Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-493/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə “X1 Center” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından “X1 Center” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə əlaqədar məsələyə baxaraq MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (hakim Cavidan Mustafayev) “X1 Center” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 104700,00 (bir yüz dörd min yeddi yüz) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 20940,00 (iyirmi min doqquz yüz qırx) ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilmişdir. Məhkəmənin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “X1 Center” MMC tərəfindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət verilmə müddətinin bərpası barədə vəsatəti əsassız olduğundan rədd edilsin, buraxılmış prosessual müddət bərpa edilməmişdir. Həmin qərardaddan da barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “X1 Center” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin apellyasiya mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. İşdə olan “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış”dan görünür ki, Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ##.##.2026-cı il tarixdə, saat 11:19-da “X1 Center” MMC-yə məxsus elektron kabinetə yerləşdirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Laçın Rayon Məhkəməsinin sözügedən qərarından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı ##.##.2026-cı il tarixdən başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin “X1 Center” MMC tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmişdir. Beləliklə, müəyyən olunur ki, Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət qanunla müəyyən edilmiş 10 gün müddət buraxıldıqdan sonra verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən icraata qəbul edilməməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “X1 Center” MMC-yə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “X1 Center” MMC-in Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verdiyi apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə qaytarılsın. “X1 Center” MMC-yə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-493/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-493/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver