Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-491/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Nümayəndə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 nümayəndəsi X1 iştirakları ilə MÜƏYYƏN E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 tərəfindən vəzifəli şəxs Nümayəndə barəsində Azərbaycan Respublikasının IXM-in 262.2.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sabirabad rayonu, Xəlfəli kənd ərazisində fəaliyyət göstərən marketdə sanitar qovşaqda ## #### 2026-cı il tarixdə formalaşan çirkab suları təyinatsız axıdılmışdır. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Nümayəndə barəsində IXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan Nümayəndə şikayət verərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-151)-1259/2026 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarını əsassız və qanunsuz hesab edir. Məhkəmə işə birtərəfli qaydada bir tərəfin formal və səthi mülahizələrinə əsaslanaraq qanunsuz olan qərar çıxarmışdır. Onu vəzifəli şəxs hesab edərək IXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli hesab etmiş və onu 800 (səkkiz yüz) manat cərimə etmişdir. Birinci instansiya məhkəməsinin iclasının keçiriləcəyi yeri və vaxtı barədə əvvəlcədən mənə məlumat verilməmişdir. Məhkəmə isə birtərəfli qaydada baxmağa üstünlük vermiş, işin tədqiqinə heç bir şərait yaratmamış, onu isə cəlb etməmiş, həqiqətə nail olmaq üçün onun dinlənilməyə, izahatının alınmasını təmin etməmişdir. Təqaüdçüdür, heç bir biznes sahəsi yoxdur. Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 iddia etdiyi Sabirabad Rayonu Xəlfəli kəndi ərazisində yerləşən marketin və həmin marketdə istifadə olunan sanitar qovşağın onunla heç bir əlaqəsi və aidiyyatı yoxdur. Həmin market ona məxsus deyil və o, ümumiyyətlə hər hansı bir ticarət növü ilə məşğul olmur, təqaüdçüdür, səhhəti buna imkan vermir. Şikayətçi orqan IXM-nin 262.2.3-cü maddəsi ilə bağlı mübahisəli marketə baxış keçirərkən həmin marketin kimə məxsus olmasını müəyyən etməyib, inzibati xəta barədə protokol tərtib edərək onu və ya market sahibini bununla tanış etməyib, həmçinin həmin protokol üzrə qəbul etdiyi inzibati qərarı həmin xətanı törədənin ünvanına məqsədli şəkildə göndərməyib. Bu isə ciddi qanun pozuntusudur. Məhkəmə isə işə baxarkən bu kimi qanun pozuntularını nəzərə almaq istəməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı hüquqi məntiqdən üzrə tam olaraq əsassız və qanunsuz olduğu üçün, həmçinin ciddi qanun pozuntuları ilə çıxarıldığı üçün apellyasiya qaydasında ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiri tətbiq şəxs Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-151)-1259/2026 nömrəli qərarının ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 nümayəndəsi X1 şikayətin təmin edilməməsini, qanuni və əsaslı olan Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı,Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, inzibаti məsuliyyətə cəlb edilən şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilməmiş, birinci instаnsiyа məhkəməsinin hаkimi tərəfindən işdə olan sübutlar hərtərəfli, tаm və оbyektiv аrаşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. IXM-in 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Inzibati tənbeh, IXM-in müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş hədlər çərçivəsində təyin edilir. Inzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Nümayəndə barəsində IXM-in 262.2.3cü maddəsi ilə inzibati protokol tərtib edilmiş, birinci instansiya məhkəməsi isə protokol, ona əlavə edilmiş sənədlərə və şəxsin izahatına əsaslanaraq onun barəsində 800 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış materialları, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticələri araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi vergilər Idərəsinin ## ######## 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubunda qeyd edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Sabirabad rayonu, Xəlfəli kənd ərazisində yerləşən marketin hansı VÖEN-ə bağlı olaraq fəaliyyət göstərməsi, həmin obyektin rəhbəri barədə, habelə X3 obyektdə hər hansı əmək münsibətlərinin mövcud olub-olmamaması barədə müraciətinə baxılmış və aparılmış araşdırma zamanı qeyd olunan ünvanda X3 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşgul olduğu müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Sabirabad rayonu, Xəlfəli kənd ərazisində yerləşən mübahisəli marketin hansı VÖEN-ə bağlı olaraq fəaliyyət göstərməsini, həmin obyektin rəhbərinin kim olması barədə, habelə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Nümayəndə sözügedən obyektdə hər hansı əmək münsibətlərinin mövcud olub-olmamamasını araşdırmamış, nəticədə Nümayəndə IXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə nəzər salsaq görərik ki, Nümayəndə qeyd edir ki, o, təqaüdçüdür, heç bir biznes sahəsi yoxdur. Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 iddia etdiyi Sabirabad Rayonu Xəlfəli kəndi ərazisində yerləşən marketin və həmin marketdə istifadə olunan sanitar qovşağın onunla heç bir əlaqəsi və aidiyyatı yoxdur. Həmin market ona məxsus deyil və o, ümumiyyətlə hər hansı bir ticarət növü ilə məşğul olmur, təqaüdçüdür, səhhəti buna imkan vermir. Şikayətçi orqan IXM-nin 262.2.3-cü maddəsi ilə bağlı mübahisəli marketə baxış keçirərkən həmin marketin kimə məxsus olmasını müəyyən etməyib, inzibati xəta barədə protokol tərtib edərək onu və ya market sahibini bununla tanış etməyib, həmçinin həmin protokol üzrə qəbul etdiyi inzibati qərarı həmin xətanı törədənin ünvanına məqsədli şəkildə göndərməyib. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, Nümayəndə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 səlahiyyətli şəxsin verdiyi izahatına münasibətdə qeyd edir ki, həmin izahat işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Belə ki, IXM-nin 112.5-ci maddəsinin maddəsinin məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, digər sübutlar araşdırılır. Beləliklə, iş materialları və apellyasiya araşdırması zamanı tədqiq edilmiş sübutlar göstərir ki, Nümayəndə inzibati xətanın törədilməsinə aidiyyəti yoxdur. Belə ki, IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, göstərilən hüquqi əsaslandırmalar və məhkəmə iclasında müəyyən edilmiş bu ziddiyyətli hallar birlikdə qiymətləndirildikdə, apellyasiya instansiyası məhkəməsi qəti nəticəyə gəlir ki, IXM-in 53.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraata, Nümayəndə inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. IXM-in: IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci mаddəsinə əsаsən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məcəllənin 135.1.2-ci mаddəsinə əsаsən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məcəllənin 135.1.3-ci mаddəsinə əsаsən isə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, hаbelə məcəllənin 135.1.6-ci mаddəsinə əsаsən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, Nümayəndə ona tərəfindən törədilməsi istinad olunan inzibati xəta hadisəsinə aidiyyəti öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Nümayəndə tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X7 Xidməti * saylı X5 tərəfindən vəzifəli şəxs Nümayəndə barəsində Azərbaycan Respublikasının IXM-in 262.2.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmaması əsası ilə xitam verilməlidir. Şərh olunanları və IXM-in 53.1.2, 133, 134 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Nümayəndə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-491/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-491/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver