərardada uyğun şəkildə təmin edilməsini tələb edilsə də, o, bundan imtina etmişdir. Buna görə də o, müvafiq protokol tərtib etmişdir. Birinci instansiya məhkəməsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, o, atasının iştirakı olmadan evdən kənara çıxa bilməz. Qərardadda göstərilən qaydada da uşaqla ünsiyyəti təmin etməyəcəkdir. O, tələbkarın uşağı ilə yalnız evində görüşüb ünsiyyətdə olmasına razıdır. Başqa formada görüş keçirilməsini təmin etməyəcəkdir. Birinci instansiya məhkəməsində tələbkar X1 nümayəndəsi X3 bildirmişdir ki, tələbkar onun oğludur. Kamran bir dəfə borclunun dediyi qaydada uşağı ilə görüşməyə getmiş, görüşdən qayıtmaq istəyəndə borclu və atası tərəfindən hücuma və şərləməyə məruz qalmışdır. Ona görə də oğlu bir daha o evə getmək niyyətində deyildir. Hazırda tələbləri məhkəmə qərardadının icrasının qərardadda göstərilən qaydada icrasıdır. Borclu icra sənədini icra etmədiyi üçün o, borclunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** saylı icra vərəqəsindən görünür ki, X1 övladı ##.##.2025-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-a kimi ünsiyyət hüququnun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə təmin edilməsi, bununla bağlı yaradılan maneələrin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2025-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 11:00-da Sabirabad şəhərində park ərazisində və ya Sabirabad rayon İcra və Probasiya şöbəsində X1 ilə görüşünə şərait yaradılması qərara alınmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli AKT-ın surətindən görünür ki, həmin tarixdə tələbkar icra yerinə gəlmiş, borclu isə gəlməmiş, borclunun atası ilə mobil telefon vasitəsilə əlaqə saxlanılarkən uşağın xəstə olduğunu bildirmiş, həmçinin qızının uzaq kənddə yaşadığını, rayona gəlmək imkanının olmadığını, atasının onların evində görüşünə tam şərait yaradılacağını bildirmiş, bu səbəbdən icra sənədi icra olunmamışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli AKT-ın surətindən görünür ki, həmin tarixdə tələbkar icra yerinə gəlmiş, borclu isə gəlməmiş, borclunun atası ilə mobil telefon vasitəsilə əlaqə saxlanılarkən uşağın xəstə olduğunu bildirmiş, həmçinin qızının uzaq kənddə yaşadığını, rayona gəlmək imkanının olmadığını, atasının onların evində görüşünə tam şərait yaradılacağını bildirmiş, bu səbəbdən icra sənədi icra olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməsi ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, İCM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin məzmunu, habelə həmin sənəddən irəli gələn öhdəliklər barədə məlumatlı olmuş, ona icra sənədinin könüllü icrası üçün də kifayət qədər müddət verilmişdir. Buna baxmayaraq, o, nə icra sənədində müəyyən edilmiş vaxtda və yerdə uşağın atası ilə görüşünün təmin edilməsi üçün zəruri şərait yaratmış, nə də qərardadın icrasına mane olan obyektiv və aradan qaldırılması mümkün olmayan hər hansı halın mövcudluğunu sübuta yetirmişdir. Əksinə, həm ##.##.2026-cı il, həm də ##.##.2026-cı il tarixlərində icra hərəkətlərinin həyata keçirilməsi zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəyyən edilmiş icra yerinə gəlmədiyi, onun tərəfindən uşağın yalnız öz yaşadığı evdə görüşdürülməsinə şərait yaradılacağı bildirildiyi müəyyən edilmişdir. Halbuki, icra sənədində uşağın atası ilə ünsiyyətinin harada və hansı qaydada təmin edilməli olduğu konkret müəyyən edilmişdir. Borclu isə məhkəmə aktının icrası qaydasını öz mülahizəsinə uyğun dəyişdirmək və ya onun icrasını yalnız özünün münasib bildiyi şərtlərlə həyata keçirmək hüququna malik deyildir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında da icra sənədində nəzərdə tutulmuş qaydada uşağın atası ilə görüşün təmin edilməyəcəyini açıq şəkildə bildirmiş, yalnız uşağın atası tərəfindən onun evində görüş keçirilməsinə razı olduğunu göstərmişdir. Bu isə onun icra sənədində nəzərdə tutulmuş konkret tələbin icrasından faktiki olaraq imtina etdiyini təsdiq edir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs isə apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini tələb etsə də, bunu şərtləndirən hər hansı mötəbər və əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun ilk dəfə inzibati xəta törətməsini və qadın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya instansiyas məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar