Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-490/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində 100 manat 3 bal cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan Sabirabad Rayon Məhkəməsinə şikayət verərək, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə baxan Sabirabad Rayon Məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə bütün mövcud sübutları və hüquqi əsaslandırmaları məhkəməyə təqdim etməsinə baxmayaraq, hakim cərimənin qanuni tətbiq edildiyi qənaətinə gələrək şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi şikayətdə xüsusi texniki nəzarət vasitəsi tərəfindən şəxsi elektron kabinetinə yerləşdirilmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklin inzibati xətanın törədildiyi tarixdə deyil, təxminən bir ay əvvəl çəkildiyini və həmin görüntünün inzibati xətanın törədilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməyəcəyini ətraflı şəkildə göstərmişdir. Buna baxmayaraq, məhkəmə bu mühüm xüsusata hüquqi qiymət verməmiş və həmin halı araşdırmadan qərar qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş elektron qərarın surətində hadisənin Hacıqabul–Horadiz avtomobil yolunda ##.##.2026-cı il tarixdə saat 14:18-də baş verdiyi göstərilsə də, həmin qərarın digər hissəsində eyni hadisənin vaxtı 16:18 olaraq qeyd edilmişdir. Bundan əlavə, inzibati xəta ilə bağlı materiaların şəxsi elektron kabinetinə yalnız ##.##.2026-cı il tarixində yerləşdirildiyi görünür. Beləliklə, iş materialarında hadisənin vaxtı və sübutların rəsmiləşdirilməsi ilə bağlı məlumatlar arasında açıq uyğunsuzluqlar mövcuddur və bu ziddiyyətlər inzibati xəta üzrə sübutların mötəbərliyinə və qərarın qanuniliyinə ciddi şübhə yaradır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan ziddiyyətlərə hüquqi qiymət verməmiş və onların aradan qaldırılması istiqamətində hər hansı araşdırma aparmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin tələblərinə əsasən, xüsusi texniki vasitələrlə qeydə alınan inzibati xəta barədə qərar və həmin xətanı təsdiq edən foto və ya video materialar real vaxt rejimində elektron informasiya sisteminə yerləşdirilməli və şəxsin tanış olması üçün əlçatan edilməlidir. Lakin onun işində inzibati xətanın guya ##.##.2026-cı il tarixində törədildiyi göstərilsə də, müvafiq materiaların şəxsi elektron kabinetinə yalnız ##.##.2026-cı il tarixində yerləşdirildiyi görünür. Bu hal inzibati xəta üzrə sübutların rəsmiləşdirilməsi və təqdim edilməsi qaydasına əməl olunmaması ilə bağlı əsaslı şübhələr yaradır və həmin sübutların mötəbərliyini şübhə altına alır. Əlavə olaraq bildirir ki, inzibati xəta materialarına əlavə edilmiş fotoşəkilərə diqqət yetirdikdə nəqliyyat vasitəsinin ön buferinin müəyyən hissəsində boya qopmaları və zədələrin açıq şəkildə göründüyü müəyyən edilir. Halbuki, həmin nəqliyyat vasitəsini ## ### 2026-cı il tarixində boya işlərinin aparılması üçün ustaya təhvil vermiş və avtomobilin ön hissəsi tam şəkildə rənglənmişdir. Bu səbəbdən, ##.##.2026-cı il tarixində çəkildiyi iddia edilən fotoşəki lərdə həmin zədələrin görünməsi texniki və faktiki baxımdan mümkün deyildir. Bu isə inzibati xəta üzrə sübut kimi istifadə olunan fotoşəkilərin hadisə tarixində deyil, daha əvvəlki dövrdə çəkildiyini və iş materialarına aid edilməsinin qanunauyğun olmadığını göstərən mühüm haldır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu xüsusatı araşdırmamış, fotoşəkilərin həqiqi çəkilmə tarixinin müəyyən edilməsi üçün hər hansı ekspertiza və ya əlavə araşdırma aparmadan həmin materiaları sübut kimi qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edib, proses iştirakçısını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instasniya məhkəməsinin və səlahiyyətli orqanın müvafiq qərarları ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan çıxarışlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus **ML*** nömrəli avtomobil EQ******** nömrəli protokol üzrə 100 AZN 3 bal cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə ünvanlandığı şikayətdən görünür ki, sonuncu barəsində tərtib olunmuş EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın İXM-nin normaları kobud şəkildə pozularaq qəbul edildiyini bildirib, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şikayətçi Ə.H.Həmzəyevun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətin dəlillərinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməməsini qeyd edib şikayətinin təmin olunmaması nəticəsinə gəlmişdir. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xəta haqqında işin materiallarında mövcud olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Hazırkı işin materiallarından isə görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərar iş materiallarında mövcud olmamış, işə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala kifayət qədər ciddi yanaşmadan şikayətin təmin edilməməsi barədə səthi qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “HONDA CIVICHIBRID” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə, yəni operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə aşkar edilməmiş, qanunvericiliyə zidd olaraq təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Bu fakt həmçinin xətanın baş vermə saatı ilə qərarın tərtib edildiyi saat arasında olan fərqlə də öz təsdiqini tapır. Ən nəhayət, məhkəmə onu xüsusilə vurğulayır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın məzmunundan inzibati xətanın ## #### 2026-cı il tarixdə saat 14:28-də törədildiyi göstərilir. Eyni zamanda, iş materiallarında olan çıxarışlardan müəyyən olunur ki, həmin elektron qərar və inzibati xətanı təsdiq edən materiallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində yalnız ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. Beləliklə, inzibati xətanın törədildiyi vaxtla elektron qərarın şəxsin elektron kabinetində əlçatan edildiyi vaxt arasında bir neçə günlük müddət fərqi yaranmışdır. Məhkəmə hesab edir ki, bu hal yalnız elektron qərarın şəxsə gec çatdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunverici xüsusi texniki vasitələrlə qeydə alınan yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar üzrə qərarın qəbul edilməsini və onun şəxs üçün elektron kabinetdə əlçatan edilməsini konkret və məcburi müddətlə əlaqələndirmişdir. Bu müddət inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın mülahizəsindən asılı olan və istənilən vaxt dəyişdirilə bilən müddət deyil, qanunla müəyyən edilmiş imperativ müddətdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, qanunun tələbi iki mühüm elementi ehtiva edir: birincisi, söhbət məhz İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş, foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə aşkar edilmiş inzibati xəta üzrə elektron qərardan gedir; ikincisi isə həmin qərarın və onun əlavələrinin inzibati xətanın törədildiyi vaxtdan 24 saat müddətində şəxsin elektron kabinetində yerləşdirilməsi tələb olunur. Qanunverici bu müddətin pozulmasının hüquqi nəticəsini də açıq və birmənalı şəkildə müəyyən etmiş, belə halda şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməyəcəyini təsbit etmişdir. Hazırkı işdə isə həmin imperativ tələbə əməl edilmədiyi iş materialları ilə təsdiq olunur. Belə ki, inzibati xətanın törədilmə vaxtı kimi ## #### 2026-cı il saat 14:28 göstərildiyi halda, elektron qərarın şəxsin elektron kabinetində yalnız ## #### 2026-cı ildə yerləşdirilməsi 24 saatlıq müddətin dəfələrlə ötürüldüyünü göstərir. Başqa sözlə, elektron qərarın qanunda nəzərdə tutulmuş müddətdə elektron kabinetdə yerləşdirilməməsi sadəcə prosessual xarakterli formal nöqsan deyil, qanunvericinin birbaşa olaraq şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin mümkünsüzlüyü ilə əlaqələndirdiyi hüquqi nəticəyə səbəb olan pozuntudur. Bu baxımdan, elektron qərarın inzibati xətanın törədildiyi vaxtdan sonra qanunla müəyyən edilmiş 24 saatlıq müddətdə deyil, yalnız bir neçə gün sonra şəxsin elektron kabinetində yerləşdirilməsi xüsusi texniki vasitə ilə qeydə alınmış məlumatların vaxtında rəsmiləşdirilməsi və şəxsə təqdim edilməsi ilə bağlı qanuni prosedurun pozulduğunu göstərir. Belə pozuntunun mövcudluğu şəraitində həmin elektron qərarın şəxsin inzibati məsuliyyətinin hüquqi əsası kimi saxlanılması İXM-in 38.6-cı maddəsinin birbaşa məzmununa zidd olardı. Apellyasiya məhkəməsi, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən bu mühüm hüquqi halı ümumiyyətlə araşdırmamış, elektron qərarın şəxsin elektron kabinetində hansı tarixdə yerləşdirildiyini müəyyən etməmiş və nəticə etibarilə İXM-nin 38.6-cı maddəsində nəzərdə tutulmuş hüquqi nəticəni tətbiq etməmişdir. Halbuki, şəxsin şikayətinin mahiyyəti məhz mübahisələndirilən elektron qərarın qanuniliyinin yoxlanılmasından ibarət olduğundan, qərarın qanunla müəyyən edilmiş qaydada və müddətdə rəsmiləşdirilib şəxsin elektron kabinetində yerləşdirilib-yerləşdirilməməsi məhkəmə araşdırmasının predmetinə daxil olan mühüm hüquqi məsələ olmuşdur. Odur ki, müəyyən edilmiş bu halın özü belə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin və barəsində inzibati tənbeh tətbiq olunmasının qanuni əsasının olmadığını göstərir. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması və həmin qərardan verilmiş şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi qanunun tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar, xüsusilə inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavələrinin İXM-in 38.6-cı maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddət daxilində şəxsin elektron kabinetində yerləşdirilməməsi əlavə araşdırma aparılmasını və ya işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını zəruri etmir. Belə ki, həmin normanın məzmunu baxımından müəyyən edilmiş pozuntu şəraitində şəxsin inzibati məsuliyyətə cəlb olunub-olunmaması məsələsi əlavə sübutların toplanılmasından və ya hər hansı digər halların araşdırılmasından asılı deyildir. Qanunverici bu halda birmənalı hüquqi nəticə müəyyən etmiş və şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməyəcəyini nəzərdə tutmuşdur. Buna görə də, hazırkı iş üzrə müəyyən edilmiş prosessual pozuntunun aradan qaldırılması və ya işin yenidən araşdırılması yolu ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin davam etdirilməsi mümkün deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad olunan İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-490/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-490/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver